Annotasiya
“Evelin Hüqonun yeddi əri” (ingiliscə “The Seven Husbands of Evelyn Hugo“) amerikalı yazıçı Teylor Cenkins Reidin tarixi fikşn janrında qələmə aldığı və 2017-ci ildə işıq üzü görən romanıdır.
Hollivudun qızıl dövrünün əfsanəsi Evelin Hüqo gözdən-qulaqdan iraq həyat tərzi sürür. Keçmiş aktrisa bir gün memuarlarını ictimaiyyətə açıqlayacağını elan edir. Evelinin bütün karyerası müəmma, sensasiya və qalmaqallarla zəngin olub. Bütün dünya kino ikonasının həyat hekayəsini özünün ağzından eşitməyə can atır. Təkcə ondan müsahibə alacaq jurnalisti seçmək qalır. Təəccüblü də olsa, Evelin seçimini dəb jurnalının elə də tanınmayan bir əməkdaşından yana edir.
Karandaşın izi ilə
Xarizma asılılığı ilhamlandıran cazibədir.
***
Başqalarının həyatını dəyişən şeylərə etinasız yanaşmaqdan xoşum gəlir. Elə güc də buna deyilmirmi? İnsanların sizin üçün heç bir əhəmiyyət kəsb etməyən bir şeyə görə özlərini öldürməsinə baxmaq?
***
Hollivud xüsusi bir şeydir. Həm yerdir, həm də hiss. Əgər ora qaçırsansa, günəşin həmişə bərq vurduğu, hisli binaların və çirkli səkilərin olmadığı, əvəzində palma ağacları və portağal bağlarının olduğu Kaliforniyanın cənubuna üz tuta bilərsiniz. Burada sizi həmçinin filmlərdə göstərilən həyat gözləyir. Yaxşıların qalib gəldiyi, pislərin məğlub olduğu, sonda daha çox qalib gəlmək üçün güclü olmağa çalışdığın zaman dartınmaqdan ağrıdığın əxlaqlı və ədalətli bir dünyaya qaçırsan.
***
Bəzən fikirləşirəm, aktrisa və ulduz arasındakı fərq ondan ibarətdir ki, ulduz dünyanın onu görmək istədiyi şəkildə özünü rahat hiss edir.
***
Sən hər növbəti addımı oxunan biri olmalısan, sonra tamamilə gözlənilməz bir hərəkət etməlisən, onda publika səni həmişəlik sevəcək.
***
Artıq başa düşməyə macal tapmışdım: Don yalnız və yalnız məmnun olaanda mehriban olur, məmnun isə qalib gələndə olur. Mən onunla qalib gəldiyi dövrdə tanış olmuşdum, zirvədə olduğu dövrdə ona ərə getmişdim. İndi isə aydın olurdu ki, mehriban Don hələ bütöv Don demək deyil.
***
Sübut edəcək bir şeyi olan kişilərdən çəkinin.
***
Həqiqət budur ki, tərif narkotik kimidir. Nə qədər çox qəbul etsən, tarazlığını qoruyub saxlamaq üçün bir o qədər ehtiyacın olur.
***
İnsanlar prioriteti özü olan qadına simpatiya və rəğbət bəsləməkdə çətinlik çəkirlər.
***
Varlısınızsa, evinizdə həmişə tanış olmayan yerlər tapa biləcəksiniz.
***
İnsanlar düşünürlər ki, yaxınlıq seksdir. Əslində isə yaxınlıq həqiqətdir.
***
Hər bir möhtəşəm qadının arxasında onu qayırmaqdan bezən bir kişi dayanır. Bunun əksi də doğrudur. Sadəcə bu barədə heç kim danışmır.
***
Bəzən reallıq həqiqətən üzərimizə hücum çəkir, ancaq çox vaxt sadəcə gözləyir, səbirlə, gücümüz tükənib, onu daha dana bilməyəcəyimiz vaxta qədər gözləyir.
***
***
– Boşanma itkidir.
Evelin başını yelləyir.
– İtki sınmış qəlbdir. Boşanma sadəcə kağızdır.
***
Heç vaxt nə qədər sürətlə qaçdığınızı, necə səylə çalışdığınızı və necə bərk yorulduğunuzu bilməyəcəksəniz. Ta ki arxanızda dayanıb, bu sözləri deyəcək insan tapılana kimi:
– Hər şey qaydasındadır, yıxıla bilərsən. Mən səni tutacağam.
***
Həmişə təəccüblənirəm, necə ola bilər ki, bir şey eyni vaxtda həm düz, həm səhv ola bilsin, necə ola bilər ki, bəzi insanlar eyni vaxtda həm yaxşı, həm pis olsun, necə ola bilər ki, biri səni qarşılıqsız və fədakarcasına sevsin, eyni zamanda səninlə belə amansız və eqoistcəsinə davransın.
***
Belə bir şey yaşamış insanların demək olar ki, hamısı panikanın özünə rəva görmədiyin bir lüks olduğunu söyləcəyək. Belə məqamlarda fikirləşmədən hərəkət edirsən, əlində olan informasiyadan istifadə etməklə əlindən gələni edirsən. Hər şey bitəndə qışqırırsan. Ağlayırsan. Özündən soruşursan, bunun öhdəsindən necə gələ bildin. Ona görə ki, çox vaxt real travma zamanı beyin olanları yaxşı yadda saxlamır. Yəni, kamera işlək vəziyyətdədir, ancaq video qeyd getmir. Sonra lentə baxmaq istədikdə, birdən məlum olur ki, onun içində heç nə yoxdur.
***
– Məncə, özün olmaq, olduğun kimi, tam özün kimi olmaq özünü həmişə sanki axının əksinə üzürmüş kimi hiss etməkdir.
– Hə. Son bir neçə ili nəzərə alsaq, bu, həm də günün sonunda büstqalteri əynindən çıxarıb atdığını hiss etməkdir.
***
Tam yaxşı və ya tam pis insan yoxdur. Əlbəttə, bunu bilirəm. Bunu gənc yaşlarımda dərk etmişəm. Ancaq bəzən bu həqiqəti – onun hər kəsə tətbiq oluna bildiyini asanlıqla yaddan çıxarmaq olur.
***
Ağlayıram və utanıram. Ağlayıram və izah etməyə tələsmirəm. Yaxşı ananın yanında göz yaşlarından, izahatlardan utanmaq lazım deyil. Yaxşı ana hər şeyi başa düşəcək və hər şeyi özü edəcək.
Tərcümə: Lamiyə Göycəyeva