Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Terri Pratçett “Xalis pişik”

Annotasiya

“Xalis pişik” (The Unadulterated Cat) – ingilis yazıçısı Terri Pratçettin yumoristik tərzdə qələmə aldığı bu kitab ilk dəfə 1989-cu ildə işıq üzü görüb. Əsər uydurma “Xalis pişiklərin müdafiəsi hərəkatı” adından mini-ensiklopediya şəklində yazılıb. Burada əsl pişiklərin – daha doğrusu, cins olmayan, ipə-sapa yatmayan pişiklərin üstünlükləri təsvir edilib. Müəllifin heyvanlara olan sevgisi istehza maskası altında açıq-aşkar görünür.

Karandaşın izi ilə

Saxta pişiyin qabağına bir neçə konserv qoysalar, o, üzüyola şəkildə reklam ediləcək bankanı seçəcək. Hətta yerdə qalan qablara solidol tökülməsə belə. Əsl pişiyin ilk işi isə ən bahalı yeməyə üz tutmaq olacaq. O, sonra bankanı aşıracaq, həyasızcasına mırıldayıb içindəkiləri yerə boşaldacaq, ardınca digər bankaların dadına baxacaq, operatoru əsəbiləşdirəcək, diktor meydançasının altında o yan-bu yana qaçacaq və mütləq həmin meydançanın altına girib ilişəcək.

***

Xalis pişik təkcə təmkinli deyil. Və təkcə nevrotik də deyil. O, təmkinli nevrotikdir – lap əsl insan kimi. Xalis pişiklər ev piroqu yeyirlər. Qaz ciyəri, yağ yeyirlər. Bir sözlə, sahibləri lazımi tədbirlər görmədən öncə qəniməti stolun altına daşımağa ümid yeri varsa, stolun üstündə nə tapsalar hər şeyi. Xalis pişik mənzilin ən uzaq küncündən də mətbəxdə soyuducunun açıldığını eşidir.

***

Xalis pişik həyatını sakit şəkildə yaşamağa çalışır. Elə bir şəkildə ki, insanlar onun həyatına mümkün olduğu qədər az müdaxilə etsinlər. Bu baxımdan xalis pişiklər əsl insanlara oxşayırlar.

***

Məntiqlə, babanızın adını bilmək həyatın hər anından zövq almağınıza mane ola bilməz.

***

Zingildəmirlər, oğurluq etmirlər və orta əsrlərdəki peşəkar dilənçinin həsəd aparacağı şəkildə quyruq bulamırlar. Etiraf edirik, bu cür itlər var. Lap yaxşı. Xeyirxah yol polisləri, qızıl ürəkli fahişələr və ev alqı-satqısı ilə bağlı dolaşıq məhkəmə işinin ən qızğın çağında istirahətə getməyən hüquqşünaslar da var. Bütün bu insanlar həqiqətən mövcuddur, sadəcə nadir halda qarşımıza çıxırlar.

***

Ona görə pişik saxlamağa başladıq ki, pişikləri elə də sevmirdik.

***

Pişiklərin belə bir xüsusiyyəti var: evdə peyda olan kimi, məlum olur ki, sən demə, onlar həmişə burda olublar – hətta bir saat əvvəl heç bir pişiyiniz olmasa belə.

***

Hamısı ağıllı, mədəni, ipotekadan, yapışmaz tavalardan və Verdidən başı çıxan insanlardır.

***

Cins pişiklər çox danışırlar (pişik dilindən tərcümədə bu o deməkdir ki, onlar daima ulayırlar) və tez-tez pərdələrdən asılmağı xoşlayırlar. Əsilzadə mənşəyinə görə bir çoxunun ağlı yerində olmur. Bir dostumun pişiyi özünü qazan hesab edirdi.

***

Ümumiyyətlə, pişik sahibi olmaqla bağlı maraqlı bir qanunauyğunluq var: pişik ya sizə çox baha başa gəlir, ya da havayı. Orta variant yoxdur. Bu, şəxsi nəqliyyat vasitəsi kimi “Porşe” və moped arasında seçim etməyə oxşayır.

***

Növbəti Milad bayramında televiziya yenidən bizim yadımıza salacaq ki, Yer üzündə Xilaskar doğulub və onun adı Ceyms Bond olub.

***

Lakin pişiklər də ekoloji cəhətdən günahsız deyillər: onlar inadla təbii xəz geyinirlər.

***

Rem və Romulu dişi canavar deyil, pişik böyütsəydi, Roma tamam başqa cür olardı. Birincisi, orada tualetlər başqa cür olardı.

***

Cəzalar xalis pişiyə təsir etmir. Çünki xalis pişiklər cinayət və cəza arasında əlaqə görmür.

***

Pişiyin yatdığı səbətə at başı atmaq mümkün deyil.

***

Bütün fantaziyalardan qorxulu olan həqiqətin dərk edilməsi sobanın üstündə unudulmuş süd kimi artıq daşmağa başlamışdı.

***

Belə bir inanc var ki, dar ağacı perspektivi beyni ilhamlandırır.

***

Viverra ilə səhv salınmaq qorxusu qədər heç nə genetik yenidənqurmanıza təsir edə bilməz.

***

Bizim nəzəriyyəmizə əsasən hər şey əksinə olub: vəhşi pişiklər ev pişiklərindən əmələ gəlib. Ola bilsin, qanqaraçılıqdan vəhşiləşiblər – məsələn, deyək ki, insanların uzun müddət soyuducu icad edə bilməməsindən.

***

Pişiklərin gigiyena ilə bağlı fikirləri həmişə insanın gigiyena ilə bağlı fikirlərinə oxşayıb. O mənada ki, pişiklər də ən yaxşısını istəyir, amma bunu necə edəcəklərini bilmirlər. Bir məsələdə bir-birimizlə düz gəlirik: əgər nəsə yaxşı gizlədilibsə, deməli, o heç olmayıb. Yəni, əsas məsələ təmizlik deyil, təmizlik üçün çalışdığını göstərməkdir.

***

Ümumiyyətlə, heyvanları qəfəssiz harasa danışmaq yaxşı fikir deyil. İlk baxışda ən dəhşətlisi bağlanmamış keçi ilə maşında getməkdir. Əgər ən lazımsız məqamda əyləc pedalının altında tısbağa tapmamısınızsa, deməli, əsl dəhşətin və bir anın içində qocalmağın nə demək olduğunu bilmirsiniz.

***

Pişiklər aləmində insanlar konserv bankaları və soyuducuları açmaq üçün təbiət tərəfindən yaradılmış rahat alətdir.

***

“Şrödinger pişiyi” nəzəriyyəsinə inansaq, pişiklərin gələcəyindən yana narahat olmağa dəyməz. Yer üzündə qalan sonuncu insan burnunu bunkerdən çıxarmağa risk etsə, onu səbirsizliklə soyuducunun açılmasını gözləyən pişik qarşılayacaq.

***

Bir özünüz düşünün: başqa hansı ev heyvanı insana faydalı olduğu, evi qoruduğu və ya gözəl şərqi söylədiyi üçün deyil, sadəcə yedikdən sonra xoşhal olduğu üçün gündəlik ət parçası alır?!

***

Pişiyə istədiyini verməsəniz, o, sizin dönməyinizi gözləyəcək və həmin şeyi özü götürəcək.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram