Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Lesli Pouls Hartli “Vasitəçi”

Annotasiya

“Vasitəçi” (ingiliscə “The Go-Between“) – XX əsr ingilis ədəbiyyatının klassiki Lesli Pouls Hartlinin qələmə aldığı romandır. Əsərin qəhrəmanı 1900-cü ilin iyul ayında dostunun bağ evində keçirdiyi yay tətilini, elə həmin vaxt baş verən faciəvi hadisələri yada salır. Kitab oxucular arasında böyük uğur qazanır, 1971-ci ildə əsər əsasında çəkilən film Kann kinofestivalının “Qran pri” mükafatına layiq görülür.

On iki yaşlı Leo sinif yoldaşı Markus Modslinin Norfolkdakı bağ evində qonaqdır. O, burada Markusun böyük bacısı Merian ilə tanış olur. Qız varlı, adlı-sanlı Hyu Trimingemlə nişanlıdır. Bir gün Merian Leodan gizli eşq yaşadığı fermer Ted Börcesə məktub aparmasını xahiş edir. Uşaq çaş-baş vəziyyətdədir: o, Hyuya yalan danışmaq, eyni zamanda Merianın xahişini yerə salmaq istəmir.

 

Karandaşın izi ilə

Bir şeyi ya etmisən, ya etməmisən. Kimin vecinədir motivin nə olub?

***

Həddindən artıq həssas olduğumu düşünmürəm; bu dünyada hər bir insanın ən çox lağ olunmaqdan xoşu gəlmir. Həyat təcrübəm belə deyir. İnsanlar simalarını itirməkdən qorxurlar. Məgər müharibələr buna görə başlayıb, sonra buna görə uzun-uzadı davam etmirmi?

***

Keçmiş yad bir ölkədir: orada hər şey başqa cürdür.

***

Silah dolu olmasa belə, heç vaxt insanı nişan almayın.

***

Bu, beynin əzələ gücü üzərindəki qələbəsi idi və əsl ingilis kimi bu mənə şübhəli gəldi.

***

“Yaxşı” və “pis” anlayışları ümumiyyətlə mənə iyrənc görünürdü. Onları hər hərəkətimi izləyən iki casus kimi təsəvvür edirdim.

***

Bir məşğuliyyət qətl ilə başa çatırsa, deməli, bu, pis məşğuliyyətdir.

***

Bəzən olurdu ki, məndən inciyirdilər. Buna görə özümü həlak etməməyi şərəf məsələsi hesab edirdim.

***

Əşyaları olduğu kimi görmək – ilahi, necə də darıxdırıcıdır!

***

O, dünya işlərində vaxtından əvvəl püxtələşdiyi üçün yaxşı başa düşürdü ki, darıxdırıcı olmaq bağışlanmaz bir günahdır.

***

Bəli, bəlkə də, bilik böyük gücdür, amma bunun taleyin zərbələrinə tab gətirmək, ruhdan düşməmək, həyat şərtlərinə uyğunlaşmaq, insanın zəifliyinə dözümlü olmaq bacarığı ilə heç bir əlaqəsi yoxdur.

***

Keçmişdə yaşamaq ən azından ona görə yaxşı şeydir ki, keçmiş sənə sürpriz edə bilməz.

***

Bir şeyə güclü maraq çox vaxt yerdə qalan şeylərə tam laqeyd münasibətə çevrilir. Zəriflik və həssaslıq isə sərtlik və mənəvi karlığa əla uyğun gəlir.

 

Tərcümə: Lamiyə Göycəyeva

2.5 (50%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram