Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Filip Rot “Əlvida, Kolumbus”

Annotasiya

“Əlvida, Kolumbus” (ingiliscə “Goodbye, Columbus“) – amerikalı yazıçı Filip Rotun 1959-cu ildə işıq üzü görən debüt kitabıdır.

Povest iki gəncin sevgi münasibətləri fonunda 1950-1960-cı illər Amerika cəmiyyətində formalaşan ailədaxili məsələlər, cinsi-əxlaqi problemlər, o dövrün etika kodeksindən bəhs edir.

Karandaşın izi ilə

Brenda islaq başını silkələyəndə üzümə düşən damcıları mən vəd kimi qəbul etdim, bütün yay uzunu verilmiş vəd kimi. Yaxşı olardı ki, bu vədin ömrü yaydan da uzun çəksin.

***

Biz öz yeniliyimizi və bir-birimizə nabələdliyimizi sevgiyə oxşayan körpüyə çevirirdik və bununla çox oynamağa, bu barədə çox danışmağa cürət eləmirdik – qorxurduq ki, köpük itib getsin.

***

Parkda oturub şəhər barədə dərin biliklərə malik olduğumuz, daxilən ona necə bağlılığımı hiss edirdim; bu bağlılıq qəlbimdə özünə elə bir məskən salmışdı ki, sevgiyə çevrilməyə bilməzdi.

***

– Siz Martin Buberin əsərləriylə tanışsınız?
– Buber… Buber… O, ortodoksaldır, yoxsa mühafizəkar?
– O filosofdur.

***

Deməli belə: yeyirdim, yatırdım, gəzirdim, şikəst kitabları cildləmə emalatxanasına göndərirdim – əvvəl nə iş görürdümsə yenə həmin işləri görürdüm, intəhası, indi məşğuliyyətlərimdən hər biri hasarla əhatə olunmuşdu, yəni hamısı ayrı-ayrılıqda mövcud idi və mənim həyatım bir hasardan digər hasara sıçrayışlardan ibarət olmuşdu. Axın yox idi; əvvəllər bu axın Brenda idi.

***

– Mən səni sevirdim, Brenda, ona görə narahat idim.
– Mən də səni sevirdim, düzünü bilmək istəyirsənsə, o lənətə gəlmişi də elə ona görə aldım.

Bax elə bu vaxt biz hansı zamanda, feilin hansı zamanında danışığımızı eşitdik, – və sükut içində özümüzə qapandıq. Bir neçə dəqiqədən sonra paltomu geyindim, çamadanımı da götürüb qapıdan çıxdım. Düşünürəm ki, mən qapıdan çıxanda Brenda da ağladı.

***

Məndəki o nəsnə – sevgini təqib və qamarlamaya döndərən, sonra da onu astar üzünə çevirən nə idi? Nə idi məndə uduşu məğlubiyyətə, məğlubiyyəti isə – kim bilir – uduşa çevirən? Brendanı sevdiyimə mən qəti şübhə eləmirdim, lakin daha sevə bilməyəcəyimi aydın dərk edib dayanmışdım. Və bilirdim ki, başqa birisini fiziki olaraq onu sevdiyim qədər uzun müddət sevə bilməyəcəyəm. Başqa birisi üçün mən özümdə belə bir ehtiras tapa biləcəmmi? Məndə bu istəyi, bu şövqü doğuran elə Brendaya olan sevgi deyildimi? Əgər o azacıq fərqli olsaydı, azacıq Brenda olmasaydı… Bəs onda mən onu sevərdimmi?

Tərcümə: Mahir Qarayev

2.3 (46.67%) 3 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram