Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Çarlz Dikkens “Yeni il nəğməsi”

Annotasiya

“Yeni il nəğməsi”(ingiliscə “A Christmas Carol“) – Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıldır. Bu novella təkcə İngiltərədə deyil, bütün dünyada Milad bayramı mövzusunda yazılmış ən məşhur əsərlərdən biridir.

Kitab simic, qaraqabaq, qəlbiqara, bədbin bir sələmçi olan Ebenizer Skrucun həyatından bəhs edir. Ətrafındakı insanların ehtiyaclarına, hisslərinə tamamilə biganə qalan, hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür. Görəsən, Skruc gördüklərindən dərs çıxaracaqmı?

Karandaşın izi ilə

Di gəl ki, bu bənzətmədə əcdadlarımızın hikməti var, mənim kimi adi adamlar onu dəyişməyə cəsarət edə bilməz, yoxsa ölkəmiz məhvə sürüklənər. Ona görə də icazənizlə elə belə də deyim: Marli ölmüşdü, özü də qapı mıxı kimi ölü idi.

***

Heç bir dilənçi Skruca əl açmağa, heç bir uşaq ondan saatı soruşmağa, heç bir qadın, heç bir kişi ondan yol soruşmağa ürək eləməzdi.

***

“Bayramın mübarək!” Sözə bax. Nə bayrambazlıqdır? Sən kasıbsan, bayram sənin harana yaraşır?!

***

Milad o deməkdir ki, vergiləri ödəməlisən. İndi gəl pulsuz-parasız vergi ödə! Milad o deməkdir ki, yaşının üstünə yaş da gəlir, amma pulunun üstünə bir funt da gəlmir. İllik haqq-hesabın vaxtı çatır, gəlirini, çıxarını hesablayırsan, görürsən ki, heç nə qazanmamısan. Məndən olsaydı, bu küçələrdə hər yetənə “Bayramın mübarək” deyib gəzən yaramazların hamısını puddinqə qatıb qaynadardım, basdıranda da ürəyinə pirkal payası çaxardım.

***

“Eşqə düşübmüş”, – Skruc donquldandı. Bunu elə tonda dedi ki, sanki dünyada Milad bayramını keçirtməkdən mənasız bir iş varsa, o da evlənməkdir.

***

O, qaranlığı sevirdi, çünki qaranlıq ucuz başa gəlir.

***

O adam bizi xoşbəxt də eləyə bilər, bədbəxt də. İstəsə, işimizi yüngülləşdirər, istəsə, belimiz qırılanadək işlədər. İstəsə, işimizi bizim üçün əyləncəyə çevirər, istəsə, cəhənnəm əzabına döndərər. Onun gücü sözlərində və baxışlarında yatıb. Elə cüzi və əhəmiyyətsiz şeylərdə gizlənib ki, onları hesablamaq, saymaq qeyri-mümkündür. Belə olan halda onun bizə bəxş etdiyi sevinc hissi puldan qat-qat dəyərlidir.

***

Küçədəki qar kütləsi isə heç də bəmbəyaz deyildi. Onun üstündə yüzlərlə arabanın təkər izlərindən yaranmış, buzlu su və lehmə ilə dolmuş dərin şırımlar açılmışdı.

***

Xəstəliyin, kədərin yoluxucu şey olması hamıya məlumdur, amma dünyada gülüş, şən əhval-ruhiyyə qədər siyarətedici bir şey yoxdur.

***

Gülüşü heç də pis alınmadı – hər halda illərlə gülməyən adam üçün heç də pis deyildi. Bu, gülüşlərin əzəli idi, ondan sonra hələ çox güləcəkdi.

***

Bilirdi ki, bu dünyada hər xeyir işin başlanğıcında ona o ki var gülüblər. Ona gülən adamların kor olduğunu bilirdi və fikirləşirdi ki, belələri güləndə daha gözəl görünər, ağlamaqdansa gülməkləri yaxşıdır. Skrucun öz qəlbi də gülürdü və bu ona kifayət idi.

Tərcümə: Anar Mahmudov

2.8 (55%) 4 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram