Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Haim Şapira “Xoşbəxtlik və böyük əhəmiyyətli digər kiçik şeylər”

Annotasiya

“Xoşbəxtlik və böyük əhəmiyyətli digər kiçik şeylər” (ingiliscə “Happiness and Other Small Things of Absolute Importance“) riyaziyyatçı, natiq, filosof və oyun nəzəriyyəçisi Haim Şapiranın elmi-kütləvi janrda qələmə aldığı fərdi inkişaf kitabıdır.

Emosiyalarımız, arzularımız, xəyallarımız və müxtəlif mənalarda daim dəyişən münasibətlərimiz barədə anlayış bizə xoşbəxtliyimizin, həqiqətən də, nə məna verdiyini müəyyənləşdirməyə və onun niyə əhəmiyyətli olduğunu anlamağa necə kömək edir? Bu suala cavab axtarışında müəllif xoşbəxtliyimizi əldə etmək üçün çıxdığımız səfərdə həyatımızı yenidən gözdən keçirdiyimiz zaman qarşılaşdığımız ziddiyyətli eklektik nəzəriyyə və fikirləri tədqiq edir.

Karandaşın izi ilə

Bir dəfə tələbələrdən biri statistika üzrə bu qədər kitab varkən anestezioloqa niyə ehtiyac olduğunu anlamadığını dedi.

***

Bir neçə il əvvəl həyat yoldaşım “Fenq Şu ilə xoşbəxtlik” kitabını oxuyandan sonra belə nəticəyə gəldi ki, evimizdə mənfi enerji axınını yaradan mənəm – hələ üstəlik evdəki mebellərlə həmahəng olmadığımı da əlavə etdi.

***

“Necə xoşbəxt olar” kitabları sizi olduğunuzdan daha xoşbəxt edə bilməz, o kitablar ancaq müəlliflərinə “nevə tez varlanmaq olar” məsələsində kömək edə bilər.

***

Özünüzə sual verin: hər şeyin mümkün olduğunu düşünsək, həyatınızda ən xoşbəxt günün forması necə olardı?

***

O, bildirdi ki, İsrail kimi balaca bir ölkənin onun istədiyi adamları asmağa çatacaq qədər ağacı yoxdur.

***

Əgər həyatımız kef-damaqdan ibarət olsaydı, gözümüzü açan kimi yerimizdən sıçrayardıq.

***

Görün beynim mənə dedi: “Hə, Haim Belə oturub heç bir şey etməməklə nə olur? Ən azından bir kitab götürüb niyə oxumursan? Heç olmazsa differensial topologiya və ya “Mandelbrot fraktal”ı ilə bağlı bir məqalə oxu. Coysun “Uliss” romanına və ya digər klassiklərə başlamaq üçün əla vaxt deyilmi? Niyə başqa bir doktorluq dissertasiyası yazmırsan? Get Mahlerin “Səkkizinci simfoniya”sına və ya Ravelin “G major piano concerto”suna qulaq as. Bəlkə, bu imkanı gələcəkdə hansı peşənin sahibi olacağına qərar vermək üçün istifadə edəsən? Evinin arxasındakı zirzəmi çirkab içindəykən hovuzun yanında uzanıb niyə vaxt itirirsən? Yaxşı, heç olmasa, bir az idman elə. Bir az üz. Üzgüçülük sənə xeyirdir. Belinin ətrafındakı yağları mütləq əritməlisən”.

***

Çinlilər bu prinsipi “Vu Vei” adlandırırlar. Vu “sız”, Vei isə “cəhd” mənasına gəlir – Tao, prinsipin əsas məğzi nə vaxt işə başlamağı və nə vaxt hər şeyi öz axarına buraxmağı bilməkdir. Hətta biz hərəkətdə olanda onu zəhmət çəkmədən etməliyik, necə ki, ağac özbaşına böyüyür, dalğalar qıvrılır. Bu prinsipi ingilis dilində ən yaxşı ifadə etmək üçün “creative quietude” (yaradıcı dinclik) sözünü tapmışam.

***

Bugünkü zəmanədə bir çoxumuz “etməyə” çox, “olmağa” isə az zaman ayırırıq.

***

Bir çoxlarının fikrincə, insan əsəbiləşdiyi şeylər qədər böyük və ya kiçikdir.

***

Fiziki əzab vücudun ziyan görməsi yolu ilə meydana çıxır, mənəvi əzab isə narahatlıq və qorxulardan ibarətdir.

***

Bəlkə də, xoşbəxtlik yolunda ən böyük maneə xoşbəxtliyin axtarışının özüdür.

***

Bir uşaq üçün övladını səfeh yerinə qoymuş və onun üstündə əsən atadan daha utancverici nə ola bilərdi?

***

Ola bilsin ki, həyata pessimist münasibət bizdə maraqlı düşüncə çatışmazlığından yaranıb?

***

Fikirləşirəm ki, pessimistlər əvvəl-axır həmişə haqlı çıxsa da, optimistlər getdikləri yoldan zövq alırlar.

***

Bir insan situasiyalara verdiyi reaksiyaların cəmidir – əqli və təcrübi səviyyədə.

***

Gözəl xatirələr bizi oradan heç kimin qova bilmədiyi bir cənnət yaradır.

***

Qadınlar şəxsi xoşbəxtliklərinə gələndə kiçik şeylərlə qane olmurlar. Onlara böyük şeylər, xam material lazımdır ki, onlar da emal edib onları xoşbəxt anlara çevirə bilsinlər: doğuş, Qustavo Dudamelin dirijorluğu ilə simfonik orkestr, aysberqlərin arası ilə kruizdə dünya turu və ya dəbdəbəli bir toy.

***

Önəmli və önəmsiz həqiqətlər var.
Önəmsiz həqiqətin əksi yalandır.
Önəmli həqiqətin əksi isə elə önəmli həqiqətdir.

Biz “iki üstəgəl iki dörd edir” deyəndə önəmsiz həqiqəti dilə gətiririk.

“Həyat bir möcüzədir və təsəvvür oluna bilən ən möhtəşəm şeydir”. Bu, önəmli həqiqətdir, amma bu fikir “Həyat məşəqqətdir: heçliyin yaratdığı sükunətin səmərəsiz müdaxiləsidir” fikrini təkzib etmir.

***

Məsələn, mərhəmət və şəfqət bir-birindən fərqli iki ayrı emosiyadır – mərhəmət yuxarıdan gəlir (Tanrı mərhəmətlidir), şəfqət isə göz səviyyəsində mövcuddur.

***

Qəzəb hadisələrin digər tərəfini bilmək istəməyən axmaqlara xas bir xüsusiyyətdir. Hətta haqlı olduğuma əmin olanda da qəzəbin özümü digərlərinin axmaqlığı ilə cəzalandırmaq olduğunu bilirəm.

***

Məsələn, yemək bişirməyi bacaran insanlar bilirlər ki, duzlu suyun qaynaması duzsuz suyun qaynamasından daha çox vaxt aparır. Eynilə də insanlar, onların da qaynama dərəcələri qaldırıla bilər. Müdriklik suyumuz üçün duz rolunu oynaya bilər və müxtəlif situasiyalara reaksiyamızı dəyişdirə, şüurlu şəkildə hərəkət etməyimizə, yetkinlərin arasında daha balanslı, daha rasional olmağımıza kömək edə bilər.

***

Mənim fikrimcə, qəzəb hissini daha bilməyən insanlar şəfqətin mövcud olmadığı laqeydlik dünyasına yuvarlanıblar. Axı dünyada bizi məyus edəcək şeylər var, biz ya müqavimət göstərməli, ya da qəzəblənməliyik, çünki biz insanıq.

***

Biz yalnız bizimlə müqayisə oluna biləcək insanlara paxıllıq edirik.

***

Qürur ifrat motivasiya olunmuş mühakimə səhvidir.

***

Öz təcrübəmə əsaslanaraq əlavə etmək istəyirəm ki, bir insan özü barədə mənfi fikirlər söyləyəndə o, əslində, özü üçün kompliment, tərif və ya ürək-dirək axtarır. Bəzən elə olur ki, auditoriya qarşısında pianoda ifa edirəm. Amma əvvəllər ifadan öncə dinləyicilərə bildirirdim ki, pianoda ifa etmək mənim əsl sənətim deyil, əslində, mən riyaziyyatçı və yazıçıyam. Bu bəyanatı səsləndirməklə özümü daha da cəsarətli hiss edir, çaşsam da bunun qıraqdan dəhşətli görünməyəcəyini düşünürdüm. Yaxın zamanlarda bu vərdişimdən əl çəkdim. Əgər sən yaxşı ifa edə bilmirsənsə, o zaman auditoriyanın qarşısında çıxış etmə. O halda ən yaxşısı, şəksiz, evində, yalnız özünün və qərəzsiz qonşularının eşidəcəyi şəkildə ifa etməkdir.

***

Təvazökarlıq və sadəlik də fərqli şeylərdir. Doğrudan da, sadə insanlar ən nadir və ən gözəl insani keyfiyyətlərə malikdirlər. Təvazökarlıq isə əksər hallarda qürurun qiyafəsini dəyişmiş bir növüdür.

***

Şəxsi kitabxanamda həyatım boyu oxuduğum kitablardan daha çox kitab var. Buna bioloji tələbatım yoxdur. Bu, mənim kitaba olan istəyimdir. Bioloji ehtiyac olmayanda tələb və arzu birləşir. Mən belə halları “saf arzu” adlandırıram.

Ehtiyac … bir qış günündə palto kimi; arzu is gözəl bir qadın, Baxın bir əsəri, yaxşı bir kitab.

***

Nitsşe qeyd edirdi ki, ingilis dilində “person” (insan) sözünün kökünün latın dilində “persona” – “maska” və ya “rol” – sözündən gəlməsi təsadüf deyil. Bu etimologiyanın dpğru olduğunu öyrəndim. Həqiqətən də, hamımız həmmişə maska geyinir və roy oynayırıq. Özümüzü tülkülüyə qoymuşuq.

***

Fransız inqilabından sonra bədnam Markiz de Sad gilyotindən kifayət qədər istifadə etmədiyinə görə mühakimə olunmuş və yandırılmışdı. Adından “sadizm” anlayışı törəyən Markizin kifayət qədər qəddar olmadığı aşkar edilmişdi.

***

Luis Kerol uşaqların böyüklərdən daha ağıllı olduğunu və bu problemin kökündə məktəbin dayandığını bilirdi. Təsadüfi deyildi ki, o, “lesson” (dərs) sözünün kökünün “less” (az) sözündən gəldiyini düşünürdü: məktəbdə nə qədər çox fakt öyrənsək, dünyada baş verənlərə o qədər az təəccüblənə və heyrətlənə bilirik. Dərslər, əslində, kim olmaq və baş verənləri anlamaq, xəyal qurmaq qabiliyyətimizi azaldır.

***

Əsl riyaziyyat hesablama ilə bağlı deyil. Əsl riyaziyyat gözəllik və düşüncə ilə bağlıdır.

***

Romen Rollan “okean hissi” terminini əbədiyyətin mövcudluğunu dərk edən zaman qəlblərimizi və beynimizi dolduran heyrət hissini və ya okean kimi sərhədsizlik hissini təsəvvür etmək üçün işlədir. … Okean hissi heyrət və sonsuz minnətdarlığın qarışığıdır.

***

Daha çox görmək, hiss etmək və nəfəs almaq azadlığını,
Bilməyi, arzulamağı və gəzməyi öyrət.

Bu günüm dünənim kimi olmasın,
günlərim bir-birini təkrarlaması.
Lea Qoldberq

***

Dahi o şəxsdir ki, naməlum, adı olmayan şeylər barədə düşünsün.

***

Xəzər dənizindən çıxan ağ balıq kürüsü çox baha olmasa, ondan bu qədər zövq alardıq?

***

Bir çox yetkin insanın öz fikri yoxdur. Onlar başqalarının inandığı şeylərə inanır, başqalarının istədiklərini istəyirlər, bir incəsənət əsərini tərifləyirlər, çünki… hamı belə edir.

***

İçində hələ də bir uşaq gizlənən yetkin “Həyat” adlanan bu heyrətamiz şeyə həqiqətən heyrənə bilər.

***

“Çünki” və “sayəsində” sözünə əsaslanan sevgidə “baxmayaraq ki” yoxdursa, o, uzun müddət davam etməyəcək.

***

Romantik sevgi isə başqa səbəblərdən titrəyir: o, zamanla buxarlana; qısqanclıqla ölə; vərdişlə də əbədi yuxuya gedə bilər.

***

Cəhənnəm heç kimin sizi sevməməsi yox, sizin sevə bilməməyinizdir. Həqiqətən də, bu dünyada heç kimi və heç nəyi sevməyən insanlar cəhənnəmdə yaşayırlar.

***

Yaddaş Evinin bəzi sakinləri zirzəmidə yaşamağı üstün tuturlar.

***

Dost “necəsən?” soruşub onun cavabını alana qədər gözləyəndir.

***

Qoca bədəndə gənc ruh görmək kədərlidirsə, gənc bədəndə qoca ruh görmək ondan da kədərlidir.

***

Bu gün öləcəyimizi bilsəydik, hələ də televiziyadakı axmaq oyun şoularına baxardıqmı? Qəzetin iqtisadiyyat bölməsindəki digər məqaləni oxuyardıqmı? Endirim olan mağazadan nəsə almaq üçün növbədə dayanardıqmı? Zənnimcə, bunların heç birini etməzdik.

***

Ölüm hər şeyə qiymət və məna verir. Bizi ölüm gözlədiyi üçün biz seçim edirik, bir şeyi digərindən üstün tuturuq. Bizi ölüm gözlədiyinin fərqinə varanda həyatımızı daha şən, daha məhsuldar və hətta daha önəmli olur. Vaxtımızın məhdud olduğunu bilmək boşuna vaxt itirməyə – ən pis israfçılığa qarşı yeganə stimuldur.

***

Həyatı yenidən yaşamağa hazır olmaq onu düzgün, layiqli və səhvsiz yaşadığınızı göstərir?

***

Zaman bu qədər böyük müəllim deyil. Zamanın çox yüksək təhsil haqqı var: axırda bütün tələbələrini öldürür – və çox zaman bu böyük ödəniş boşuna gedir.

***

…həyatdan zövq alın. Kişiləri, qadınları və ya uşaqları sevin. Dolomit dağlarını görməyə gedin. Yağışda öpüşün. Xatirələrinizi qeyd edin. Bir neçə fəlsəfi əsər oxuyun, ya da ən yaxşısı, uşaq kitablarına yenidən nəzər salın. Təkbaşına üzün. Təkid edin. Mübarizə aparın. Bağışlayın. Duşda mahnı oxuyun. Bir dəqiqə ayaq saxlayıb albalı çiçəklərini seyr edin. Riyaziyyatı öyrənin. Bir xarici dil mənimsəyin. Dilxor olun. QƏzəblənin. Kədərlənin. Xoşbəxt olun. Pərəstiş edin. Təəccüblənin. Dua edin. Əlinizdən nə gəlirsə, bütün gücünüzlə edin.

***

Bu qədər düz olma! Hamı bilir ki, hər kəsin günahı var. Özünü Cənnətdən düşmüş mələklər kimi aparan ikiüzlülərə heç dözümüm yoxdur. Həmişə yaxşı işlərlə məşğul olduğunu deyən adamlara heç inamım yoxdur. Bu insanların ən pis versiyası başqalarına qarşı həmişə əxlaqlı olmağa dair mühazirə oxuyan, əlbəttə ki, özünün bu məqamda nöqsansız olduğunu vurğulayan vaizlərdir.

***

Əgər gördüyümüz işlərdə bir məna varsa, o, bəsit, amma önəmli, “əhəmiyyətli” şeylərdədir: bir az daha uşaq qalmaq bacarığında, kiminsə dostu ola bilmə və ən əsası bir çiçəyi sevmək qabiliyyətindədir.

***

Ümidsizlik həyatı düzgün yaşamamağın əlamətidir. Ümidsizlik bədgümanlığın başı aşağı çevrilmiş formasıdır. Sevgi isə bir vasitədir.

Tərcümə: Fənarə Bünyadzadə

1.4 (28%) 5 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram