Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nikkolo Ammaniti “Mən qorxmuram”

Annotasiya

“Mən qorxmuram” (italyanca “Io non ho paura“) – italiyalı yazıçı Nikkolo Ammanitinin triller janrında qələmə aldığı və 2001-ci ildə işıq üzü görən romanıdır.

Hadisələr 1970-ci illərdə İtaliyanın cənubunda yerləşən ucqar bir kənddə cərəyan edir. Göydən od ələnən yay tətilində böyüklər sərinləmək üçün evlərindən çölə çıxmır, uşaqlarsa bütün günü həyətdə oyun oynayırlar. Həmin uşaqlardan biri Mikele adlı oğlan günlərin bir günü təsadüfən xarabalıqda elə bir şeyə rast gəlir ki, bütün dünyası alt-üst olur, böyüklərə olan inamını itirir. Görəsən, bu balaca oğlan qorxularına qalib gəlib, böyüklərin dünyasında ədaləti bərpa edə biləcəkmi?

Karandaşın izi ilə

Ölü pişik, ya da itlər gördüyüm zaman mənə heç vaxt bu qədər pis təsir etməzdi. Çünki heyvan tükü ölümü gizlədir.

***

Qurtar bu qulyabanı söhbətini, Mikele. Qulyabanılar olmur. Ruhlar, qulyabanılar, ifritələr – bunların hamısı sənin kimi sadəlövh insanları qorxutmaq üçün uydurulmuş cəfəngiyyatdan başqa bir şey deyil. Sən monstrlardan deyil, insanlardan qorx.

***

Görəsən, bu axmağın haradan ağlına gəlmişdi ki, ölüb? Sağ olan heç kim özünün öldüyünə inana bilməz. İnsan ölürsə, ölüdür. Və cənnətdədir. Ya da ən pis halda cəhənnəmdə.

***

Göyərçinlər damın altında quruldaşırdılar. Soyuducu uğuldayırdı. Cırcıramalar cırıldayırdı. Ventilyator vızıldayırdı. Bu, səssizlik idi.

***

Elə şeylər var ki, tək qalanda yanlış olduğunu hiss edirsən.

***

– Görəsən, arılar niyə yuva qururlar? Bunu onlara kim öyrədib?
“Onların özləri bunu bilirlər.
Təbiətləri belədir”. Bəs, görəsən, mənim təbiətim necədir? Mən nəyi bacarıram?

***

– Mən qorxuram.
– Onlar da qorxurlar.
– Niyə belə düşünürsən ki?
– Çünki qışqırırlar.

Kərtənkələlər qaça bilməyəndə və ələ keçəcəklərini hiss edəndə ağızlarını açır, şişirdir və sizi qorxutmağa çalışırlar. Çünki özləri sizdən qorxurlar, çünki siz onların gözündə nəhəngsiniz və canlarını qurtarmaq üçün bircə çarələri qalıb – o da sizi qorxutmaqdır.

Tərcümə: Abuzər Cəfərov

3.4 (67.27%) 11 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram