Annotasiya
“Aeroport” (ingiliscə “Airport”) – kanadalı yazıçı Artur Heylinin 1968-ci ildə işıq üzü görən və elə həmin il bestsellərə çevrilən romanıdır. Əsərdə meqapolisin aeroport həyatından, hava limanında çalışan insanların şəxsi həyatından bəhs edilir. Roman əsasında 1970-ci ildə eyniadlı film ekranlaşdırılıb.
Karandaşın izi ilə
Evlilik möhkəm olanda eşqbazlıq etmək asandır, evlilik dağılanda isə daha çətindir.
***
Praqmatikin həyatında intuisiyaya, ürəyə dammağa yer yoxdur.
***
Aviasiya beynəlxalq əməkdaşlığın uğurla inkişaf edə biləcəyi yeganə sahədir. Onun üçün yalnız ideoloji deyil, eyni zamanda coğrafi sərhədlər də yoxdur. Müxtəlif millətlərdən olan insanlara dünyaya səyahət etmək imkanı verərək – özü də biletlərin maya dəyəri durmadan aşağı düşür – aviasiya insanın dünyanı tanımaq üçün icad etdiyi ən real vasitədir.
***
İnsanlar arasında əlaqə pozulduqda, o, hər şeydə pozulur – onlar təkcə bir-birini başa düşməkdə çətinlik çəkmirlər.
***
Bütün insanlar izdihamın içində də tənhadırlar.
***
İnsanın öz işinə zərər vurmadan başqa birinə edə biləcəyi köməyin bir həddi var.
***
Spermatozoidlərin dondurulma üsulundan xəbəri olsaydı, Nuh peyğəmbərin qayığının ölçüsü iki dəfə balaca olardı.
***
Müştərilər işində uğurlu olan hüquqşünaslara və uğurlu olmayan həkimlərə üstünlük verirlər.
***
Ağzını açmamışdan qabaq auditoriya və ya məhkəmə iclasçılarına nə haqda danışıcağını düşünməyə və təxmin etməyə vaxt versən, onların inamını asanlıqla itirəcəksən.
***
Düzdür, mühərrik və insan beyni arasında əhəmiyyətli fərq var: mühərriki söndürmək və ehtiyac olmadığı təqdirdə yenidən işə salmamaq mümkündür. Beyni isə mümkün deyil.
***
— Eşitmişəm, sən artıq qarın təmizlənməsi üzrə böyük mütəxəssis olmusan. – Səhlənkarlığı görmək üçün böyük mütəxəssis olmağa ehtiyac yoxdur.
***
Yerə enmə haqqında elan həmişə özündə macəra və romantika daşıyır.
***
Ancaq fikirləşirdim ki, əgər mənim daha çox şeydən xəbərimin olmasını istəsəydi, özü hər şeyi danışardı, bir halda ki, susur, deməli, mənim işim deyil. Bununla belə, kimsə sənə çox əziz olanda… məsələn, qardaşın… bunun sənə aid olmadığını deyib, özünü sakitləşdirmək olmaz: sənin müdaxiləni istəməsələr belə, sakitləşmək olmaz. Və mən belə bir qənaətə gəldim ki, daha kənarda qalmayacam.
***
Eyni zamanda, o, istər-istəməz özünə etiraf etdi ki, bu gün həyat yoldaşı son dərəcə yaxşı, gözqamaşdırıcı görünür, gözləri isə elə hey parıldayır. Təəssüf ki, bütün bunlar artıq onu həyəcanladıra bilmir.
***
Yadımdadır, biri demişdi ki, dağılan evlilik hər iki tərəfin ən pis cəhətlərini üzə çıxarır.
***
Bəşəriyyət tarixini nəzərdən keçirsəniz bir məqam dərhal diqqətinizi çəkəcək: yer üzündə bütün tərəqqi tək bir məqsəd uğruna edilir – hər bir fərdi daha humanist etmək. Sivilizasiya hər dəfə yeni pilləyə qalxanda bəşəriyyət bir az daha yaxşı, bir az daha mədəni olur, ona görə insanlar bir-birlərinə daha çox qayğı göstərməyə, başqasının şəxsiyyətinə daha çox hörmət etməyə başlayırlar. Bütün bunların baş vermədiyi dövrlərdə bəşəriyyət geri yuvarlanır. Diqqətlə baxsanız, tarixin hər parçası bu həqiqəti sübut edir.
***
Bəzən gözlənilməz, absurd uğursuzluqlar olurdu. Təsadüf, taleyin şıltaqlığı, kiçik diqqətsizlik artıq baş tutmuş uğuru dəhşətli məğlubiyyətə çevirə bilirdi. Təsəlli isə o olurdu ki, hərdən bunun əksi də baş verirdi.
***
İnsan özündən əmin olmadıqda, yerdə qalan əzmini hər an itirə bildikdə, xırda bir şey kifayət edir ki, tərəzinin məhvedici gözü ağır gəlsin.
***
Hər şeydən qaçmaq olar, amma xatirələrdən qaçmaq olmaz.
***
Axı yaddaş uyğunlaşır – düzdür? – zamana, şəraitə, real həyata.
***
Əlbəttə, tək əldən səs çıxmaz, amma işi bilən və haqlı olduğuna inanan, nəsə deyə bilən hər kəs bununla öz töhfəsini vermiş olacaq.
***
Birdən Melin yadına düşdü. İngilis şairi Con Don yazırdı: “İnsan təcrid olunmuş bir ada deyil; xeyr, hər bir insan qitənin, materikin bir parçasıdır”.
Tərcümə: Lamiyə Göycəyeva