Annotasiya
“Səssiz pasiyent” (ingiliscə “The Silent Patient“) – yunan əsilli ingilis yazıçısı Aleks Maykelidesin 2019-cu ildə çap olunan və işıq üzü görən kimi bestsellerə çevrilən ilk romanıdır.
Əsər detektiv-triller janrında qələmə alınıb. Alisiya Berenson adlı rəssam həyat yoldaşı Qabrieli öldürəndən sonra səssizliyə bürünür. Məhkəmədə də özünü müdafiə etmək üçün bir kəlmə söz demir. Proses zamanı “Alkesta” adlı avtoportret çəkir. Bu şəkilə nə üçün “Alkesta” adı verdiyi uzun müddət qaranlıq qalır. Məhkəmə Alisiyanın vəziyyətini nəzərə alıb onu psixiatrik xəstəxanaya göndərir. Orada da heç kimlə ünsiyyət qurmur. Bu zaman psixoterapevt kimi işə yeni düzələn Teo Faber adlı psixoterapevt onu danışdıracağına söz verir. O, sözünə əməl edə biləcəkmi?
Karandaşın izi ilə
Bəzən hansısa mətnə ad vermək onu tam görməyə, onun mənasını dərk etməyə mane olur.
***
Məncə, əqli sağlamlıq sahəsində işləməyi arzu edənlərin çoxu belə edir. Bu fərqli peşə bizi özünə çəkir, çünki biz özümüz xəstəyik, psixologiyanı öyrənirik ki, özümüzü müalicə edə bilək. Bunu etiraf etməyə hazırıq, ya yox, bu artıq başqa məsələdir.
***
Başa düşdüm ki, mən ölmək istəmirəm. Hələ yox. Mən hələ yaşamamışdım.
***
Keti məni işıq, istilik, rəng, gülüş haqda düşünməyə vadar edir. Alisiya haqda düşünəndə isə yalnız sonsuzluq, qaranlıq və kədər yadıma düşür. Və bir də sükut.
***
Təpəni qalxa-qalxa gözlərim yaşla doldu. Mən anama görə, yaxud özümə görə, o evsiz-eşiksiz bomja görə ağlamırdım. Hamımız üçün ağlayırdım. Hər yerdə kədər var, biz bu kədərə gözlərimizi yumuruq. Həqiqət odur ki, biz hamımız qorxuruq. Bir-birimizdən dəhşətə gəlirik. Mən özümdən və içindəki anamdan qorxuram.
***
Burada işləmək üçün dəli olmağınıza ehtiyac yoxdur, amma burada işləmək dəli olmağınıza kömək edir.
***
Onun sükutu güzgü kimi idi – arxa tərəfdə məni göstərirdi.
Bu güzgüdə çox eybəcər görünürdüm.
***
Sevgili seçmək terapevt seçmək kimidir. Biz özümüzə sual verməliyik ki, seçdiyimiz insan bizimlə səmimi olacaqmı, tənqidimizi normal qarşılayacaqmı, səhvlərini etiraf edəcəkmi?
***
Əsl sevgi hay-küysüz olur. Yüksək dramatiklik baxımından baxanda sevgi cansıxıcı görünür. Sevgi dərin və sakitdir, daimidir.
***
Qorxu kimi qəzəb də təbiət etibarilə reaktivdir.
***
Dünyada insanın olub-qalan əşyalarını karton qutuda görməkdən pis heç nə yoxdur.
***
Bəlkə də, bizim bəzilərimiz, sadəcə, şeytan, şər qüvvə kimi doğulur, nə qədər çalışmağımıza baxmayaraq, biz doğulduğumuz kimi qalırıq.
Tərcümə: Sevil Gültən