Annotasiya
“Qaranlıq” (islandca “Dimma“) – məşhur island detektiv yazıçılarından biri olan Raqnar Yonassonun “Hulda” seriyasının birinci kitabıdır.
Seriyada hadisələr Reykyavikin buzla örtülmüş küçələrində, qayaların arasında itən nəhəng keçidlərin fonunda baş verir. Baş qəhrəman Reykyavik polis müfəttişi Hulda Hermansdottir həyat yoldaşı və qızını itirən 64 yaşlı qadındır. Pensiyaya çıxmağa hazırlaşan Hulda uzaq bir körfəzdə meyiti tapılan rus qadının ölümünü araşdırır. Müfəttiş fəaliyyətini uğurlu tədqiqatla yekunlaşdıra biləcəkmi?
Karandaşın izi ilə
Yaşınla barışmaq ayrı, pensiyaya çıxmaq reallığı ilə barışmaq tamam ayrı bir hissdir. İkinci daha çətin həzm olunur.
***
Qanun xeyir və şər üçün yeganə meyar ola bilməz.
***
Yəqin, o, sadəcə sevmək qabiliyyətini itirmişdi. Yəqin yox, dəqiq. Və o, bunun konkret nə vaxt baş verdiyini bilirdi.
Tərcümə: Lamiyə Göycəyeva