Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anton Çexov “Qağayı”

Annotasiya

“Qağayı”(rus. Чайка) – 1896-cı ildə yazılmış 4 pərdəli “Qağayı” komediyasında Çexov sənətdə fədakarlıq mövzusuna toxunub. Pyesin qəhrəmanı Nina Zareçnaya gənc aktrisadır. Əvvəllər səhnə ona bir şöhrət meydanı kimi gəlir, sənətə bir şöhrət, ad-san qazanmaq vasitəsi kimi baxır. Lakin həyat göstərir ki, sənət yolunda çox çətinliklər var, həqiqi sənətkar bu çətinliklərə dözməli, axıradək davam gətirməlidir. Nina özündə mənəvi qüvvə tapır və sənət yolunda qarşısına çıxan maneələri bir-bir aradan qaldırıb irəliləyir. O, başa düşür ki, əsas iş şöhrətdə deyil, mətanətdədir. Sənətkar gərək qarşısına böyük məqsəd qoysun, bu məqsədə inansın və cəsarətlə irəli addımlasın. Nina öz istedadını böyük sınaqlardan keçirir və qələbə əldə edib məqsədinə çatır.

Anton Pavloviç Çexovun məşhur “Qağayı” pyesinin premyerası 17 oktyabr 1896-cı ildə Peterburqun Aleksandrinski teatrında keçirilib və gözləntilərin əksinə, müvəffəqiyyətsizliklə nəticələndi. Deyilənə görə məşum tamaşanın rejissoru Yevtixiy Pavloviç Karpov əsərin ideyasını bir tərəfə ataraq aktyorların cəmi bir həftəyə öz rollarını öyrənmələri ilə məşğul olmuşdu. Mizansəhnələr isə qurulmamışdı. Öz əsəri ilə bu cür rəftardan sonra Çexov daha teatr üçün yazmamaq qərarına gəlir. “Qağayı” teatr tarixinin ən uğursuz tamaşası qəbul edilir. Artıq səhəri gün paytaxtın mədəni dairələri aktyorların öz rollarını zəif öyrənmələri, müəllifin tamaşaçılara qarşı etinasızlığı və pyesin zəifliyi haqqında danışırdı.

 

Karandaşın izi ilə

– Nə üçün siz həmişə qara paltarda gəzirsiniz?

– Həyatımın yasını saxlayıram. Mən bədbəxtəm.

***

Görürsən, anam məni sevmir. Axı necə sevsin! O yaşamaq, sevmək, əlvan koftalar geymək istəyir. Mənim isə iyirmi beş yaşım var, daima yadına salıram ki, o artıq cavan deyil. Mən olmayanda onun cəmi otuz iki yaşı olur, mənim yanımda isə qırx üç; buna görə onun məndən zəhləsi gedir. Bir də o bilir ki, mən teatrı tanımaq belə istəmirəm. O isə teatrı sevir, ona elə gəlir ki, bütün bəşəriyyətə, müqəddəs sənətə xidmət edir, amma, məncə, müasir teatr mövhumat və cəhalətdir. Çıraq işığında pərdə açılır, üç divarlı bir otaqda bu böyük istebdad sahibləri, müqəddəs sənət kahinləri insanların necə yeyib-içdiyini, necə sevişdiyini, necə gəzdiyini, necə geyindiyini təsvir edərkən, bayağı səhnələrdən və cümlələrdən əxlaqi bir nəticə – asan anlaşılan, məişətdə faydalı olan kiçik bir əxlaqi nəticə tapıb çıxarmağa çalışarkən, eyni fikri, eyni hadisəni min bir variantda dalbadal mənə təqdim edərkən Mopassan öz bayağılığı ilə onun beynini əzən Eyfel qülləsindən qaçdığı kimi, mən də dalıma baxmadan qaçıram, qaçıram.

***

Həyatı olduğu kimi yox, olacağı kimi yox, xəyalən təsəvvür olunan kimi göstərmək lazımdır.

***

Əgər cəmiyyətdə artistləri sevirlərsə və onlara, məsələn, tacirlərə baxdıqları kimi baxmırlarsa, bu, belə də olmalıdır. Bu, idealizmdir.

***

Söyləməyə bir söz qalmayanda deyirlər: gənclik, gənclik…

***

– Gəl ayağa qalxaq. Yanaşı dayanaq. Sizin iyirmi iki yaşınız var, mən sizdən, demək olar, iki dəfə böyüyəm. Yevgeni Sergeyeviç, hansımız cavan görünürük?

– Əlbəttə, siz.

– Belə ha!.. Niyə? Nə səbəbə? Ona görə ki, mən işləyirəm, mən hiss edirəm, mən daima əlləşirəm-vurnuxuram, sizə isə həmişə bir yerdə oturursunuz, yaşamırsınız… Bir də mənim qanunum var: gələcəyi düşünməmək. Mən heç vaxt qocalıq, ölüm haqqında düşünmürəm. Olacağa çarə yoxdur.

***

– Sən özünü müalicə etdirmirsən, bu yaxşı deyil, qardaş.

– Mən məmnuniyyətlə özümü müalicə etdirərdim, ancaq doktor istəmir.

– Altmış yaşında müalicə.

–  Altmış yaşında da adam yaşamaq istəyir.

***

– Şərab, tütün adamı simasızlaşdırır. Bir siqardan və ya bir qədəh araqdan sonra siz artıq Pyotr Nikolayeviç olmursunuz, Pyotr Nikolayeviç, bir də onun üstünə gəl nə bilim kim olursunuz, sizin mənliyiniz əriyib itir və siz öz-özünüzə üçüncü bir şəxsiyyət kimi baxırsınız.

***

Siz tox və laqeydsiniz, ona görə fəlsəfəyə meyliniz var.

***

Həyata ciddi baxmaq lazımdır, altmış yaşında müalicə olunmaq və gənclikdə az zövq almışam deyə təəssüflənmək, bağışlayın, bu, yüngüllükdür.

***

Məşhur aktrisanın, özü də boş bir şey üstündə ağladığını görmək nə qədər qəribədir. Təəccüblü deyilmi ki, hamının sevdiyi məşhur bir yazıçı olasan, sənin haqqında bütün qəzetlərdə yazalar, hər yanda şəklin satıla, əsərlərin xarici dillərə tərcümə oluna, amma özün bütün günü balıq tutmaqla məşğul olasan və iki qaya balığı tutanda uşaq kimi sevinəsən. Mən elə bilirdim məşhur adamlar məğrur olurlar, onlara yaxın düşmək mümkün olmur, mən elə bilirdim onların camaatdan zəhləsi gedir, onlar öz adlarının nuru ilə əsil-nəsəbi və sərvəti hər şeydən üstün tutan camaatdan sanki qisas alırlar. Amma indi görürəm ki, onlar da başqaları kimi ağlayır, balıq tutur, kart oynayır, gülür və hirslənirlər…

***

Qadınlar müvəffəqiyyətsizliyi bağışlamırlar.

***

Yazanda xoşdur. Korrekturanı oxuyanda da xoşdur… Amma elə ki, çapdan çıxdı, görəsi gözüm olmur, görürəm ki, mən istədiyim deyil; səhvdir, onu heç yazmaq lazım deyilmiş, yanıram, ürəyim çox pis olur… Camaat isə oxuyur: “Bəli, qəşəngdir, istedadlıdır… qəşəngdir, lakin Tolstoya çatmaz!”, yaxud: “Gözəl şeydir, ancaq Turgenevin “Atalar və oğulları” daha gözəldir”. Beləliklə, qəbrədək hey qəşəngdir və istedadlıdır, qəşəngdir və istedadlıdır deyiləcək, vəssəlam, elə ki, öldüm, tanışlar qəbrimin yanından keçərkən deyəcəklər: “Burada yatan Triqorindir. Yaxşı yazıçı idi, lakin Turgenev ondan yaxşı yazırdı”.

***

Bu, paxıllıqdır. İstedadsız adamlar həmişə böyük iddada olar və həqiqi istedad sahiblərini pislər. Qəribə təsəllidir!

***

Yer üzündə insana səadət gətirən ancaq gənc, füsunkar və şairanə məhəbbətdir!

***

Kostya! Qadına heç nə lazım deyil, ancaq ona mehriban bir nəzər sal.

***

– Kostyaya povest üçün bir süjet vermək istəyirəm. Onun adı belə olmalıdır: “İstəyən adam” “L’homme qui a voulu”. Mən cavanlığımda ədəbiyyatçı olmaq istəyirdim, amma ola bilmədim, istəyirdim gözəl nitqim olsun, bacarmadım, çox pis danışırdım. “Zaddır… şeydir… necə deyərlər” Bir nəticəni rəisin yanında söyləyərkən tər məni yuyub aparırdı. Evlənmək fikrinə düşdüm, evlənmədim, həmişə şəhərdə qalmaq istədim, amma gördüyünüz kimi ömrümü kənddə başa vururam.

***

Altmış iki yaşında həyatdan şikayət etmək, etiraf edin, mürvətsizlikdir.

***

Doktor! Kağız üzərində filosof olmaq nə qədər asandırsa, həqiqətdə bir o qədər çətindir.

 

Tərcümə: Kazım Ziya

3.3 (65%) 12 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram