Annotasiya
“Amsterdam” (ingiliscə “Amsterdam“) – İen Makyuenin 1998-ci ildə çapdan çıxan, dostluq və dəyərlərdən bəhs edən romanıdır. Makyuen Culian Barns və Martin Emislə yanaşı müasir Britaniya nəsrinin “hakim triumvirat”larından biridir.
İki dost – populyar gündəlik qəzetin baş redaktoru və “Əsrin simfoniyası” üzərində işləyən məşhur bəstəkar öz aralarında evtanaziya razılığına gəlirlər: əgər onlardan biri yaddaşını itirsə və ya özünü idarə etmək imkanında olmasa, onda digəri mütləq onu öldürməlidir. Dostların bu qəribə intriqası nə ilə başa çatacaq?
Roman 1998-ci ildə Buker mükafatına layiq görülüb.
Karandaşın izi ilə
Dostlar burada görüşdü və qucaqlaşdı
Və ayrıldılar – hərə öz səhvinə doğru.
U.X.Oden “Yoayrıcı”
***
Cənab Linli, real dünyada heç bir ədalət sistemi insana xas səhvlərdən arınmayıb.
***
Fikirayrılığını müəyyənləşdirib dost qalmaq – mədəni mövcudluğun qayəsi elə bu deyilmi?
***
Klayv iddia edirdi ki, dardüşüncəli fanatiklər üçün istənilən uğur, – ən məhdudu belə – istənilən ictimai təsdiq estetik güzəştin və uğursuzluğun bariz əlamətidir.
***
Tənəzzülünə nəzarət edə bilərlər, amma onun qarşısını ala bilməzlər. Buna görə də onlardan uzaq dur, deqradasiyanı özün izlə, artıq əlin iş tutmayanda və ya ləyaqətlə yaşaya bilməyəndə, özün buna son ver. Bəs necə edək ki, həmin sərhədi, Mollinin belə tez bir zamanda düşdüyü xətti — özünü öldürmək üçün həddindən artıq aciz, yöndəmsiz, axmaq olduğun həmin xətti keçməyək?
***
– “Heç kim” adətən birinci şəxsin təkində feil tələb edir. Bunu qulağımızda sırğa edib saxlaya bilərik? Vernon təklifin masa arxasında dəstəkləndiyini hiss etdi. Qrammatika mütəxəssislərinə bu cür şeylər eşitmək xoşdur. Onlar qəzeti basdırmağı üstün tutardılar – ancaq sırf sintaksis cəhətdən.
***
Bəzi dostları onlara sərf edəndə dahi rolunu yaxşı oynayırdılar, — dəvət olunduqları yerə getməməklə, istənilən yerli qarışıqlığın yalnız və yalnız onların insanı bütünlükdə ələ keçirən yüksək istedadlarına çəki verəcəyinə inanmaqla. Bu insanlar – onların arasında ən pisi romançılar idi – dostlarının və qohumlarının başlarına yeridə bilirdilər ki, ali məqsəd nəinki iş saatlarına, həmçinin istənilən gəzinti və nahardan sonrakı yuxuya, istənilən səssizlik tutması, depressiya və ya içki məclisinə haqq qazandırır. Qabiliyyətsizlik maskası. Klayv belə hesab edirdi. O, yüksək istedada şübhə etmirdi – lakin axmaq hərəkətlər onun bir hissəsi deyildi. Bəlkə də, hər dövrdə kimsə istisna edilməli idi; Bethoven – hə; Dilan Tomson – qəti yox.
***
Qərbi Londondakı guşəsində və şəxsi işlərinə gündəlik diqqətində Klayva sivilizasiya haqqında interyer, kulinariya, yaxşı şərab və buna bənzər şeylərlə tamamlanmış bütün incəsənət növlərinin məcmusu kimi düşünmək asan gəlirdi. İndi isə incəsənət ona həqiqətən olduğu kimi görünürdü: əsas təyinat məqsədi televiziya və peyk antenlərini saxlamaq olan kvadrat kilometrlik miskin müasir evlər; televizorda reklam edilən cır-cındırı istehsal edən fabriklər; və darıxdırıcı çöllər, — cır-cındırı daşımaq üçün növbədə gözləyən yük maşınları.
***
…yollar, həyasızcasına hər tərəfə soxulan yollar, sanki sənin hələ olmadığın yerə gedib çıxmaqdan başqa bu dünyada vacib heç nə yoxdur.
***
Yer üzündəki bütün digər həyat formalarının əmin-amanlığına gəldikdə, insan layihəsi nəinki uğursuz oldu, bu layihə əvvəldən səhv idi.
***
Özü də pis əhvali-ruhiyyə prizmasından görünən keçmişin necə təhrif olunduğunu və başqa rəngə boyandığını başa düşmürdü.
***
Transvestit olmaq caizdirsə, onda irqçiyə də caizdir. İrqçi olmaq caiz deyil.
***
O, nikbinliyinə baxmayaraq, bəzən təbiətlə baş-başa qalan insanı saran həyəcanlı sıxıntıya qapılmışdı.
***
— Klayv? Vernondur.
— Nə?
— Vernon. Səni oyatdım. Bağışla…
— Yox, yox. Heç də. Burada fikrə dalmışdım… Telefonun dəstəyində mələfənin xışıltısı eşidildi. Klayv yatağında yerini dəyişirdi. Niyə telefonda tez-tez yuxuya getməyimizlə bağlı yalan danışırıq? Zəifliyimizi gizlədirik?
***
Jurnalistika bəzi cəhətlərdən elmə oxşayır: ən yaxşı ideyalar ağıllı müxalifətlə qarşıdurmadan sağ çıxan və möhkəmlənən ideyalardır.
***
Şəxsi təcrübəsindən bilirdi ki, hirsli olanda göndərilən məktub düşmənin əlinə silah verir.
***
Elə olur ki, haqsızlıq ilə bağlı fikirlərlə özlərini zəhərləyənlərdə qisas yanğısı əlverişli şəkildə borc hissi ilə birləşir.
***
Əlbəttə, bu həyatda ilk dəfə öz dəyərini dərk etdiyin məqam yetişməlidir və əlbəttə ki, bu, həmişə absurd görünəcək.
Tərcümə: Lamiyə Göycəyeva