Annotasiya
Bir çox mükafata layiq görülən filmlərin müəllifi, uğurlu mühəndis, xoşbəxt ailə başçısı olan Deyv Simmons kinematoqrafiya dünyası üçün “qara qutu” olaraq qalır. Ortalıqda çox görünmür, müsahibələrdən yayınır, uğurlu karyerası barədə heç kimlə danışmır.
İllər sonra şans gənc muxbir-kinoşünas Kristina Uilyamsın üzünə gülür: dahi Deyv Simmons ona müsahibə verməyə razılıq verir. İndi öyrəndiyi sirləri həzm etməyə macal tapmayan Kristina çətin qərar verməlidir: bütün bunları ictimaiyyətlə paylaşmalıdır, yoxsa yox?
Karandaşın izi ilə
Hərdən düşünürəm ki, adam şəxsi həyatını az yaşamağa çalışırdı ki, öz əsərlərində daha çox mövcud olsun.
***
Bəlkə də belə olmalı idi, birini aramızdan yola salanda üzümüzdə qəmgin də olsa, qırıq bir təbəssüm olmalıydı.
***
– Ondan niyə belə etdiyini soruşdum?
– Nəyi belə etdiyini?
– Yəni hər kəsə həyatının bir hissəsini danışdığını, mənə dedi ki, istəmirəm, bir nəfərlə bütün yükümü bölüşüm.
***
Düşündü, qərar verə bilmədi, amma irəli getməyə davam etdi.
***
Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnus Opusu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!
***
Onsuz hamımız bir gün öləcəyik. Birimiz imkanlı, digərimiz kasıb, birimiz tox, birimiz isə ac. Ondan sonraya qalan sərvətimiz isə yalnız geridə buraxdığımız xatirələr olacaq. Ən varlılarımız isə ağıllarda ən yaxşı qalacaq olanlarımızdır.
***
Söz və fikir azadlığı o qədər inkişaf etmişdi ki, nəticəsi fikir dəyərsizliyi idi.
***
– Ədəbsiz cındır!
– Ədəbli cındır da olur?
– Dünya böyükdü, axtarsan, tapılar!