Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Jan-Pol Didyeloran “6:27 qatarındakı qiraətçi”

Annotasiya

“6:27 qatarındakı qiraətçi”(fransızca “Le liseur du 6h27”)- Jan-Pol Didyeloranın 2014-cü ildə qələmə aldığı və çap olunduğu il Fransada ədəbiyyat fenomeninə çevrilən romanıdır.

36 yaşındakı Gilen Vinyol kağızın təkrar emalı zavodunda çalışır. Vinyol işinə nifrət edir və kitabları məhv etdiyi üçün vicdan əzabı çəkir. Bu əzabdan qurtulmaq üçün hər gün emal maşınının ağzından “sağ qala bilən” səhifələri 6:27 qatarında sərnişinlərə oxumağa başlayır. Bir gün təsadüfən vaqondan tapdığı fləş-kart onun bütün həyatını dəyişir…

Karandaşın izi ilə

Gilenə həmişə maraqlı gəlib ki, görən mütəxəssislər ölüm, xəsarət alma, ya da Jizeppin başına gəldiyi kimi əlillik hallarının qiymətini hesablayarkən hansı üsuldan istifadə edirlər. Nəyə görə səksən yeddi, ya da səksən doqquz min yox, məhz səksən səkkiz min? Yoxsa qıçın uzunluğunu, bəlkə, onun çəkisini, ya da zərər çəkmişin ondan necə istifadə etdiyini də nəzərə alırlar?

***

İnsanlar diz çökür və palçığa bulaşmış ayaqqabılarını su kranının altına tuturmuşca öz dayaz kirli ruhlarını onun burnunun altına dürtürdülər. Günahlar bağışlandı, vəssəlam, işləri düzəldi. Evə quş kimi yüngül, pak ətəkli qayıdırlar.

***

Müharibə sındırılmış ağız-burunların yaralarında olur, Jüli, daha generalların əyinlərinə qutu kimi oturan kraxmalllı, ütülü mundirlərində yox.

***

Öz-özümə deyirəm ki, bəlkə, hər şeyi solğun rəngə bürüyən bu alatoranlıqda müharibələr elə də eybəcər, aclıq elə də dözülməz görünməyəcək, sülh daha sarsılmaz, yatıb yuxuya qalmaq istəyi daha az, axşamlar daha uzun olacaq və yalnız mənim kaşılarımın ağlığı dəyişməyəcək və neon lampaların soyuq işığında yenə də əvvəlkitək parıldayacaq.

***

– Belə, hər şey yaxşıdır, müsyö… Vinyol, Gilen Vinyol, düzdür? Nədənsə şikayətiniz var? Sizi yaxşı gördüm, hərçənd çox yox, bir balaca sınıxmısız.

Yox əşi, hər şey hardan yaxşı oldu?! Gilen etiraz etmək istədi. Mən hələ iyirmi səkkiz il əvvəl ölmüş atamın qayıtmağını gözləyirəm, anam elə bilir, nəşriyyatda işləyirəm. Axşamlar balığa günümün necə keçdiyini danışıram, işimə o qədər nifrət edirəm ki, hərdən qusmağım gəlir və bütün bunlara əlavə olaraq, heç vaxt görmədiyim qıza bənd olmuşam. Kəsəsi, heç bir problem-zad yoxdur, bir əmma var, o da hər şeydə “normanın aşağı göstəricilərinə” yaxınlaşmağımdır, nə dediyimi başa düşürsünüzsə. Lakin Gilen bütün bunların əvəzinə sadəcə “hə” dedi.

***

Bütün bu illərdən sonra, içindəki səkkizyaşlı oğlan hələ də mücərrəd ümidlərə qapılaraq, ulduzdan-ulduza uçan atasının bir gün geri qayıdacağına inanırdı. Heç bir şey, hətta tabutun parlaq qapağına tappıltıyla dəyən torpaq topaları belə, onu əksinə inandıra bilməzdi.

***

O, qiraətçi idi, gözəl kəlamlar elçisi.

***

İctimai tualetdə işləyirsənsə, fərqi yoxdur hansında, sənin nə ixtiyarın var notbukun klaviaturasında takkatak yazıb gündəlik tutasan. İşinin adı səhərdən-axşamadək təmizləmək, xromlanmış avadanlıqları parıldatmaq, sürtmək, qaşımaq, yumaq, kabinələrə təzə tualet kağızı rulonlarını vaxtlı-vaxtında asmaqdır, vəssəlam, ayrı heç nə. Xadimədən təmizlik işlərini gözləyirlər, daha cızma-qarayla əlləşməyini yox. Əgər skanvordları, krossvordları, tapmacaları, buraxılmış söz oyununu həll edirəmsə, ümumiyyətlə, cürbəcür xanalara sözlər yazıramsa, insanlar bunu başa düşə bilirlər. Həmin insanlar boş vaxtlarımda şəkilli sevgi romanlarını, qadın jurnallarını və teleproqramları oxumağımı da qəbul edirlər. Amma xlorla işləməkdən qaxaca dönmüş barmaqlarımla notbukun klaviatruasını döyəcələyərək öz fikirlərimi yazıya köçürüm, yox, beyinləri bunu qəbul edə bilmir. Daha betəri, bu onlara şübhəli görünür. Sanki ortada bir anlaşmazlıq, kastinq səhvi var.

***

Həqiqəti qəbul etməli oldum, insanlar həmişə sizdən yalnız bir şeyi gözləyirlər, onların istədiyi obraza girməyinizi.

***

Sakit müştəri həmişə acıqlı müştəridən daha əliaçıq olur.

***

Gilenin başı az çəkməmişdi, ona görə də bilirdi ki, tək yaşamaqla qızılı balıqla tək yaşamaq arasında böyük fərq var.

***

Və mən bilirəm ki, kabinənin qapısı arxasında qaldıqları qısa müddət ərzində, mövqelərindən, sosial statuslarından asılı olmayaraq, onların hamısı bir nəfər kimi çox qədim dövrə qayıdır, təbii ehtiyaclarını ödəyən məməlilərə çevrilirlər.

***

Tualetdə kağız kimdədirsə, haqlı da odur.

***

Mən kitabları sevirəm, hərçənd bütün günü onları məhv etməklə məşğulam.

***

Bir müddət əvvəl yer üzündə bir daha varlığın olduğunu aşkarladım, elə bir varlıq ki, onun qüdrətiylə rənglər daha canlı, işlər daha asan, qış daha mülayim, dözülməz daha tab gətiriləsi, gözəlliklər daha gözəl, eybəcərliklər bir qədər gözəl olur, qısacası, mənim həyatım daha da gözəlləşir.

 

Tərcümə: Çimnaz Vəliyeva

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram