Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bütün kitablara toxunulsun

Ad, soyad: Vəsilə Abbas Alməmmədova
Təhsil: Beynəlxalq əlaqələr (bakalavr),
Azərbaycan İctimai-Siyasi Universiteti
Fəaliyyət dairəsi: Ətraf aləmlə tanışlıq
Uğurlar: Gələcəyim

abdullayevas.blogspot.com








Kitab


– Sizin üçün kitab nədir?
– Kitab yaşam tərzidir.

– Kitabları niyə sevirsiniz?
– Bütün sullarıma onlarda cavab tapa bildiyim üçün.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Kitab zövq məsələsidir, qavrama məsələsidir. Kitab məsləhət görməyə tərəddüd göstərirəm həmişə.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Zibil qabına heç bir kitabı atmaram, doğru sözümdür. Muzey isə toxunulmazlıq deməkdir. Bütün kitablara toxunulsun.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Konkret bəyəndiyim nəşriyyat və üzqabığı yoxdur. Zaman-zaman dəyişir. Məsələn, “Şərq-qərb”in nəşrləri nəfis görünsə də oxumaq asan və rahat olmur.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Dünya müharibələrinin ağrı-acısı.

– Sizi ilhamlandıran yazıçılar
– Erix Mariya Remark.

Birinci yoxsa sonuncu cümlə?
– Birinci cümləni oxuduğum andan gözlədiyim sonuncu cümlə.

– Niyə yazırsınız?
– Sakitləşmək üçün.

– Oxumaq yoxsa yazmaq?
– Oxuyaraq yazmaq.

Ən qısa hekayəniz
– Anam.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Sərbəst nəzm.

– Protaqonistiniz haqqında danışın
– Özü azadlıq simvolu olsa da daim bağlı damlarda saxlanılan göyərçin.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– KKO kitabı sevənlər üçün, ələlxüsus da kitab oxumağa yeni başlayanlar üçün lazımlı və dəyərli layihədir.

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
  Sözün açığı, bəyənmədiyim heç bir xüsusiyyəti yoxdur. Görmək istədiyim hər şeyi saytda tapa bilirəm. Tərcümələrinizin isə daha çox olmasını istəyərdim. Hər işinizdə uğurlar!

 

5 (100%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram