Annotasiya
“Görünməyən işıqlar” (ingiliscə “All the Light We Cannot See“) – amerikalı yazıçı Entoni Dora pulitzer mükafatı qazandıran, tarixi janrda qələmə alınan kitabdır. II Dünya Müharibəsi dövründən bəhs edən bu romanda görmə qabiliyyətini itirmiş fransız qız və radiolardan yaxşı başı çıxa alman oğlanın kədərli hekayəsidir. Hadisələr uşaqların ətrafında cərəyan etsə də, müharibə dəhşətləri bütün çılpaqlığı ilə təsvir edilir. Kitabın əsas mesajı isə, yəqin ki, bütün çətin vəziyyətlərdə bir ümid qapısının olmasıdır: Dünyada pis insanlar qədər, yaxşılıq da var.
Karandaşın izi ilə
San-Malo camaatı deyir ki, biz ilk növbədə maloluyuq, sonra bretanlıyıq, ondan sonra zatımızda nəsə bir şey qalırsa, o qədər də fransızıq.
***
Kabus ordusu. Yırtılmış noxud torbası. Sapından üzülüb yerə tökülən yüzlərlə təsbeh dənəsi. Minlərlə bənzətmə tapmaq olar, amma heç biri bu dəhşəti tam ifadə edə bilməz. Hər təyyarədə 40 bomba vardı. Bu hesabla şəhərə 480 bomba atılmışdı. Bu isə 72 min funt ağırlığında partladıcı maddə deməkdir.
***
– Qiyməti nə qədər olar, müsyö? Onun puluna Eyfel qülləsini almaq olar?
– O ölçüdə almazı, o qədər nadir daşı satsan, puluna yəqin beş Eyfel qülləsi almaq olar.
…
– Sadəcə o almazı götürüb dənizə atmaq olmazmı?
– Sən beş dənə Eyfel qülləsini dənizə atan adam görmüsən?
***
Müsyö Ləblon qızını inandırır ki, həyatda lənət, dua, bəddua deyilən şey yoxdur. Bəlkə də, bəxt deyilən şey var, vəssəlam. O da gah gətirir, gah gətirmir. Amma lənət yoxdur.
***
Mari-Lor başa düşür ki, bir şeyə, məsələn, botanika bağındakı sikomor ağacının qabığına, Entomologiya şöbəsində üstünə iynə sancılmış maral böcəyinə, doktor Jerafın emalatxanasındakı balıqqulağıya toxunmaq əslində onu sevmək deməkdir.
***
Beyin tam zülmətdə, zərrə qədər işıq düşməyən yerdədir. Qafa sümüyünün, şəffaf mayenin içindədir. Bununla belə, beyin işıqla, rəng və hərəkətlə dolu məhsul istehsal edir.
***
Mari-Lor qəzəbli ilahənin muzeyin dəhliz və vestibüllərində dolaşmasını, zəhər püskürməsini təsəvvüründə canlandırır. Atası onu xəyallarına bu qədər qol-qanad verməkdən çəkindirir. Onun fikrincə, daş elə daşdır, yağış yağışdır, bədbəxtlik deyilən isə, o qədər də xoş olmayan təsadüfdür, vəssəlam.
***
Frau Elena deyir ki, dərs qurtaran kimi tez uşaq evinə qayıtmaq lazımdır. Onun sözlərinə görə, biz yəhudi olmasaq da, kasıbıq, bu isə təhlükəlidir.
***
Hamının elədiyini təkrarlamaq düzgündür?
***
Onların hərəsi bir əlçim gildir. Komendant isə dulusçudur, bu materialdan dörd yüz ədəd eyni cür gil qab hazırlamalıdır.
***
O bilir ki, ən taleyüklü qərarla rəfləri kitablarla dolu, buxarılı otaqlarda qəbul olunur.
***
– Əmi, bilirsən ki, adamı ildırım vurmaq ehtimalı milyonda birdir? Bunu mənə doktor Jefar deyib.
– İldə bir dəfə, yoxsa bütün ömür boyu?
– Bilmirəm.
– Gərək soruşaydın.
***
Böyük xəyallar qurmağa dəyməz – onda məyusluq da ağır olur.
***
İnsan öz arzularının dalınca gedə bilmirsə, daha bu nə həyat oldu?
***
Sənə elə gəlir ki, öz həyatının sahibi sənsən. Sənin problemin də elə bundadır.
***
Kim deyərdi ki, sevgi adamı öldürə bilər?
***
Nəm, toxunulmamış qum. Mari-Lor əyilib qumu ovuclayır. Soyuq ipək kimidir. İpək bir süfrədor, dəniz də üstünə öz nemətlərini düzüb: balıqqulağı, çınqıl, ərp, xırda dəniz bitkiləri. Barmaqlarını quma salır, yağışın narın damlaları boynunun ardına, əllərinin üstünə düşür. Qum onun istiliyini barmaqlarının ucundan, yalın ayaqlarının altından əmir.
***
Frederikin xəyalpərəstliyi, fərqliliyi bir ətir kimidir və onu hamı hiss edir.
***
Bilirsənmi dünyada ən gözəl an nədir, Pfenninq? Bir şeyin nəyəsə çevrildiyi an. Gündüzün gecəyə qovuşması, sürfənin kəpənəyə, maral balasının ərgən heyvana, oğlanın kişiyə çevrildiyi an. Sınaqların nəticə verdiyi an.
***
Həqiqət sürətlər qutusunun dişləri bir-birinə qarışmış maşına oxşayır, işləmir.
***
İlbizləri illərlə buz qutularında saxlayırlar, amma canlarına isti dəyən kimi rütubətli mühitə düşən kimi hərəkətə gəlirlər. Özləri də həmişəki kimi canlı görünürlər. Onların çanağı çatlaya, hətta qismən qırılıb düşə bilər. Lakin vaxt keçdikcə ilbizlər bədənlərindən həmin zədəli hissələrə buynuz maddəsi etiraz edib bərpa olunurlar. Hə, deməli, hələ mənim üçün də ümid yeri var.
***
– Etyen, bilirsinizmi, qaynar qazan qurbağa atsaq, nə olar?
– Deyərsiniz, bilərik.
– Qurbağa qazandan qırağa tullanar. Yaxşı, bəs qurbağanı içində soyuq su olan qazana atıb suyu yavaş-yavaş qaynama həddinə qaldırsaq, necə olar? Bilirsiniz? Qurbağa bişər.
***
Alimin işi iki amillə müəyyən olunur, kadet. Şəxsi arzuları ilə, bir də zəmanənin maraqları ilə.
***
Adam gərək qürurunu qorumağı bacarsın, xüsusən də, müharibə vaxtı.
***
Operanın sütunlu binası çox əzəmətlidir. Onun dörd tərəfində artırma korpusu var. Verner fikirləşir, görəsən, insanın bu boyda əzəmətli binalar tikməsinin, musiqi bəstələməsinin, mahnı oxumasının, yer üzünün bütün quşlarının əlvan şəkillərindən ibarət albom-kitab nəşr etməsinin nə mənası var?! Axı bəşəriyyət bunlara tam etinasızlıqla yanaşır. Musiqi yaratmağın nə mənası var? Axı sükut, külək ondan daha böyükdür. Lampa yaratmaq nəyə lazımdır? Axı onsuz da zülmət o işığı udacaq. Məgər insan ətrafında baş verənləri görmür? Görmür ki, almanlar rus əsirlərini ağaclara, məhəccərlərə bağlayır, ciblərinə qumbara qoyur, sonra o qumbaraların halqasını çəkib qaçırlar? Görmürmü insan bunları? Opera evləri. Ayda şəhər salmaq ideyası. Gülüncdür! Ondansa hamı başını səkiyə qoyun uzansın, kirşə ilə meyit daşıyan sanitarların gəlməyini gözləsin. Ən yaxşısı bu olmazmı?
***
Zaman çox sürüşkəndir, bir dəfə əlindən çıxdısa, sonra heç cür tuta bilmirsən.
***
– Üç dəfə sağa, həmin məsafə!
Komandirlər yorğun, təmkinli səslə atəş komandası verirlər. Yəqin ki, Tanrı da insan ruhlarını öz dərgahına bu səslə çağırır.
***
Açın gözlərinizi. Nə qədər ki onları əbədi yummamısınız, ətrafdakıları görməyə çalışın.
***
Etyen fikirləşir ki, müharibə bir bazardır, Burada insan həyatını bir əşya kimi alıb-satırlar, şokolada, patrona, paraşüt ipəyinə dəyişdirirlər. Doğrudanmı Etyen Mari-Loru o gizli rəqəmlərə qurban verib?
***
İndi Verneri nə xilas edə bilər? Uşaq vaxtı bacısı Yutta ilə mansardanın pəncərəsindən ətrafa baxar və arzu edərdilər ki, kaş bi gün kanalın buzu qabarıb qalxa, evlərin, mədənin üstünü örtə, onlar da bir səhər yuxudan durub tanıdıqları, bildikləri hər şeyin yoxa çıxdığını görələr. Bax, indi də ona elə bir möcüzə lazımdır.
***
– Sən çox ürəkli qızsan.
– Verner, gözlərim tutulanda da mənə bu sözü deyirdilər. Deyirdilər ki, ürəkli qızsan, cəsur qızsan. Atam gedəndə də mənə bu sözlərlə təskinlik verirdilər. Amma bu ürəkli olmaq deyil. Sadəcə, başqa seçimim yoxdur. Səhər açılır, mən yuxudan oyanıb həmin günümü yaşayıram. Məgər səndə elə deyil?
– Neçə ildir ki, mənim belə bir imkanım olmur. Amma, deyəsən, bu gün elədir.
***
Müharibə insan xəyallarını necə darmadağın edərmiş.
***
SMS, mobil telefon danışıqları, televiziya proqramları, e-maillər, şəhərin altındakı optik naqillərlə, üstündəki şəbəkələrlə çay kimi axır, “Karfur” ticarət şirkətinin, “Evian” təbii bulaq sularının, yarımfabrikantların reklam lövhəsində əks olunur, binların damındakı, metro tunellərindəki ötürücülərdən, antenlərdən kosmosa qalxır, oradan “bu gün gecikəcəyəm”, “bəlkə, bir nahar edək?” “gələndə avakoda alarsan”, “səni sevirəm”, “darıxıram səninçün” kimi milyonlarla ismarış, yaxud hədə məktubu şəklində, qəhvə, mebel, zinət əşyaları reklamı formasında Yerə qayıdır. Gözlə görünməyən bu informasiya seli Paris ovlaqlarının, döyüş meydanlarının, sərdabələrinin, Arden dağlarının, Reyn çayının, Belçika və Danimarkanın, daim dəyişən dövlətlərin üstündən keçib ətrafa yayılır. Doğrudanmı ruhun da bu cür yayıldığına, hərəkət etdiyinə inanmaq çox çətindir? Daniel, etyen, madam Manek, ağsaçlı Verner Pfenninqin bu dəqiqə bir qatar durna, bir dəstə qaranquş, sığırçın kimi havada süzməsi mümkün deyilmi? Bəlkə, ruhlar da bu dəqiqə havada dolaşır? Bəlkə də, Mari-Lor diqqətlə qulaq assa, onları eşidə bilər. Bəlkə də, bacalardan ətrafı seyr edirlər, bəlkə də, səkilərdə dolaşırlar, Mari-Lorun sinəsindən girib kürəyindən çıxırlar. Ola bilməzmi? Bəlkə də, hava bir kitabxanadır, onda hər yaşanmış ömrün izləri, hər deyilmiş sözün əks-sədası var. Müharibənin canlı şahidləri bir-bir dünyasını dəyişir. Bəlkə də, hər saatda biri ölür. Biz bu dünyaya ot kimi, çiçək kimi qaydırıq. Mahnıların qanadında qayıdırıq.
Tərcümə: Anar Mahmudov