Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Riçard Osman “Cümə axşamı qətl klubu”

Annotasiya

“Cümə axşamı qətl klubu” (ingiliscə “The Thursday Murder Club“) – Britaniyanın ən məşhur televiktorinalarının prodüsseri, aparıcısı Riçard Osmanın nəşr olunan ilk kitabıdır.

Təbiət qoynunda, elit bir ərazidə yerləşən qocalar evində dörd dost yaşayır. Onların qəribə bir məşğuliyyəti var: həftədə bir dəfə bir araya gəlib, üstü açılmamış cinayət işlərini müzakirə edirlər. Elizabet, Coys, İbrahim və Ron bu yığıncaqları “cümə axşamı qətl klubu” adlandırırlar. Günlərin bir günü yerli sahibkarlardan biri ölü tapılır, onun meyitinin yanında isə müəmmalı fotoşəkil aşkarlanır. Və beləcə qocalar ilk real araşdırmalarına başlayırlar…

Karandaşın izi ilə

— Tapın, görüm, mənim neçə yaşım var.
— Səksən?
— Düzdür. Ancaq mən cavan görünürəm. Yetmiş dörd yaşlıya oxşayıram. Hamı təsdiqləyə bilər. Hamısı da pilatesə görədir.

***

Müəyyən yaşdan sonra ürəyin nə istəyir demək olar hamısını eləyə bilərsən. Heç kim qadağa edə bilməz, həkimindən və uşaqlarından başqa.

***

Polis hesabatları ilə polisin sizə yalan danışdığını gözə alaraq tanış olmaq çox effektiv yanaşmadır.

***

İnsanı başlı-başına buraxanda hansı pis vərdişlərə yiyələnə bilərsə, onların hamısı onda var.

***

Bir qadını vura bilən başqalarını da vuracaq.

***

Yan Ventam “Lendrover”ini əlillər üçün ayrılan sahədə sonuncu boş yerə park etdi, ona görə yox ki, o da əlildir, ona görə ki, belə olduğu halda qapıya yaxın düşəcəkdi.

***

Uzun illər Yan dəfələrlə müxtəlif qurumlarla üz-göz olmuşdu, ancaq yalnız iki idarə var idi ki, onu özündən çıxara bilirdi: biri, Rusiya gömrük xidməti, digəri Kupersçeyz parkinq komitəsi.

***

Karen fermaya aid torpaqda, balaca bir evdə tək yaşayır, İT sahəsində çalışır. Üzünə baxan kimi bilinir. Makiyaj edir, amma elə incə və az edir ki, Yan, düzünə qalsa, bunda heç bir fərq görmür. Yan bilmək istərdi ki, niyə Karen özündən əlini üzüb, idman ayaqqabıları və uzun bol sviterlər geyinir? Və bir halda ki, İT sahəsində çalışır, “botoks” sözünü quql edə bilərdi.

***

Onlarda polyak qanı var, əşi indiki zəmanədə kim polyak deyil ki?

***

Əgər kimsə gənclik illərində Toniyə desəydi ki, nə vaxtsa belə bir evdə yaşayacaq, heç təəccüblənməzdi. Amma kimsə desəydi ki, bu ev halal pulla alınacaq, Toni gülməkdən uğunardı.

***

O, həmişə Donnaya xoş gəlirdi. O, bir dəfə Donna üçün ağır qapı açmışdı və deyəsən, belə bir qəhrəmanlığa görə medal gözləmirdi.

***

— Belə, qatil kimdir və bu kişini necə tutmaq olar? Bilirəm, “kişi və ya qadın” deməli idim, ancaq çox güman ki, “kişi”dir. Hansı qadın ağır əşya ilə kiminsə başına zərbə endirər? Ruslar xaric.

***

Yazırlar ki, bəşəriyyət ətdən imtina etməsə, 2050-ci ilə qədər bizi aclıq gözləyir. Heç kimin xətrinə dəyməsin, mənim demək olar səksən yaşım var, ona görə bu, mənim problemim deyil, amma çox ümid edirəm ki, veqanlar bu işin öhdəsindən gələcəklər.

***

Çox qəribədir, iki mininci il artıq uzaq keçmişdir.

***

— Elizabet, deməli, siz indi də rahibəsiniz?
— Donna, mən hər bir qadın kimi lazım gəldikdə ürəyin istəyən adam ola bilərəm.

***

Həmişə ilkləri bilmək olur, düzdürmü? Ancaq çox nadir halda, bunun sonuncu olduğunu başa düşə bilirsən.

***

Həyatını geridə qoyduqda yaxşı günlərin dəyərini bilməyi öyrənirsən. Onları cibində gizlədir və özünlə gəzdirirsən.

***

Aradabir ağlamasan, nəticədə dayanmadan ağlayacaqsan.

***

— Köynəklərimi sevgilim olanda ütüləməyə başlayacağam.
— Köynəklərinizi ütüləməyə başlamasınız, sevgiliniz olmayacaq.

***

Donna uyğun məqam seçib, ondan sevimli yazıçısının kim olduğunu soruşdu. Donna Harlan Kobeni, Kurt Vonnequtu və ya hər hansı qadını məqbul cavab kimi qəbul edərdi. Qreqor ağıllı sifət alıb, kitablara inanmadığını və həyatın yalnız təcrübə və qərəzsizliklə dərk edildiyini dedi. Donna çətin fəlsəfi məsələyə toxunub, “qərəzsizlik və kitablara inamsızlıq” arasında necə bir bağ olduğunu soruşduqda isə o belə cavab verdi: “Donna, məncə, sən elə indicə mənim fikrimi təsdiqlədin” və son dərəcə müdrik sifət alıb suyunu içməyə başladı.

***

Hamıdan sürətli qaçmaq əla şeydir. Yetər ki, səhv istiqamətdə qaçmayasınız.

***

O, yataq otağının divarlarını Dalay Lama və “Ferrari”nin şəkilləri ilə bəzəyən iyirmi səkkiz yaşlı kişinin evində gecələməkdənsə, ölməyi üstün tutardı.

***

Yumor hissi olmayan insanlar heç vaxt zarafatı bağışlamırlar.

***

Kris dəfələrlə dostlarına demişdi ki, əgər kimsə onların məhəlləsində əcaib-qəraib bir iş yeri açırsa, bu, sadəcə narkotik maddələrin ticarətini gizlətmək üçündür. İstisnasız. Bu cür insanlara real müştəri, real qazanc lazım deyil. Sadəcə pul yumaq yeri axtarırlar. Hər şəhərdə belələri var: dükanların olduğu cərgədə və ya dəmiryol relslərinin, ya da ki “Döşəmə örtükləri”nin yanına özlərini dürtüllər. İstər gözəllik salonu olsun, istər işıq avadanlıqlarının icarə verildiyi yer, istərsə də sonuncu dəfə neon lampalarının 2011-ci ildə yandığı konkisürmə meydançası.

***

— Şahmat çox asandır. Sadəcə ən yaxşı gedişi etməlisən.
— Bəs hansı gedişin ən yaxşı gediş olduğuna qərar verə bilməsən, necə olacaq?
— Onda uduzacaqsan.

***

Hər yeni gələnlə nə isə hiss olunmadan dəyişir, tarazlıq pozulur. Hər vida ilə də – hər biri burada daimi heç nəyin olmadığını xatırladır.

***

Bundan başqa, keçəlləşdiyin üçün də özündən çıxa bilərdin, insanlar bundan da əhəmiyyətsiz şeylərə görə adam öldürüblər.

***

Piter Uord işinin ustası idi. Elə ki kiçik şəhərdə hansısa bir adam işinin ustası olur, bu barədə şayiələr işıq sürətilə yayılır.

***

Borular axıdır. Bu cəhətdən bir-birimizə oxşayırıq.

***

Risk edirdim. Bir kişi kimi. O isə bir qadın kimi. Həmin dövrdə isə qadınlar daha çox risk edirdilər.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram