Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Patrik Ness “Bədheybətin səsi”

Annotasiya

“Bədheybətin səsi” (ingiliscə “A Monster Calls“) – tanınmış ingiltərəli yazıçı Patrik Nessin 2011-ci ildə işıq üzü görmüş kitabıdır. Əsərin ideya müəllifi Şivon Doudundur. Lakin o, xərçəng xəstəliyindən dünyasını dəyişdiyi üçün əsəri tamamlaya bilməyib.

Hadisələr müasir dövrdə İngiltərədə cərəyan edir. 13 yaşlı Konor xərçəng xəstəliyindən əziyyət çəkən anasının gözünün qabağında sönüb getməsi ilə barışa bilmir. Anasının tezliklə onu tərk edəcəyini hiss etsə də, bu həqiqəti qəbul etmək istəmir. Və həqiqəti inkar etdikcə həyatı dəhşətli bir kabusa çevrilir.

Roman 2012-ci ildə İngiltərənin nüfuzlu “Karnegia Medal” mükafatına layiq görülüb. 2016-cı ildə ispan rejissoru Xuan Antonio Bayona bu əsər əsasında eyniadlı ekran əsəri çəkib.

Karandaşın izi ilə

Bəzən insanlar ən böyük yalanları özlərinə söyləməyə məcbur olurlar.

***

– Bu hekayədə yaxşı tərəf kimdir? – Həmişə yaxşı tərəf olmaya bilər, elə pis tərəf də. İnsanların əksəriyyəti bu ikisinin arasında, ortada olur.

***

Həyatını düşüncələrinlə yox, əməllərinlə yazırsan. Fikrinə gələnlər, içindən keçənlər vacib deyil. Əsas işlədiyin əməllərdir, elədiklərindir.

Tərcümə: Səbinə Qəribqızı

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram