Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ann Paçet “Holland evi”

Annotasiya

“Holland evi” (ingiliscə “The Dutch House“) – amerikalı yazıçı Ann Paçetin 2019-cu ildə nəşr edilmiş romanıdır.

Analarının evi tərk etməsindən illər sonra ataları evlənir və ögey ananın evə girdiyi ilk gündən etibarən bacı-qardaşın bütün həyatı alt-üst olur. Bu roman uşaq yaşlarında ana və atasını, evlərini itirmiş iki uşağın həyatından, yaşamaq uğrunda mübarizəsindən bəhs edir.

Anaları onları niyə atıb? Atalarının ölümündən sonra onları evdən qovan ögey ana nə vaxtsa peşman olacaqmı? Anaları haradadır? “Holland evi” adlandırılan malikanəyə – öz evlərinə qayıda biləcəklərmi? Atalarının ölümündən sonra kimsəsiz qalan bacı-qardaşın taleyi necə olacaq?

Romanda ailədaxili münasibətlər, sevgi, qayğı, fədakarlıq, dostluq mövzularına geniş yer verilir.

Karandaşın izi ilə

O, yaşca məndən böyük idi və buna görə də “dost” sözünün başqa mənalarını da bilirdi.

***

Qabda düzülmüş hazır siqaretlər varlılar üçün necə bir lüksdürsə, eynilə, hektarla əraziyə sahib olub, əsla o torpaqlarda gəzməmək də bir lüks sayılıb.

***

Sahib olduqlarımla layiq olduqlarım arasındakı bərabərsizliyi gördüyüm üçün kefsiz idim.

***

Məktəbə getməmişdən əvvəl mən siqareti atsın deyə onu bezdirmişdim. Amma məktəbə gedəndən bəri özümün də siqaret çəkdiyimi ona deməmişdim.

***

Pulun dəyərini, nə olduğunu həqiqətən başa düşməyin yeganə yolu yoxsul olmaqdır.

***

Biznes dünyasının ən böyük yalanı “Pul-pulu gətirir” fikridir. Bunu yadında saxla. Ağıllı olmalısan, işlək bir planın olmalıdır, ətrafda nə baş verdiyinə diqqət yetirməlisən.

***

Səncə, keçmişdə baş verən şeyləri olduğu kimi görə bilmək mümkündürmü?

***

Biz keçmişə indiki obyektivlə baxırıq, əvvəl kim olduğumuzu düşünürük, indi kimik, onu bilirik. Bu, o deməkdir ki, bir çox şey köklü dəyişikliyə uğrayıb.

***

Atam barədə bildiyim şeylərin çoxu görünən şeylər idi: o, hündür, arıq idi, saçları və dərisi mənimki kimi köhnəlmiş pas rəngində idi.

***

Sonra atamın dediklərini düşündüm; O həmişə deyirdi ki, hansısa mövzuda əlimizdən bir şey gəlmirsə, ən yaxşısı o şeyləri beynimizdən çıxarıb atmaq, o barədə düşünməməkdir.

***

Həmin gecə bacımın çarpayısında uzanıb tavana baxarkən ilk dəfə atamızın yoxluğunu dərk etdim. Pulu və evi olan o adamı yox, maşında yanında oturduğum adamı itirmişdim. O məni dünyanın bütün şərindən qorumuşdu, dünyada nələr baş verdiyini indiyə qədər anlamırdım. Mən onun haçansa uşaq olduğunu təsəvvür edə bilmirdim. Mən heç vaxt ondan müharibə haqqında nəsə soruşmamışdım. Mən onu həmişə atam kimi görmüşdüm, atam kimi mühakimə etmişdim. Ancaq heç nəyi dəyişə bilməzdim, əlimdən heç nə gəlmirdi. Bunları sadəcə səhvlərimin siyahısına sala bilirdim…

***

Həyatda elə anlar olur ki, keçmiş arxada qalmış olur, gələcək hələ çox uzaqdadır, sən indidə dayanmısan və heç kimlə, heç nəylə, hətta özünlə belə nə baş verəcək bilmirsən, naməlumluq duyğusu içində olursan.

***

Şeir kursları və bitirmə tezisi yaxşı idi, qaydasında idi, amma onun əsl işi mən idim. Balaca mənzili təmizləyir, sahmana salır, nahar hazırlayırdı, mənə balaca uşaq kimi davranırdı. Qadınlar öz azadlıqları haqqında kitablardan çox şey oxuya bilərdilər, amma çoxu bunu həyatda, hərəkətdə tətbiq edə bilmirdilər. Selestenin öz həyatı ilə, məndən kənarda nə etməli olduğu barədə heç bir fikri yox idi, özünü məndən ayrı təsəvvür edə bilmirdi.

***

Qəzəb üstün gələndə günahlandırmaq daha asan olurdu.

***

O evə hələ də bütün hekayələrin qəhrəmanı idi, ora bizim didərgin düşdüyümüz, itirdiyimiz sevimli ölkəmiz idi.

***

Biz maşınlarımızı dəyişdikcə özümüz də dəyişmişdik, köhnə bağça hələ də eyni idi. Bizim xatirələrimiz hələ də Van-Hoebeek küçəsində gizlənmişdi, amma artıq xatirələrimiz Holland evində həbs edilməmişdi.

***

Deyir ki, uzun illər o bu evə qayıtmaq arzusu ilə yaşayıb, amma indi deyir ki, hətta qapı açıq olsa belə addımını o evdən içəri atmaz.

***

Biz bədbəxtliyimizdən bir fetiş yaratmışdıq, ona aşiq olmuşduq. Bu vərdişdən əl çəkməyimiz yox, bu vərdişlə bu qədər uzun müddət yaşadığımızı dərk etmək mənə pis təsir edirdi.

***

Kişilər uşaqlarını tərk edir, dünya da bunu bayram günü kimi qeyd edə bilir. Budda öz uşaqlarını tərk etmişdi, Odissey öz ailəsini tərk etmişdi, onların uşaqları heç kimin vecinə deyil amma. Onlar hər şeyi cəhənnəm edib, öz mənəvi səyahətlərinə çıxmışdılar. Biz min illərdir hələ də kitablardan bu hekayələri oxuyuruq. Anamız da getmişdi, indi o qayıdıb, biz də yaxşıyıq.

***

– Səncə, evlər kədərdən çökə bilir?
– Şərəfli ev çökər.
– Deməli, şərəfsiz ev imiş.

***

Seleste başı ilə təsdiqlədi: “Mənim zövqümcə deyil. Köhnə və ağırdır. Həm də çox qaranlıqdır. Bütün gün evdə oturmadığın üçün buna fikir verməmiş ola bilərsən”.
Mən ona sürpriz etmək istəyirdim. Onu evin bütün otaqlarında gəzdirmişdim. Elə bilirdi, evi kirayəyə vermək üçün alıram. Dedim ki, evi iki hissəyə bölə bilərəm, hətta dörd yerə də bölmək olardı. Mey pilləkənlərdə aşağı-yuxarı oyun oynayır, Seleste hamam otaqlarına girir, suyun təzyiqini yoxlayırdı. Ondan “ev xoşuna gəldi, ya yox?” deyə soruşmamışdım. Soruşmalı idim, amma soruşmadım. Əvəzində evin sənədini ona verdim. Elə düşünürdüm ki, bu, indiyə qədər etdiyim romantik jestlərdən biridir.

***

Səni tanımayan birinin qayğısına qalmaq, ona baxmaq səni övliya eləmir.

Tərcümə: Fəridə Məmmədova

3.7 (73.33%) 15 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram