Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cek London “Oyun”

Annotasiya

“Oyun”(ingiliscə “The Game”) – əsərdə pul qarşılığında döyüşən Co adlı boksçunun faciəvi taleyindən bəhs olunur. Conun sevgilisi Cenevyeva onun döyüşməsinə qarşı olsa da, o, müəyyən səbəblərə görə döyüşməyə məcburdur. Co toy günündə sonuncu dəfə rinqə çıxır və bu onun son döyüşü olur.

Karandaşın izi ilə

Özünə qarşı duyduğu rəhm gözlərini yaşla doldurdu, dodaqları əsdi. Və məğlubiyyət dərhal qələbəyə çevrildi: qüdrətli OYUN qadın zəifliyinin qarşısıalınmaz gücü qarşısında geri çəkildi.

***

Ləyaqətli həyata və əxlaqi təmizliyə can atan fəhləyə xas həya və müdriklik müdirin davranışına qarşı çıxdı.

***

Şəxsi ləyaqət hissi, ədəbli, daha zərif həyat tərzinə meyl onları öz mühitlərindən olan insanlardan uzaqlaşmağa məcbur edirdi.

***

Bir sözlə, Cenevyevadan kişilərin niyə var olduğunu soruşsaydınız, bir söz tapıb, cavab verə bilməzdi.

***

O, Cenevyeva ilə birgə olmaq, ona baxmaq istəyir. Bunu isə ən yaxşı birlikdə çıxdıqları gəzintilər zamanı etmək olur. Deməli, buna görə gənclər cüt-cüt gəzirlər!

***

Bütün məhlənin böyük təəcübünə rəğmən Cenevyeva Conun müşayiətində gəzintiyə çıxdı.

***

O, bilmirdi ki, qəlbinin sahibi olan qadına gül göndərmək kimi adət mövcuddur. Bunun əvəzinə o, meyvə göndərirdi. Meyvənin faydalı olduğunu düşünürdü. Onlar dadlı idi.

***

Onun bütün həyatı bu kişi ilə bağlı idi. O, bu kişiyə görə ölməyə razı olduğu kimi, onun üçün yaşamağa da hazır idi.

***

Bundan əlavə, o, həyatında ilk dəfə idi ki, belə cəsarətli addım atır, ən amansız tiranlardan birinin – fəhlə məhəlləsinin qeybətçi qadınlarından ibarət məhkəmənin müəyyənləşdirdiyi ləyaqətin o incə sərhədini keçirdi.

***

Bir sözlə, hər şeyin: xalçaların, mebelin, səliqəli eveşiyin üstündən qələm çəkildi; ulduzlu səmanın altında görüşlərin, gəzintilərin, sevməyin, sevilməyin sonu çatdı. Qızın baş açmadığı bu oyun nə dəhşətli şey imiş. Qız dəlisov oyunun kişilərin qəlbinə hakim kəsilməsi, onun qəddar zarafatları, satqınlığı, anlaşılmaz cazibəsi barədə qorxa-qorxa fikirləşdi. Bu oyuna görə qadının qisməti acınacaqlıdır, kişinin bütün həyatını mənalandıra bilmir, qadın kişi üçün oyuncaq, ötəri əyləncədir; kişi qadına nəvaziş göstərir, məhəbbətlə qayğısını çəkir, ehtirasını, xoşbəxt dəqiqələrini ona bəxş edir, ancaq gecəsinigündüzünü, bütün səylərini, ağlını, əzələlərinin qüvvəsini, ən inadkar səylərini, ən inadkar zəhmətini, bütün həyat qüvvəsini arzusunda olduğu oyuna verir.

 

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram