Annotasiya
“Günün Qalanı” (ingiliscə “The Remains of the Day“) – yapon əsilli britaniyalı yazıçı Kazuo İşiquronun 1989-cu ildə işıq üzü görən sayca üçüncü romanıdır. Buker mükafatına layiq görülən əsərdə baş qəhrəman eşikağası Stivens keçmiş günlərini yada salır və keçmişində baş vermiş hadisələrə aydınlıq gətirir.
Kitab əsasında eyniadlı film lentə alınıb. Ekran işində baş rolları Entoni Hopkins və Emma Tompson canlandırır.
Karandaşın izi ilə
Gəzib görmək ölkənin mənzərəli, baxarlı yerlərində olmaqdırsa, bizim peşənin adamları gözəl ledilərin, əsl centlmünlərin toplaşdığı bu evin divarları arasında İngiltərəni daha çox görürlər.
***
Sözün qısası, işimizdəki problemlərin bircə səbəbi var: mən öz üzərimə çox böyük yük götürmüşəm.
***
Etiraf edin ki, bəzən adam bir şeyin üstündə çox baş sındıranda qalan şeyləri, hətta göz qarşısında olanları nəzərdən qaçırır. Həqiqət isə adama sırf təsadüf nəticəsində, kənar hadisənin təsisiri ilə çatır.
***
Deyirdi ki, Nyu-Yorkda adi taksi sürücüsü müştərisi ilə tay-tuşu, dostu kimi danışır. Londonda belə danışıq tərzi mütləq hay-küyə səbəb olar, hətta polisə verərlər.
***
Əvvəla, nə biləsən ki, deyəcəyin söz eynilə qarşı tərəfin gözlədiyi cavab olacaq.
***
Təpənin başında dayanıb yay günəşinin ilaq şüalarını bədənimdə, sərin mehini üzümdə hiss etmək mənə zövq verdi.
***
Ölkəmizin böyüklüyü gözəlliyin göz deşməməsində – sükunətində, ciddiyyətində, sadəliyindədir. Sanki bu torpaq əzamətindən xəbərdardır, bunu aləmə car çəkməyə heç bir ehtiyac duymur.
***
Qeyrət qadın gözəlliyi kimi bir şeydir, onu təhlil etmək, qurdalamaq mənasızdır.
***
Sözlərindən belə çıxırdı ki, qeyrət deyilən şey insanın zatında ya olur, ya da olmur. Əgər qeyrət özünü insanın təbiətində aşkar şəkildə göstərməyibsə, onu necəsə əldə etməyə çalışmaq çirkin qadının özünü gözəlləşdirmək üçün dəridən-qabıqdan çıxması kimi mənasız bir şey olar.
***
Haqqında fikir mübadiləsi aparmışam. Düzdür, razılığa gələ bilmədik, amma məhz həmin müzakirələrdə mən məsələyə münasibətimi formalaşdırmaq üçün aydın ideyalar əxz etdim.
***
Natiqlik məharəti, geniş, hərtərəfli bilik bizim eranın – adamların formanı məzmuna qurban verərək böyükləri yamsılamağa başladağı dövrün tələbləridir.
***
– Heyif ki, bu otağa gün işığı düşmür. Divarları da nəm çəkib. Elə deyil, mister Stivens?
– Bu sadəcə, kondensiyadır, miss Kenton.
***
İçimə bir rahatlıq dolmuşdu, yəqin ki, elə buna görə qətiyyən tələsmirdim.
***
Masa qulluğunda iki vacib amil var: diqqətcilik və müdaxiləsizlik. Gərək yemək yeyənləri diqqətdə saxlayasan, eyni zamanda orada olduğunu hiss etdirməyəsən. Qonaq rahat danışa, söhbət edə bilməlidir.
***
Münaqişə başa çatdıqdan sonra düşmənə kin saxlamaq ləyaqətsizlikdir. Ona öldürmüsənsə, meyitini təpikləməyin mənası yoxdur.
***
Buradakıların çoxu sizin “həvaskarlıq” dediyiniz dəyəri əvvəlki kimi “şərəf” adlandırmağa üstünlük verir.
***
Mən sizinlə tam razıyam: biz bəzən ətrafımızdakı gözəlliklərin fərqinə vara bilmirik.
– Bəli, ser.
– Sülh sazişləri, sövdələşmələr, təzminatlar, işğal siyasəti… Ana təbiət isə heç nəyə baş qoşmadan öz işindədir. Təbiət haqqında belə düşünmək əcəb maraqlıdır, deyilmi?
– Bəli, əlbəttə, ser.
– Fikirləşirəm ki, kaş qadir Allah bizim hamımızı, necə deyim, bitki kimi xəlq edəydi – kökləri ilə torpağa möhkəm bağlı olan bitkilər kimi. Onda nə müharibələr baş tutar, nə də sərhəd davaları.
***
Mübaliğə etmədən deyə bilərəm ki, biz daha idealistik nəsilik.
***
Bizim nəslin adamları dünyanı nərdivan kimi deyil, təkər kimi görürdülər.
***
Dünyada ən böyük qərarlar heç də beynəlxalq konfraslarda, palatalarda, parlamentlərdə, iki daşın arasında, bir neçə günün içində ictimaiyyətin, mətbuatın gözləri qarşısında qəbul edilmir. Əsas qərarlar bu ölkənin xudmani yerlərində, böyük evlərdə uzun müzakirələrdən, razılaşmalardan sonra qəbul edilir. İctimaiyyətin gözləri qarşısında, xüsusi dəbdəbə ilə verilən qərarlar, əslində, bu cür evlərdə həftələrlə, bəzən aylarla uzanan müzakirələrin, razılaşmaların yekunudur. Bu mənada bizim nəsil dünyanı bir təkər həmin evləri isə onunn çarx kimi görürdü.
***
Daha idealist olan bizim nəsil üçün ən vacib mətləb bacarıqları necə tətbiq etməkdən daha çox harada tətbiq etmək məsələsidir. Biz daha yaxşı dünya yaratmaq işinə kiçik də olsa, bir töhfə verməyə çalışırıq və bir peşəkar kimi başa düşürük ki, nunun üçün ən yaxşı yol bəşəriyyətin sükanını əlində saxlayan centlmenlərin evlərində qulluq etməkdir.
***
Həqiqətən də, bəşəriyyətə xidmət edən əsl centlmenin qulluğundayam və onun vasitəsilə bəşəriyyətə xidmət etmiş sayılıram.
***
Almaniya rəsmilərinin Nürnberq qurultayları dövründə verdiyi ziyafətlərdən bircəciyinin qonaqlar siyahısı “Tayms” qəzetində dərc edilsə, bu adamların hamısı səsini kəsər. İngiltərənin ən nüfuzlu centlmenləri, lediləri alman liderlərinin verdiyi o ziyafətlərə dəvət olunmağı həsrətlə gözləyirdilər. Tam əminliklə deyə bilərəm ki, həmin adamların böyük əksəriyyəti o məclislərdən çox məmnun halda qayıdır, almanların tərifini göylərə qaldırırdılar.
***
Hiss edirsən ki, sənin əməyin nə qədər kiçik görünsə də, tarixin gedişatına töhfədir.
***
Amma iş işdən keçəndən sonra keçmişi qurdalamağın, qeyri-mümkün ssenarilər qurmağın nə mənası var? Bu, adamı dəli edir. İstənilən halda insan öz həyatında hansı hadisənin məhz “dönüş nöqtəsi” olduğunu yalnız sonradan, keçmişə baxanda nələrsə mənə həlledici görünə bilər, lakin o vaxt həmin olaylar başqa cür görünürdü. O vaxt fikirləşirdim ki, qarşıda günlər, aylar, illər var, miss Kentonla münasibətləri qaydaya salmaq, anlaşılmazlıqları aradan qaldırmaq imkanları saysızdır. Ağlıma da gəlməzdi ki, bu xırda hadisələr aradan qaldırılması mümkün olmayan nəticələrə aparıb çıxarar. O vaxt buna işarə edən heç bir əlamət görmürdüm.
***
Biz elə buna görə Hitlerə qarşı müharibəyə girdik. Hitlerə imkan versəydik, hamımızı özünə qul edərdi. İndi Yer üzündə bir ovuc ağa olardı, milyonlarla qul. Aydın məsələdir ki, qulun qeyrəti ola bilməz. Biz bundan ötrü müharibə eləmişik, çarpışmışıq, azadlığımızı qazanmışıq. Dünyaya ingilis kimi gəlməyən bir üstünlüyü də budur ki, varlı yaxud kasıb ailədə doğulmağından asılı olmayaraq, dünyaya azad gəlirsən. Fikirlərini azad ifadə edə bilirsən. Parlamentə öz nümayəndəni seçirsən, xoşun gələnə səs verirsən, gəlməyənə yox. Mən hesab edirəm ki, qeyrət deyilən şey elə budur, ser.
***
Bəli, bu ölkənin vətəndaşları onun gələcəyinə görə məsuliyyət daşıyır. Adamlar qlobal məsələlər haqda düşünməlidir. Amma sadə adamların ciddi, qlobal məsələlər haqqında mister Harri Smitin öz kəndlilərindən umduğu kimi “qəti mövqe” nümayiş etdirməsi nə dərəcədə mümkündür? Bu, qeyri-real, hətta arzuolunmazdır. Hər halda, sadə adamların ictimai-siyasi hadisələri bilmə, qavrama, qiymətləndirmə imkanlarının bir hüdudu var və onlardan ölkə, dünya səviyyəli hadisələrə müdaxilə edib “qəti mövqe” göstərmələrini ummaq yanlışdır və bunun qeyrət məsələsinə heç bir aidiyyəti yoxdur.
***
Almaniyaya, İtaliyaya baxın. Görün güclü rəhbərlik əl-ayağına dolaşan olmayanda nələr edə bilir. Ümumxalq seçkisi kimi cəfəngiyyata baş qoşmurlar. Evinə od düşübsə, hamını qonaq otağına yığıb yanğından qaçmaq yollarını bir saat müzakirə edə bilməzsən. Bəlkə də, bunlar nə vaxtsa lazımlı idi.
***
Hər yoldan ötənin dünya siyasəti, iqtisadiyyatı, ticarəti haqqında geniş biliklərə malik olmağını gözləməyə dəyməz.
***
Gəlin aydın danışaq: eşikağasının işi yaxşı xidmət etməkdir. Ölkə, dünya miqyaslı, hadisələri qiymətləndirib onlara müdaxilə etmək bizim səviyyəmizdə olan adamların işi deyil. Amma bu işə töhfə vermək doğrusu, bəşəriyyətin taleyini həll edə bilən böyük insanların qulluğunda dayanmalıyıq.
***
Çünki ev sahibi haqqında həm tənqidi düşünmək, həm də ona yaxşı qulluq etmək praktik olaraq mümkün deyil.
***
Amma heç kim ayağa qalxmaq istəmir, hətta bu dəyişiklik onların xeyrinə olsa belə, ictimai hadisələrə baş qoşmağı arzulamırlar…
***
– Zənnimcə, belə ümumiləşdirmək olar: bu, başqalarının yanında soyunmamaqdır.
– Üzr istəyirəm. Bu – yəni nə?
– Qeyrət, ser.
***
Müasir dünyamız tamam fərqlidir. Kübar instikləri, centlmen dəyərləri heç kimə lazım deyil.
***
Siz həyatdan zövq almalısınız. Günün ən yaxşı hissəsi axşamdır. Siz iş gününü başa vurmusunuz. İndi ayalarınızı uzadıb dincəlməlisiniz. Şəxsən mən bu məsələyə belə baxıram. Kimdən soruşsanız, sizə belə deyəcək. Günün ən yaxşı hissəsi axşamdır.
***
Bəlkə də, ağam gələndə onu yeni qabiliyyətlərimlə yaxşı mənada təəccübləndirməyi bacaracağam. Nə bilmək olar?!
Tərcüməçi: Anar Mahmudov