Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Hvanq Sok Yonq “Şahzadə Bari”

Annotasiya

“Şahzadə Bari” (koreyaca “Bari-degi”) – koreyalı yazıçı Hvanq Sok Yonqun yerli əfsanədən ilhamlanaraq qələmə aldığı romanıdır.

Şimali Koreyanın ucqar bir kəndində növbəti övladının oğlan olacağını gözləyən ailədə yeddinci qız uşağı dünyaya gəlir. Ərinin qəzəbinə tuş gəlməmək üçün qadın yeni doğulan körpəni meşəyə atır. Nənə balaca qızcığazın köməyinə çatır və ona Bari adını qoyur. Əfsanəyə görə, Bari dirilik suyunu tapmaq üçün yollara düşən bir şahzadənin adıdır.

Ailəsi pərən-pərən olan, aclıq və ölüm təhlükəsindən Çinə qaçan Bari daha sonra İngiltərəyə qaçmalı olur. Masaj etmək bacarığı onu bu şəhərdə aclıqdan xilas edir. Lakin tale onunla burada da amansız davranır. Londonda ailə quran, qısa müddətdə xoşbəxt olan Bari az sonra körpəsinin ölümündən sarsılır və yenidən ölüm-dirim savaşına başlayır.

Karandaşın izi ilə

Aydın mavi səmada kiçik ulduzlar qədər

Bizim həyatımızda kədər də çoxdur.

***

Ölkənin vəziyyəti pisləşdikdə dövlətin sərvətini mənimsəyən insanlara daha ağır cəzalar verirdilər.

***

Ölkələrin problemlərindən ən çox uşaqlar əziyyət çəkir.

***

İnsan qəlbi də yemək kimidir. Uzun müddət keçəndə xarab olur.

***

Dünyanın prinsipi hər yerdə eynidir. Varlılar sahib olduqlarını qorumaq üçün çox güc sərf edirlər.

***

– Dünya da, insanlar da birdir. Ağıldankəm, xəstə, axmaq və tamahkar.

– Miskin.

***

Kişi yalnız evlənəndən sonra pul yığa bilər. Çünki insan tək yaşayarkən bədxərclik edir.

***

Mən həyatın zamanla çətinliklərə dözmək olduğunu dərk etmişdim. Hər dəfə ümid etdiyin kimi olmasa da, hər necəsə yaşadığın müddətcə zaman axır və hər şey keçib-gedirdi.

***

Söz cisimlə uyğunlaşmalıdır ki, unudulmaz olsun.

***

İnsanın özünün yaşamaq əzmi olmalıdır. Yalnız bu təqdirdə başqaları sənə inanıb köməklik edər.

***

Doğulub yaşayan hər kəs bu dünyada artıq cəhənnəmi təcrübədən keçirir. Nifrət məhz insanın özünün yaratdığı cəhənnəmdir.

***

Müharibədə qələbə qazanan yoxdur. Dünyada ədalət həmişə birtərəflidir.

Tərcümə: Könül Kamilzadə, Rəfail Babazadə

3.5 (70%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram