Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Devid Qrossman “Bir at bara girir”

Annotasiya

“Bir at bara girir” (ingilicə “A Horse Walks into a Bar“) – yəhudi yazıçısı, publisist, dramaturq və jurnalist Devid Qrossmanın 2014-cü ildə çapdan çıxan romanıdır. Əsər üç ildən sonra “Man Booker” mükafatına layiq görülüb.

İsrailin Netanya şəhərində komediya aktyoru Dovale Qrinşteyn klubların birində səhnəyə çıxır. Çıxışına məzəli əhvalatlar danışmaqla başlayan Dovale bir müddətdən sonra taktikasını dəyişir. Tədricən bu zarafatların arxasından aktyorun faciəvi keçmişi boylanır: despot ata, hərbi xidmət, amansız məktəb illəri.

Karandaşın izi ilə

Mən düz deyirəm, yoxsa düz deyirəm?

***

İnanın mənə, əgər üç sevimli qadına aliment və bir-iki-üç-dörd-beş uşaq üçün – yaxşı sayın: düz beş uşaq – uşaq pulu ödəməli olmasaydım… Allaha and içirəm ki, bu gecə qarşınızda tarixdə doğuşsonrası depressiya ilə yaşayan ilk kişi dayanıb. Beş dəfə! Əslində dörd, çünki onların ikisi əkizdir. Əgər öz doğuşumdan sonrakı depressiya müddətini də saysaq, deməli əslində beş.

***

Qulaq as, Netanya, yaxşı qulaq as: vergilər dövlət tərəfindən xoşbəxt olduqları dəqiq müəyyənləşdirilmiş adamlardan alınmalıdır. Onlara gülümsəyən, gənc, sağlam, optimist adamlardan, gündüz vaxtı fit çalan və gecə yatan adamlardan. Yalnız bu quşbeyinlər vergi ödəməli və sahib olduqları hər şeydən məhrum edilməlidirlər!

***

Dediyim odur ki, görün qətlə görə nə qədər məhkəmə, həbs, araşdırma və cinayətlər baş verir, amma mən heç doğuşla bağlı bircə belə hal da eşitməmişəm! Nə də qəsdən doğuşa təşviq barədə bir şey yoxdur!

***

Haradasa qiymətli olmağın ən yaxşı üsulu orda olmamaqdır, başa düşdün? Allahın bütün Holokost təşəbbüsünün arxasındakı ideya bu deyildimi? Ümumiyyətlə, ölümün bütün konsepsiyasının arxasında bu yatmırmı?

***

Nəyin bahasına olur-olsun insanları gülməyə vadar etmək və əslində sizə bizi sevmək üçün yalvarmaq stressi…

***

Xam ruh, nə yenilikləri, nə bir parıltısı olmayan ruh, daimi təməl ruhunuz, sadəcə yaxşı yemək, bir balaca içmək, özünü yaxşı hiss etmək, həftədə bir dəfə sevişmək və heç nəyə görə narahat olmaq istəməyən adam ruhu, lakin sonra belə məlum olur ki, lənətə gəlmiş ruhumuz arxamızı ağrıtmadan dayana bilmir! Onun hətta öz birlik nümayəndələri də var! – Ürək ağrısı – bir! Vicdan əzabı – iki! Şeytanın elçiləri – üç!

***

Həyat belə qurulub. Adamlar plan qurur; Allah onu puç edir.

***

Mən yenidən dərin, qaranlıq saxtakarlıq hiss edirəm, adətən sözlərin kifayət etmədiyi yerdə belə olur.

***

Bu yaşın ən yaxşı cəhəti odur ki, sən üstündə “BURADA DOVALE VƏ SOXULCANLAR XOŞBƏXT YAŞAYIR” yazılı lövhəni aydın görə bilirsən.

***

Hebronda bir küçədə gəzən iki sakinin yanı ilə bir ərəb addımlayır. Gəlin, ona balaca Əhməd deyək. Qəfildən hərbi səsucaldıcılardan beş dəqiqə ərzində ərəblər üçün komendant saatı başlayacağı elan edilir. Sakinlərdən biri silahı çiynindən götürüb balaca Əhmədin başına bir güllə çaxır. O biri isə bir qədər təəccüblənir: “Lənət olsun, mənim müqəddəs qardaşım, sən niyə belə elədin?” Müqəddəs qardaş ona baxır və deyir: “Onun harada yaşadığını bilirəm, onsuz da evə vaxtında çata bilməzdi”.

***

Dostlarım, mənə qalsa, solçuların ən böyük problemi budur ki, onlar gülə bilmir. Ciddi soruşuram, siz heç gülən solçu görmüsünüz? Sizi əmin edirəm ki, min faiz görməmisiniz. Onlar heç tənha olanda da gülmürlər ki, adətən tənha olurlar.

***

Həyatdakı ən böyük nailiyyətim isə geniş və birlik içində olan, – təbii ki, mənə qarşı, – ailə yaratmağımdır.

***

Şəxsiyyətin işığı, düşündüm. Daxili parıltı. Ya da daxili qaranlıq. Özünəməxsusluq titrəyişi, bir sirr. Şəxsi təsvir edən sözlərin arxasında, onun başına gələn, alınmayan və onun içində təhrif olunan şeylərin arxasında yatan hər şey.

***

Sonda ravvinlərin haqlı çıxması ən böyük qorxu deyilmi? Cəhənnəmin real yer olması?

***

Bunun bir bonusu var idi ki, mən baş-ayaq gəzəndə anama heç kim fikir vermirdi, başa düşürsünüz? O, başında örtüyü, ayağında rezin çəkmələri ilə bütün gün başını yerdən qaldırmadan gəzə bilərdi və həmişə zənn etdiyi kimi heç kim ona ağız büzüb baxmazdı, qonşular onun barəsində danışmazdılar, kişilər pərdə arxasından boylanmazdılar, – hamı hər zaman mənə baxardı və o rahat gəzərdi.

***

Atamı zarafata salmayın ha. Hələ tam anlamamısınızsa, bizim evdə monoteizm hökm sürürdü: ondan başqa Allah yox idi.

***

Yeniyetməlik dövrünüzü xatırlayırsınız, bu dünyada hər şey sizi ehtiraslandırdığı vaxtları?

***

Gözəl balaca şarlar yadınızdadır? Bəs içində kəpənək olanlar? Bax, mənim anam eləsindən idi.

***

Nə isə, Bibliyanın da dediyi kimi: “Və kişi öz arvadı Həvvanı tanıdı”, düzdür? Üstəlik, fikir verin, kitabda onun qadını tanıdığı deyilir. Amma başa düşdüyü barədə heç nə deyilmir.

***

Mən sizə gülmürəm, qardaşım, mən sizinlə birlikdə gülürəm, oldu?

***

Maraqlıdır, əslində mən doğulandan sonra hər ikimiz doğuş sonrası depressiya keçirmişik, amma mənim depressiyam 57 ildir ki, davam edir.

***

– Bilirsiniz, mənim yaşımda unutmağın əksi nədir? – Xatırlamaq? – Yox, yazmaq.

***

Bir oğlan nənəsinin ölümünün il dönümündə onun məzarını ziyarət edir. Bir neçə sıra o tərəfdə isə bir kişi qəbirin yanında əyləşib ağlayır, vay-şivən edir: “Niyə? Niyə? Sən niyə öldün? Niyə ölüm səni məndən aldı? Sən gedəndən sonra mənim həyatımın nə dəyəri var? Lənətə gəlmiş ölüm!” Bir neçə dəqiqə sonra nəvə dözmür və həmin kişiyə yaxınlaşır: “Sizi narahat etdiyim üçün bağışlayın, ser, amma sizin bu kədəriniz mənim qəlbimə toxundu. Mən heç vaxt bu cür dərin qüssə görməmişəm. Sizdən kimdən ötrü yas saxladığınızı soruşa bilərəm? Bu, oğlunuzdur? Yoxsa qardaşınız?” Kişi ona baxır və deyir: “Əlbəttə, yox, bu, arvadımın birinci əridir”.

***

Danışmağa heç kəsi olmayan adamları bilirsiniz? Onlar tənha və səfildirlər. Belələri lazım gələndə sizdən tozsoran kimi hər şeyi çəkərlər. Yəni siz onların son şansınız, sizdən sonra yalnız korlar üçün siqnal verən piyada keçidləri qalır.

***

Körpə koala budaqda dayanır, qollarını açıb hoppanır və yerə çaxılır. Özünü qaldırıb yenidən yuxarı qalxır, budaqda dayanır və qollarını açıb hoppanır, yerə dəyir. O, yenidən qalxır, dırmaşır və hər şey yenidən təkrarlanır. Bu beləcə davam edir, bu vaxt ərzində iki quş yanındakı budaqda əyləşib ona baxır. Nəhayət, bir quş o birinə deyir: “Bəri bax, biz ona ögey övlad olduğunu deməliyik”.

***

Dovşan qaranlıqda ilana toxunur və deyir: “Sənin uzun haça dilin var, sən sürünürsən və sürüşkənsən, – deməli, sən hüquqşünassan!”

***

Sonra atamın anam olmadan heç nəyə yaramadığını anladım, onun həyatdakı bütün gücü anamdan gəlirmiş. O, həmin anda yarıminsana çevrilmişdi.

 

Tərcümə: İlahə Əkbər

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram