Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Frensis Börnet “Sirli bağ”

Annotasiya

“Sirli bağ” (ingiliscə “The Secret Garden“) – Amerikalı yazıçı Frensis Börnetin 1911-ci ildə nəşr olunan bu romanında valideynləri ilə birlikdə Hindistanda yaşayan on yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri tərəfindən lazımınca diqqət görməyən qızcığaz ətrafındakılarla kobud rəftar edir. Ana-atası yoluxucu xəstəliyə tutulub vəfat etdikdən sonra Meri İngiltərəyə dayısının himayəsinə göndərilir. O, burada qulluqçularla dost olur və malikanədəki “sirli bağı” kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin üstünü açır -dayısının şikəst oğlunu tanıyır, xeyirxah münasibəti ilə onu həyata qaytarır.

Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır.

 

Karandaşın izi ilə

Xəstə olanda küçədə yaxşı və ya pis hava olduğunun fərqi yoxdur.

***

Heç bir uşağın orqanizmi təmiz hava almadan yalnız şəkilli kitab oxumağa, dərman içməyə tab gətirməz.

***

Əgər mən kiminsə ölməyimi istədiyini bilsəydim, acığa heç vaxt ölməyə razılaşmazdım!

***

Həkimin nitqindən Kolin belə bir nəticə çıxarmalıydı ki, ona əsəbiləşmək olmaz, çox danışmaq olmaz. Ən vacibi isə unutmamalıydı ki, sağlamlığı zəifdir və kiçik bir gərginlik ona necə öldürücü təsir bağışlaya bilər. “İndi mən bilirəm niyə Kolin həmişə ölüm haqqında danışır, – həkimi dinləyərkən Meri fikirləşdi – O qədər şey olmaz deyiləndə, yəqin ki, ümumiyyətlə, artıq yaşamaq istəməzsən”.

***

Öz evini qurmaq vaxtı gələndə nə quşların, nə insanların, heç kəsin artıq vaxtı olmur.

***

Əgər bütün günü uzanıb fikirləşsən ki, necə bədbəxtsən, onda sənin atanın heç vaxt donqarı olmasa belə, ölmək də olar, qozbel olmaq da.

***

Bilirsən, axı Kolin çox qəribədir. O, kitab çox oxuyub və o qədər qeyri-adi şeylər bilir ki. Adi şeylərdən isə qorxur. Küçəyə çıxmağı sevmir.

***

Özün sağlam olanda və tənhalıqdan, sıxıntıdan əziyyət çəkməyəndə xəstənin şıltaqlığını başa düşmək asan olmur.

***

Amma Kolin heç vaxt onu narahat edənlər barədə heç kəslə səmimi söhbət etməmişdi. O, cahil insanların xəstəliyi haqqında yaydığı şayiələr ilə bəslənirdi və yanında sədaqətli dostu olmadığına görə əzab çəkirdi. Buna görə də Meri Lennoksu dinləyərkən qəzəb deyil, ümid hiss edirdi. Əgər qız onunla belə kobud danışırsa, hətta xəstəliklərinə gülürsə, deməli, vəziyyət, doğrudan da, ümidsiz deyildi? Çünki oxuduğu bütün kitablarda ölən adama heç kim gülmürdü.

***

Anam deyir ki, uşaqla iki pis hal baş verə bilər. Ya ona heç nə əmr etmirlər, ya da əksinə, hər şeyə icazə verirlər və bilmirlər ki, bu daha pisdir.

***

– Diken deyir ki, əgər kiminləsə möhkəm dost olsan, o səni başa düşəcəkdir, heyvan olmağından asılı olmayaraq.

– Kaş mən də hansısa bir heyvanla dost olardım! Amma mənim ətrafımda həmişə yalnız insanlar olub, insanları isə xoşlamıram!

***

Uşağın əsl uşaqlığı olmasa və o, həmyaşıdları ilə ünsiyyət saxlamasa, yaxşı olmağı bacarmaz.

***

Bir dəfə hələ məktəbdə oxuyanda coğrafiya müəlliməsi dedi ki, dünya portağala bənzəyir. Onda mənim hələ 10 yaşım tamam olmamışdı, ancaq yadımda möhkəm saxladım: əgər elədirsə, deməli, heç bir insan portağalı tam olaraq əldə edə bilməz. Kiməsə bir dilimi, kiməsə çəyirdəyi, kiməsə də – heç nə. Uşaqlar birlikdə bunu bir-birinə hər zaman sübut edir. Yaxşı da edirlər. Həyat onsuz da hər şeyi öz yoluna qoyacaq, amma kim ki uşaqlıqda portağalın öhdəsindən gələ bilməyibsə, sonra ona çox ağır olur.

***

Kim ki həyatında bircə dəfə sübh tezdən oyanıb çəhrayı danı qarşılayarkən günəşin çıxmasından vəcdə gəlibsə, Kolin kimi qışqıra bilərdi: “Mən hələ çox yaşayacağam!”

***

Onlar susdular və uzun müddət fikirləşdilər. İkisi də möcüzələrə inanırdı, amma onları bir qədər fərqli dərk edirdilər. Diken, demək olar ki, onu əhatə edən hər şeyi möcüzə hesab edirdi, çünki uşaqlıqdan hər yerdə gözəllik tapırdı. Merinin möcüzələr haqqında düşüncələri daha ali idi. O düşünürdü ki, bunu yalnız ali varlıqlar və cadugərlər bacara bilər və Dikenin də onlardan biri olduğunu düşünürdü. Məgər onun bütün ətrafa yayılan xeyirxahlığı möcüzə deyilmi?! Onu ən müxtəlif insanlar və heyvanlar sevirlər, əlbəttə ki, bunun özü də bir möcüzədir.

***

Günəş işıq saçır, günəş işıq saçır. Bu möcüzədir. Gül artır, kökləri də artır. Bu möcüzədir. Həyat möcüzədir. Güc də möcüzədir. Möcüzə məndədir! Məndə, məndə və bizim hamımızda!

***

Çünki yeni bir kəşf olanda insanların əksəriyyəti bunun mümkünlüyünə inana bilmir. Amma illər keçir, yeniliklər həyatda özünü təsdiq edir. Nəhayət, elə bir vaxt gəlir ki, hər kəs əcdadlarının bunları bilmədən uzun müddət necə keçindiklərinə heyrət edir. Ötən əsrin kəşflərindən biri o idi ki, bəşəriyyət, nəhayət bir şeyi anladı: bizim fikirlərimizdəki enerji elektrik yükündən heç də az deyil. Xoş fikirlər işığa bənzəyir, bəd fikirlər isə insanlar tərəfindən vaxtında beyindən qovulmasa, öldürə və ya biryolluq həyatı korlaya bilər.

 

Tərcümə: Günay Hüseynova

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram