Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mayk Omer “Qatil ağlı”

Annotasiya

“Qatil ağlı”(ingiliscə “A Killer’s Mind”) – Əvvəllər jurnalist, rəqəmsal oyunlar üzrə proqramçı kimi fəaliyyət göstərən yəhudi mənşəli amerikalı yazıçı Mayk Omerin qələmə aldığı bu roman triller janrındadır.

Çikaqoda silsilə qətllər törədən qatil peyda olur. Çikaqo polisi cinayətkarların profilinin təyin edilməsində ad qazanan FTB mütəxəssisi Zoi Bentlini araşdırmaya cəlb edir. O, bu sahədə ən yaxşılardan biridir. Əsasən ona görə ki, illər əvvəl oxşar manyakla qarşılaşıb, ancaq sağ qalmağı bacarıb.

Karandaşın izi ilə

İndiki dövrdə insanlar uşaq dünyaya gətirirlər, ancaq buna görə məsuliyyət daşımırlar. Əvəzində onları itələyib cəmiyyətə salırlar, sonra da cinayətkarlığın və işsizliyin artmasından şikayətlənirlər.

***

İndiki zəmanədə kosmetika şirkətləri nəticələrini düşünmədən xərcləri azaldırlar. Görünür, yaxşı vəkil tutmaq və tibbi iddialarla mübarizə aparmaq keyfiyyətli krem istehsal etməkdən ucuz başa gəlir.

***

Bilik aurası yayan şəxsin ağzından çıxan istənilən şey məntiqli səslənəcək. Və birmənalı şəkildə həmin şəxs yaşlı, ağ saçlıdır və vaxtaşırı “silsilə qətllər üzrə ekspert” yazısı ilə televiziya ekranlarında görünür.

***

Bu, böyük şəhər həyatının bir hissəsidir – burada təkcə yaxşı iş yerləri, barlar və baxımlı yollar yoxdur, bəzən tıxacla da qarşılaşırsan. Və bəxtin gətirsə, ağıllı olub avtomobilin siqnalına basmamaq edə biləcəyin ən yaxşı iş olar.

***

Zoi yoqanı, meditasiyanı, qaçışı və üzgüçülüyü sınaqdan çıxarmışdı – amma bu vaxta kimi heç nə onun ruhunu “Snikers” batonundan daha yaxşı təmizləməmişdi. Bu, mükəmməl bir terapiya idi.

***

Əgər xəstəxananın gözləmə otağı barda məktəb kabineti ilə qarşılaşsaydı, onda belə deyərdi: “Elə bilirsən, ürəyə pis şey dammağın nə demək olduğundan xəbərin var? Onda, gəl, sənə dərs keçim….”

***

– Elə bilirdim, Vikenberq sənin xoşuna gəlib.

– Əvvəlcə gözümə son dərəcə gözəl görünürdü. Dinc, kiçik şəhər. Hamı bir-birini tanıyır, küçədə hamı bir-biri ilə salamlaşır. İdeal səslənir, düzdür?

– İdealı deyə bilmərəm, amma, məncə, kifayət qədər xoş səslənir.

– Teytum, başa düşməli olduğun məsələ ondan ibarətdir ki, hamı bir-birini tanıyanda hamı o biri haqqında fikir sahibi olur. Və bu fikirlər sizə yapışıb qalır, bəzən isə silinib gedirlər. Qonşunla bir dəfə dalaşmağın kifayətdir ki, hamı bu barədə xəbər tutsun. Uşağın məktəbdə dava salıbsa, hər kəs birdən buna diqqət kəsilir. Və bütün bunlar çıxıb yox olmur, əksinə, üst-üstə qalaqlanır.

***

O, bu fenomen üçün xüsusi bir terminin mövcud olduğunu bilirdi – “məşum vadi” effekti; süni bir şey insana nə qədər çox bənzəyirsə, bir o qədər yad görünür.

***

İndiki zəmanədə göydələnin başına çıxıb, hamını ordan özünü yerə atmaqla hədələyə bilərsən, aşağıdan keçənlər isə öz “YouTube” kanalları üçün səni videoya çəkəcəklər. Halına acıyan olmayacaq.

***

Onun qəzəbli rəhbərlik üçün əla resepti var idi. Üçdə bir nisbətdə kəfarət, üçdə bir nisbətdə itaət, yerdə qalan hissə isə bərabər şəkildə yaxşı əhval-ruhiyyə və şəfqət arasında bölünür. Soyuq şəkildə limon dilimi və bir neçə üzrxahlıqla təqdim edilir. Üzrün səmimi olması mütləq deyil.

***

Qatil haqqında yazanda qəzetlərin sevimli ifadəsi bu olurdu: “Yırtıcı azadlıqdadır. Müdafiəsiz qadınların ovuna çıxan yırtıcı. Meynardda gizlənən yırtıcı”. Lakin Zoi dəhşətli həqiqəti dərk edirdi. O, yırtıcı deyil. O, yadplanetli və ya kanalizasiyadan sivişib çıxan sürüşkən məxluq deyil. Daha pisdir. İnsandır.

***

Tənha iki insan bir-biri üçün boşluq doldura bilməz. Bu cür münasibətlər məyusluğa məhkumdur.

***

Hamı eyni şeyi sənə təkrarlaya-təkrarlaya dursa, onda şübhələr asanlıqla faktlara çevriləcək.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram