Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Harlan Koben “Yaşayan ölülər”

Annotasiya

“Yaşayan ölülər” (ingiliscə “Live Wire” ) – amerikalı yazıçı, triller ustası Harlan Kobenin qələmə aldığı bu əsər “Mayron Bolitar” seriyasının onuncu kitabıdır.

Karyerasına idman agenti kimi başlayan Mayron Bolitar sonradan hüquq sahəsinə yönəlir, öz şəxsi agentliyini qurur, dostlarının və ona müraciət edən müştərilərinin problemlərini həll etməyə çalışır. Keçmiş tennis ulduzu Syuzi hamiləliyinin səkkizinci ayında sosial şəbəkə hesabından naməlum şəxsdən ailəsinə nifaq salan şərh alır. Həmin şəxs körpənin başqa kişidən olduğunu iddia edir. Syuzi ailəsini, eyni zamanda ərinin həyatını qurtarmaq üçün Mayrona müraciət edir. Aparılan araşdırma fonunda Mayron təsadüfən izini çoxdan itirdiyi başqa bir şəxslə – qardaşı arvadı Kitti ilə rastlaşır. Belə ki, uzun illər əvvəl Kitti Mayronun qardaşı ilə Bolitar ailəsini tərk edibmiş. İndi Mayronun yalnız bir istəyi var: xəstəxanada ölümlə çarpışan atasını qardaşı ilə görüşdürmək. O, buna nail ola biləcəkmi?

Karandaşın izi ilə

Hamiləlik elə bir duyğudur ki, sanki kimsə sənin sidik kisəndə buldozer saxlayır. Məncə, qadınlar ona görə hamilə olmağı sevirlər ki, hamiləlik onlara başqa insanlardan seçilmək imkanı yaradır. Hamilə qadınlar özlərini bir qədər şou-biznes ulduzları kimi hiss edirlər. Qadınların çoxu gündəlik həyatda heç kimin diqqətini çəkmir. Amma elə ki qadın hamilə olur, istər-istəməz hər kəsin diqqət mərkəzinə düşür. İndi deyəcəyim söz bəlkə də bir az kobud səslənəcək. Mənə elə gəlir ki, hamilə qadınlar hər kəsin onları alqışlamasını istəyir.

***

İnternetin müsbət tərəfi odur ki, hamı öz fikrini azad şəkildə ifadə edir. Pis tərəfi də odur ki, hamı öz fikrini azad şəkildə ifadə edir.

***

İnsanlar instinktiv olaraq xoşbəxt anların əbədi olduğuna inanırlar. Nə etmək olar, bizim xəmirimiz belə yorğulub. “Bitlz” qrupu vardı, indi yoxdur. Amma hamı elə düşünür ki, onlar hələ də göylərdə haradasa mahnı oxumağa davam edirlər. Hər kəsin sevərək izlədiyi “Sopranolar” vardı. İndi isə yoxdur. Amma biz özümüzə təskinlik veririk ki, hələ də televiziya kanallarında həmin serialın təkrarına baxıb sevdiyimiz qəhrəmanları görə bilirik. Eyni sözləri Filip Rotanın “Çukerman” silsilə romanları və Bryus Sprinqstinin konsertləri haqda da demək olar. Bu dünyada xoşbəxtlik əbədi deyil, digər məqamlara nisbətən xoşbəxt anlar daha tez yox olur. Önəmli olan qarşına çıxan gözəl məqamların, xoşbəxtliiyin qədrini bilmək, ondan zövq almaqdır.

***

Basketbolda belə bir deyim var: “İstənilən hərəkəti özün öyrənə bilərsən, amma boy-buxunu Tanrı verir”.

***

Valideynlər övladlarının tərbiyəsində oynadığı rolu həddən artıq şişirdirlər.

***

Başqalarının şəxsi işlərinə müdaxilə etmək lazım deyil, hətta niyyətin yaxşı olsa belə.

***

Bir-birlərini sevən iki şəxsin münasibətinə müdaxilə etmək dövlətlər arası müharibələrlə müqayisə oluna bilər. Götürək ölkəmizin İraq və Əfqanıstanda apardığı savaşları. Biz həmin ölkələrə sülhü təmin etmək məqsədilə müdaxilə etmişdik, ora göndərdiyimiz əsgərləri qəhrəman və xilaskar hesab edirdik. Əvəzində isə sözügedən ölkələrdə problemləri daha da dərinləşdirmiş olduq.

***

Danışarkən filosofluq edən insanlar, adətən, nəyisə gizlətməyə çalışırlar.

***

Sizə silah çəkilən zaman bütün dünya üzünüzə tuşlanan silahın lüləsinə sığacaq qədər kiçilir. Bu zaman sizin üçün dünya, həyat, zaman və məkan anlayışı öz əhəmiyyətini itirir. Bu zaman sizin dünyanız sadəcə üzünüzə tuşlanan kiçik qara dəlikdən ibarət olur.

***

Bəli, dörd oyuncaq dükanı vardı. Satıcıların oyuncaqlarla etdiyi düşük hərəkətləri real həyatda uşaqlar heç vaxt etməzlər.

***

Sənə bir misal çəkim; tutaq ki, cibində pul var. Bu pula bahalı ayaqqabı ala, ya da Afrikada acından ölən bir neçə uşağın həyatını xilas edə bilərsən. Hansını seçərsən? Əlbəttə, ayaqqabı almağı. Həyat belə qurulub. Başqa misal çəkim; bir adamın ailəsinə çörək almağa pulu yoxdur. O, başqa birisini öldürüb əlindəki çörəyi alsa, ailəsi acından ölməyəcək. Yox, əgər öldürməsə, öz uşaqları acından öləcək. Səncə, nə vaş verir? Bu adam balalarını yaşatmaq üçün məcbur olub qatil olur. Zəngin insanlar isə başqa fəndə əl atırlar. Onlar “Yox, öldürmək olmaz. Öldürmək heç də yaxşı deyil” fason qanunlar yazırlar ki, kasıb insanlar onların əlindəki sərvəti və milyon ədəd çörəyi almağa cürət etməsinlər. Nə demək istədiyimi başa düşürsən?

***

Həyatda hamı peşman olur. Amma bu o demək deyil ki, hər peşmançılığa görə keçmişi dəyişmək lazımdır.

***

Səhv etməyən insan heç nəyə cəhd etməyən insandır. Səhvsiz həyat isə yaşanılmamış həyatdır.

***

Tennisdə iki oyunçu olur. Oyun sonrası onlardan biri qalib, digəri isə məğlub olur. Qalib gələn tennisçi qalib gəldiyi üçün yox, rəqibini məğlub etdiyi üçün sevinir. Amma niyə biz qalibə qalib deyirik? Əslində biz qalibə məğlub edən deməliyik.

***

Həyatda bir çox şeyi bağışlamaq olar, amma yalan-palan və paxırımızı açan adamları bağışlaya bilmirik. Biz özümüz haqda hər zaman çox yüksək fikirdə oluruq. Əslində isə heç nə olduğumuzu şüur altında dərk edirik, amma bunu etiraf etmək bizə ağır gəlir.

***

– O, bütün cütlüklərin arasında sirr olduğunu demişdi.

– Çətin ki, bunu əsrin ixtirası adlandıraq.

– Uin, bizim aramızda sirr var?

– Yox, amma aramızda cinsi əlaqə də yoxdur.

– Səncə, cinsi əlaqə olan yerdə sirrin olması normaldır?

– Səncə, normal deyil?

– Hər zaman düşünmüşəm ki, seks fərdləri yaxınlaşdırır.

– Ha-ha-ha!

– Ha-ha? Burada gülməli nə var?

– Çox sadəlövhsən.

***

Hətta ən güclü, ən cəsur insanlar belə ölümlə üzləşəndə bir şey haqqında fikirləşirlər; ölməmək. Həyatın bir tək qanunu var. Bu qanun yaşamaq və həyatda qalmaq eşqidir. Can şirin şeydir. Hətta ən dindar insanlar Tanrıya qovuşmaq üçün deyil, Ona qovuşmamaq üçün dua və ibadət edirlər.

 

Tərcümə: Zəkəriyyə Türksoy

4.9 (98.87%) 53 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram