Annotasiya
“Dənizi özündən küsdürən dənizçi” (yaponca “午後の曳航“) – Yukimo Mişimanın 1963-cü ildə nəşr olunan əsəridir. Müəllif romanda gənc nəclin vəhşi təbiətini araşdırır.
On üç yaşlı Noboru filosofluq edən, böyüklərin qoyduqları qanunları rədd edən yeniyetmə dəstəsinin üzvüdür. Onlar üçün yetkin həyat xəyali, riyakar və sentimentaldır. Noboru dul anasının Rüzi adlı dənizçiyə aşiq olduğunu öyrəndikdən sonra sevincindən göylərə uçur, çünki gənc oğlan dənizçilərə pərəstiş edir, onları əsl qəhrəman hesab edir. Lakin tezliklə bu heyranlıq duyğusu nifrətə çevilir, Rüzi gəmidəki işindən ayrılır, evlilik yolunda ilk addımlarını atır, bununla da Noborunun müqəddəs dəyərlərini tapdalayır. Bəs oğlanın buna cavabı necə olacaq?
Karandaşın izi ilə
Adətən insanlar səyahət sevgisindən dənizçi olurdular, ancaq Rüzini donanmaya gətirən daha çox torpağa olan nifrəti idi.
***
O, hesab edirdi ki, dünyanın ən yaxşı qadınına – həyatda yalnız bir dəfə qarşına çıxan qadına, – aparan yolda mütləq ölüm dayanır.
***
Yəqin, bu cür iki gecədən sonra özüm özümün xatirəsinə çevriləcəyəm.
***
Cəmiyyət Roma hamamına bənzəyir. Nə qədər baş çəkirsən çək, kir-pasağın azalmır. Məktəb də cəmiyyətin çertyoj surətidir…
***
Relslər üzərində tullanıb-düşən sərçələr oğlanların dəstəsinə yaxınlaşdılar. Onlar sərçələrə heç nə atmadılar, uşaqlar adi insanları üstələyən amansızlıqları ilə fəxr edirdilər.
***
O, qəlbində mərhəmətin yaranıb-yaranmadığını öyrənmək üçün ruhunu dinşədi, ancaq mərhəmət hissi üfüqdə görünüb yoxa çıxdı və o sakitləşdi. Eynilə sürət qatarının pəncərəsində evlərdən birinin qəfil yanıb-sönən işığı kimi.
***
Fusako səmimi də olsa bu sözləri söyləmədən ötüşdürmək istəyirdi. Ta əzəl gündən qadının dənizçiyə dediyi sözləri, üfüqün gücünü, onun mavi dərkedilməz xəttini qeyd-şərtsiz qəbul edən sözləri, hətta ən qürurlu qadına belə fahişə xiffəti, boş ümid və gərəksiz azadlıq bəxş edən sözləri, “sabah ayrılmaq vaxtıdır” sözlərini.
***
Məgər yaşamaq mismardan asılı qoyub getdiyin pencəyi altı ay sonra geyinmək qədər asandırmı?
***
Və bu yarı yalan, yarı həqiqətdə başqasının taleyinə təsir gücünə arxayın olan bir kişinin mərhəməti səslənirdi.
***
Sonra o, amansızcasına xəyanət etdi. Dünyanın ən pis məxluquna – ataya çevrildi.
***
“On dörd yaşına çatmamış şəxslər törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmirlər”.
— Bu qanun atalarımızın inandığı həmin boş cəmiyyət tərəfindən xüsusilə bizim üçün nəzərdə tutulub. Düşünürəm ki, buna görə onlara minnətdar ola bilərik. Bu qanunda böyüklərin bizə bəslədiyi ümidlər və onların həyata keçməyən arzuları öz əksini tapıb. Böyüklər öz əl-qollarını bağlayıb, bizim heç nəyə qadir olmadığımıza inanaraq bizə mavi səmanın bir parçasını gözucu görmək və mütləq azadlıq havasını içimizə çəkmək şansı veriblər. Başqa sözlə, uşaq nağılı yazıblar, amma nağıl kifayət qədər qorxulu alınıb.
…
Əgər indi fürsəti əldən versək, nə oğurluq, nə də bədxahlıq edə biləcəyik, yəni, insan azadlığını sübut edən heç bir əməl törədə bilməyəcəyik.
***
Onun fantaziyalarında şöhrət, ölüm və qadın həmişə vəhdət təşkil edən trio varlıq kimi görünürdü. Qadını əldə edən kimi yerdə qalan digər iki ipostas dənizə çəkilir və kədərli səs onların adını səsləməyi dayandırırdı.
***
Yalnız indi Rüzi hiss elədi ki, onun rədd etdiyi hər şey indi öz növbəsində onu rədd edir.
Tərcümə: Lamiyə Göycəyeva