Ad, soyad: Musa Əfəndiyev (Əffəndi)
Təhsil: NEC, BOUN, LSE,
Fəaliyyət dairəsi: Marketinq, yazıçılıq və tərcümə
Uğurlar: Çox sağ olun…
Kitab
– Sizin üçün kitab nədir?
– Qara çuxur (Qaraçuxur yox.) Başqa zaman-məkana çıxış.
– Kitabları niyə sevirsiniz?
– Nazim Hikmət Bakıda olanda azərbaycanlılara xitabən “Bu dünyada ne varsa öğrendiğim, çoğunu sizlerden öğrendim” demişdi. Mən də öyrəndiklərimin çoxunu kitablardan öyrənmişəm, ona görə.
– Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Muriel Spark “Ovunduranlar”.
– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
-1) Beqbederin kitabları 2) Peter Akroydun kitabları.
– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Vintage-dan çıxan Nabokov kitabları (Reissue edition)
Karandaş
– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Homo ludenslikləri.
– Sizi ilhamlandıran yazıçılar
– Vonnequt, Eko, Barns, Rüşdi və s.
– Birinci yoxsa sonuncu cümlə?
– Incipit (latınca bildiyim bütün sözləri bu müsahibədə dedim).
– Niyə yazırsınız?
– Hər kəsin bacardığı işlə məşğul olmalı olduğuna inandığım üçün.
– Oxumaq yoxsa yazmaq?
– Yazmaq üçün oxumaq, oxunmaq üçün yazmaq.
– Ən qısa hekayəniz
– Onları yol apardı.
– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Tarixi meta-roman.
– Protaqonistiniz haqqında danışın
– O, Bakıda doğulub və Bakıda da yaşayır. İstiqlaliyyət 6-da işləyir.
Kitabı Karandaşla Oxuyanlar
– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri.
– Konsept və çalışqanlığınız.
– KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər.
– Revyular görmək və daha böyük hədəf kütləsinə xitab etməyini istəyərdim.