Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Leyla Attar “Kağız qu quşu”

Annotasiya

“Kağız qu quşu” (ingiliscə “The Paper Snow”) – Naməlum bir şəxs imkanlı biznesmenin qızını – Skay Secviki oğurlayır. Qız fidiyə üçün oğurlandığını düşünsə də, qarşı tərəf pula laqeyddir. O, Skaya qarşı kifayət qədər kobud davransa da, heç vaxt səddi aşmır. Naməlum şəxsin başqa biri ilə telefon danışığını eşidən Skay oğrunun atasından qisas almaq istədiyini başa düşür.

Karandaşın izi ilə

Zorakılığın səbəblərini başa düşürükmü yoxsa xaosu yoluna qoymaq üçün qutuların üstünə kor-koranə yarlıqlar yapışdırırıq?

Tamahkar məqsədlər güdüb.

Ruhi xəstə olub.

Ekstremist olub.

Dırnaqlarını boyayan qızlara nifrət edib.

***

Ağrı məni təsəlli edirdi. Bu, hələ sağ olduğumu göstərirdi. Və sağ idimsə, deməli ümidim də ölmürdü.

***

İxtiyarınız kiminsə əlində olanda, hətta bütün qəlbinizlə həmin tirana nifrət etsəniz belə, yalvarışlar və minnədatlıq ağzınızdan asanlıqla çıxır.

***

Sanki sumbata kağızdan hazırlanmış tunellərlə sürünürdüm, özümü lay-lay itirirdim: əvvəlcə azadlığımı, sonra gözəlliyimi, ardınca qürurumu.

***

İntiqamdan yeni intiqam doğur. İntiqam daha böyük xaosa və zülmətə səbəb olur. İntiqam bizi dustaq edir və onun zəhərli qısqaclarını araladıqca bizə elə hey əzab verir.

***

Psixikamız inanılmaz dərəcədə həssasdır: kövrək qabığın içinə salınmış zərif yumurta sarısı kimi. Bircə çat kifayətdir ki, içindəkilər çölə tökülsün: qonşumuz intihar edir, qəbilələr bir-birini qırır, ölkələr qanunsuzluğa göz yumur. Və bu, bizim beynimizdə başlayır, çünki dünyadakı hər şey burada doğulur.

***

Oğlan başa düşə bilmirdi: ürəyində bu qədər çox yer tutan qadın necə birdən tütün qoxusu verən tənəkə qutusuna qədər kiçildi?

***

Gözlərimizi yumub, sevdiyimiz insan haqqında düşünsək, ağlımıza sürücü vəsiqəsindəki kimi dəqiq siyahı gəlməyəcək: gözlərinin, saçlarının rəngi və sair. Xeyr, ayrı-ayrı detallar və gizlicə şüuraltına həkk olunan nüanslar yada düşəcək. Məsələn, qulaqlarının qeyri-adi forması və ya göz qapaqlarının xüsusi, güclə sezilən dəri tonu.

***

Gücünüz çatmayan şeyə görə üzr istəmək lazım deyil.

***

– Niyə elə hey qu quşu düzəldirsən?

– Çünki anam vaxtilə mənə bağda gizlənən möcüzəvi qu quşu haqqında nağıl danışmışdı. Onu bir dəfə də olsun görməmişəm, sən isə onu mənim yadıma saldın.

– Mən?

– Hə-hə. Sən məni güldürdün. Bu da möcüzədir, özü də böyük bir möcüzə.

***

Kainat miqyasında hər kəs öz hekayəsini yazır, hərə özünün ssenari müəllifi, rejissorudur – sonra onu ətrafdakılara yayımlayır. Bəzən başqalarının hekayələrini başa düşmək mümkün olur, bəzən yox. Ancaq hər birinin arxasında bir başqası gizlənir, onun da arxasında başqa biri və bunların hamısı ölümdən sonra da parçalanmayan mürəkkəb naxışa çevrilir. Bütün bunu qucaqlamaq üçün bir kiçik həyat bəs etmirdi.

***

Özümüzü kainatın mərkəzi hesab edəndə necə yanılırmışıq. Baş verənləri öz nəzəriyyələrimizə uyğunlaşdırmaq üçün nə qədər səy göstərirmişik. Və kor-koranə yaxşı, pis, məkrli duyğulara – dolaşıq emosiyalara göz yumurmuşuq.

***

Atamın ölümündən sonra tamam yetim qaldım. Özümü əvvəllər anamın, atamın və MamaLunun olduğu yerdə üç dəlikli elektrik rozetkası kimi hiss edirdim. İnsanlar bir-birlərinə enerji verir və yaxınlarımız gedəndə bir müddət işləyə bilmirik. Səhərlər təkcə yuxudan ayılmaq üçün yenidən naqillər çəkmək, yenidən hər şeyi dəyişdirmək lazım gəlir.

***

Bəzən hər şey hissələrə parçalanır ki, sonradan birləşib yeni, əvvəlkindən daha yaxşı bir şeyə çevrilsin.

***

Dəyərli bir şeyə sahib olmaq üçün onu əllərində saxlamaq vacib deyil. Bəzən möcüzə həmin dəyərli şeylə ayrılanda baş verir.

 

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram