Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Artur Miller “Dünyanın yaranışı və başqa-başqa işlər”

Annotasiya

“Dünyanın yaranışı və başqa-başqa işlər”(ingiliscə “The Creation of the World and Other Business”) – amerikalı dramaturq Artur Miller 1972-ci ildə işıq üzü görən bu pyesində Yaradılış kitabında yer alan hadisələri – tanrı ilə şeytanın qarşıdurması, Adəm və Həvvanın yaradılışı, onların cənnətdən qovulması, Qabilin Habili öldürməsi – yumoristik tərzdə nəql edir.

Karandaşın izi ilə

Başa düşə bilmirəm, niyə axı insanın Tanrıya məhəbbətini sübut edəcək yeganə vasitə hansısa meyvəni yeməsidir!

***

– Gələcəyi dəyişmək olmaz. Keçmişi olar, amma gələcəyi olmaz.

– Keçmişi necə dəyişərsiniz?

– Keçmiş elə həmişə öz-özünə dəyişir. Ötənləri hərə bir cür xatırlayır. Amma gələcəyi dəyişmək ayın işığını söndürmək qədər mümkünsüz bir işdir.

***

– Məhz elə bu səbəbdən də mən mükəmmələm. Mən hisslərimdən ibarətəm.

– Bəs Siz hesab eləmirsinizmi ki, bu təqdirdə özünüzü məhdudlaşdırırsınız?

– Əlbəttə, hesab eləyirəm. Mənim də məhdudiyyətim var. Şərin başlandığı yerdə mən bitirəm.

***

Bütün bunlardan bir irrasional nəticə çıxır: ən yaxşı oxuyan quş ən ac quşdur.

***

– Mənim halım pisdir.

– Əzizim, daha da pis olacaq.

– Bundan da pis hara?

– Yer tapılar. Çünki O, mükəməllik mücəssəməsidir, pisliyi də mükəmməl “pislikdir”.

***

Cavan oğlan, hətta Tanrı da bir adamı eyni vaxtda həm ağıllı, həm də yaxşı eləmək gücündə deyil. Odur ki buna can atmaq lazım deyil!

***

Qoy onlar Sizin timsalınızda ümidi, mənim timsalımda kefi hiss etsinlər.

***

Tanrının sevimlisi olmur. İnsan onun güzgüsüdür, Qabil. O, bu güzgünü özünün necə tərifləndiyini görmək üçün yaradıb.

***

Qabil, and içirəm ki, əgər insanlar bir-birini öldürməsələr, Tanrıya ehtiyac olmayacaq!

 

Tərcümə: Yaşar

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram