Annotasiya
“Cəsur yeni dünya” (ingiliscə “Brave New World”) — Hakslinin “Cəsur yeni dünya” əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetişdirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil prosesində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.
Karandaşın izi ilə
Əlbəttə, tələbələrə gələcəkdə işlərini yaxşı görmələri üçün hər hansı bir fikir vermək lazım idi, lakin verilən bu fikrin miqyası çox böyük olmalı deyildi. Əks-təqdirdə, tələbələrdən cəmiyyətə yararlı, xoşbəxt və yaxşı insanlar çıxmazdı. Filosoflar deyil, məhz oymaçı və marka kolleksiyaçıları cəmiyyətin təməl daşını təşkil edir.
***
Ailə həyatının ölümcül təhlükələrini ilk dəfə rəbbimiz Freyd aşkar edib. Dünya atalarla, dolayısıyla, əzablarla, analarla, dolayısıyla, sadizmdən tutmuş ismətə kimi pozğunluğun hər növü ilə, qardaşlar, bacılar, əmilər, bibilərlə – dəliliklə və intiharlarla dolub daşırdı.
***
Atalar və analar, qardaşlar və bacılar. Üstəlik, ərlər, arvadlar, sevgililər də var idi. Monoqamiya və romantik sevgi var idi.
***
Ailə, monoqamiya, sevgi romantizmi. Hər yerdə eksklüzivlik və təcrid, şövqün bir mövzuda cəmlənməsi; dar bir kanala yönələn ehtiras və enerji.
***
Qarşısı sədd ilə alınan axın böyüyür, daşır. Ehtiyac hissi həyəcana, ehtirasa, hətta divanəliyə çevrilir; axının gücü maneənin hündürlüyü ilə möhkəmliyinin hasilinə bərabərdir. Heç bir sədd olmayanda, axın nəzərdə tutulan kanal boyu sakit rifah dənizinə tökülür.
***
— Axı Bernard pis ad çıxarıb!
— Onun adından mənə nə?
— Deyirlər, o, qolf oynamağı xoşlamır.
***
Bəstəboyluluq aşağı kasta nümayəndələrinin tipik iyrənc əlamətidir.
***
İfrat ağıl öz məqsədləri uğruna qəsdən yalnız qalmaq üçün könüllü korluk və karlıq edə bilər, mövcud süni həzzlərdən əl çəkər.
***
Bizim daha əhəmiyyətli mövzularımız varmı? Yazdıqlarım məni həyəcanlandıra bilərmi? Düzgün istifadə edildikdə sözlər rentgen şüaları kimi hər şeyi dəlib keçə bilər. Oxudun və artıq dəlinib deşilmisən.
***
Qarşınızda heç bir şey olmadıqda bir şey söyləmək mümkündürmü?
***
Bəli, gülümsəyə-gülümsəyə də əclaf olmaq mümkündür. Amansız, məkrli, şəhvətpərəst.
***
– O, çox yaxşı işçidir.
– Bilirəm. Ona görə cəzanın sərtliyinə bir o qədər haqq qazandırmaq olacaq.
***
Spirtli içki kimi müvəffəqiyyət də Bernardın başını hərlədirdi. Və istənilən yaxşı spirtli içki kimi bu da ona əvvəllər ədalətsizlik kimi görünən adi şeylərlə tamamilə barışdırmışdı.
***
Xoşbəxtlik qayğısını bir kənara atmaq mümkün olsaydı, yaşamaq necə maraqlı olardı.
***
Dünyamız artıq Otello dünyası deyil. “Ford”lar üçün polad lazım olduğu kimi, faciələr üçün də sosial qeyri-sabitlik lazımdı.
***
Xoşbəxtlik öz sadə görüntüsü ilə, bədbəxtliyin rəngarəng çalarlarının yanında hər zaman riqqətli görünür. Bir də əlbəttə, stabillik qeyri-stabillik qədər cəlbedici deyil. Xoşbəxtlikdə pis qismətə qarşı mübarizənin romantikası, hisslərlə obrazlı mübarizə və ya şübhə və ehtiras ilə ölümcül mübarizənin heç biri yoxdur. Xoşbəxtlik heç vaxt təşəxxüslü olmur.
***
Xoşbəxtlik ağır bir işdir. Xüsusilə də başqalarının xoşbəxtliyi. İnsanlar əgər sorğulamadan qəbul etməyə tənzimlənibsə, xoşbəxtlik həqiqətən də daha çətin bir işdir.
***
– Allah seyfdədir. Rəflərdə isə Forddur.
– Əgər Allah haqqında məlumatınız varsa, onlara niyə demirsiniz? Niyə onlara bu kitabları vermirsiniz?
– “Otello”nu niyə vermiriksə, bunu da eyni səbəbdən vermirik. Kitablar köhnədir. Onlar Allah haqqındadır. Əsrlər əvvəl Allahı necə təsəvvür etdikləri haqqında. İndiki Allah haqqında deyil.
– Axı Allah dəyişmir.
– Əvəzində insanlar dəyişir.
– Nə fərqi var?
– Çox fərqi var.
***
Hələ ki, gəncsən, salamatsan, Allahdan asılı deyilsən. Ancaq bütün ömrünü müstəqil yaşaya bilməzsən.
***
— Deməli, Allahın olmadığını düşünürsünüz?
— Ola bilsin, O var. Ancaq müxtəlif dövrlərdə özünü müxtəlif cür büruzə verir. Ford əsrinə kimi O özünü bu kitablarda təsvir edildiyi kimi göstərib. İndi isə…
— Bəli, indi necə?
— İndi özünü yoxluğu ilə büruzə verir; sanki heç yoxdur.
— Özümüz günahkarıq.
— Yaxşısı budur, deyin, sivilizasiya günahkardır. Tanrı maşınlarla, tibblə, ümumiyyətlə xoşbəxtliklə uyğun gəlmir. Seçməli oluruq. Bizim sivilizasiyamız maşınları, elmi, xoşbəxtliyi seçdi.
***
— İnsanlar ona görə Allaha inanırlar ki, onları belə tərbiyə ediblər.
— Yenə də, tək, gecələr tənha olanda və ölüm haqqında düşünəndə Allaha inanmaq təbii haldır…
***
Bir növ qaydaya əməl etmək lazımdır. Eskalatorlu həndbol qaydaları ilə elektromaqnit qolf oynamaq olmaz.
***
Sivilizasiyanın nəcibliyə, qəhrəmanlığa ehtiyacı yoxdur. Nəciblik, qəhrəmanlıq siyasi səriştəsizliyin əlamətidir.
***
— Mən rahatlıq istəmirəm. Allah, poeziya, əsl təhlükə, istəyirəm. Azadlıq, xeyirxahlıq, günah istəyirəm.
— Başqa sözlə, bədbəxt olmaq haqqı tələb edirsiniz.
— Qoy elə olsun. Bəli, tələb edirəm.
— Buna qocalıq, çirkinlik, gücsüzlük hüququnu da əlavə edin; sifilis və xərçəng hüququnu; lazımınca qidalanmamaq hüququ; bit və yatalaq hüququnu; sabahından əbədi qorxu ilə yaşamaq hüququnu; hər cür şiddətli əzablara düçar olmaq hüququnu.
***
İnsan öz seçimləri ilə qala bilməz. Mən həqiqətdə maraqlıyam, elmi sevirəm. Lakin həqiqət təhlükəlidir, elm isə ictimai təhlükə. Faydalı olduğu qədər də təhlükəlidir. Elmin etdiklərini elmlə də məhv edə bilmərik. Ətrafında qarayara bombaları partlayarkən, həqiqət və gözəlliyin və ya savadın nə kimi əhəmiyyəti var?
***
Əsl elmi ixtiraların hər birinin içində dağıdıcılıq var, hətta bəzən hər elm sahəsinə düşmən kimi baxmaq lazım ola bilər. Bəli, hətta elmə qarşı da.
***
İnsanın birləşdirdiyi şeyi təbiətin ayırmağa gücü çatmaz.
***
Güllərin və mənzərələrin təhlükəli bir qüsuru var: onlar havayıdırlar. Təbiətə sevgi ilə zavodları doldurmaq olmaz.
***
Əxlaqi təhsil heç bir halda rasional olmalı deyil.
***
İnsanlar səndən şübhələnməyə başladıqda, sən də onlardan şübhələnməyə başlayırsan.
***
Hamı hamı üçün işləyir. Biz başqası olmadan yaşaya bilmərik.
***
İntellektual üstünlük əxlaqi məsuliyyətləri də özü ilə bir yerdə gətirir. İnsanın istedadı nə qədər böyükdürsə, onun insanları yoldan çıxarma gücü də bir o qədər çox olur. Çox insanın korlanmasındansa, bir insanın əzab çəkməsi daha yaxşıdır. Heç bir günah, davranış uyğunsuzluğu kimi bağışlanılmaz deyil. Davranış pozgunluğu isə tək bir şəxsin həyatından daha çox şey üçün, təhlükə yaratmaqdadır, bu birbaşa cəmiyyət üçün təhlükəlidir.
***
Dostun əsas funksiyalarından biri də, bizim düşmənlərimizə vermək istədiyimiz, lakin verə bilmədiyimiz cəzaları onun çəkməsidir. (Daha mülayim və simvolik formada)
***
Özümüz özümüzü yaratmamışıq, özümüzdən üstün ola bilmərik.
***
Məqsədi olmayan uşaqlar üçün milçəklər nədirsə, biz də tanrının gözündə onlarıq.
***
İntellektual insan seksdən daha maraqlı bir şeyi tapan insandır.