Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Lev Tolstoy “Dirilmə”

LevTolstoy_Dirilme_kkoAnnotasiya

“Dirilmə” – Lev Tolstoyun 1889-1899-cu ildə qələmə alınmış, ölümündən qabaq sonuncu yaratdığı ən irihəcmli romanıdır. Rus ədəbiyyatının klassik nümunələri sırasındadır.
Kitab işıq üzü görəndən dərhal sonra öz müasirlərini heyrətləndirmiş və elə həmin andaca avropa dillərinin çoxuna tərcümə edilmişdir. Belə uğuru seçilmiş mövzunun(küçə qadının taleyi) ağırlığı və yazıçının qadının psixoloji hiss və təəssüratlarını çatdıra bilmək üşün tamamilə onun obrazına tranformasiya etməsi izah edir.

Əsərdən seçilmiş hissələr

İnsan da torpaq kimidir. Onun da əsas missiyası və mahiyyəti daim həyata can atmasında,ruhi cəhətdən daim diri olmasındadır.

***

Unutmaq o deməkdir ki, insanın ruhu sanki yuxuya gedir,sanki ölür. Günah işlədib, sonra da öz günahını unudan, bütün bunlara görə mənəvi iztirablara düçar olmayan insanın ruhu diri sayıla bilməz.

***

Fahişəlik – qadınlıq adına vurulan ən böyük ləkədir ki, onun da günahkarı cəmiyyətdir.

***

İnsan nifrətlə yaşaya və hamıya nifrətdə öz ruhunun diri qalmasını qoruyub saxlaya bilməz. İnsanın ruhu yalnız onun insanlara və Allaha məhəbbətində yaşayır. Nifrət etməyə məhkum olan ruh isə diri sayıla bilməz.

***

Nifrətin, yəni ruhi ölümün mənbəyi və səbəbkarı cəmiyyət, məhəbbətin və ruhi dirilmənin əsası isə insan varlığının, insan təbiətinin özüdür.

***

Şagird ustadından üstün ola bilməz. Amma hamı özünü təkmilləşdirməklə ustadı kimi ola bilər.

***

İki ildir ki, gündəlik yazmıram və güman edirdim ki, bir də bu uşaqlıq əyləncəsi ilə məşğul olmayacağam. Amma bu uşaqlıq əyləncəsi deyil, öz – özünlə, hər bir insanın daxilində yaşayan öz həqiqi,ilahi mənliyi ilə söhbət deməkdir.

***

Ən adi və çox yayılmış yalnış inamlardan biri budur ki, guya hər insan özünə xas olan müəyyən xüsusiyyətlərə malikdir, mehriban, kinli, ağıllı, enerjili, bədxasiyyət və i.a. adamlar olur. İnsanlar belə olmurlar. Biz bir insan haqqında deyə bilərik ki, kinli olmaqdan çox mehriban, küt olmaqdan çox ağıllı, laqeyd olmaqdan çox enerjilidir və ya əksinə.; ancaq bir insan haqqında desək ki, o ağıllı və mehriban, bir başqası isə, kinli və axmaqdır, bu düz olmaz. Amma biz insanları həmişə belə bölürük. Bu da doğru deyil. İnsanlar da çaylar kimidir: bütün çaylarda su eynidir və hamısında həmin sudur. Amma hər bir çay gah daralır, gah iti axır, gah genəlir,gah dinc axır, gah təmiz olur,gah soyuyur,gah bulanır,gah ilıq olur. İnsanlar da belədir. Hər bir insanda bütün insane xasiyyətlərinin rüşeymi var və o gah bir cəhəti, gah o biri cəhəti biruzə verir, əslində həmin adam olub qaldığı halda, çox vaxt da heç özünə bənzəmir. Bəzi adamlarda bu dəyişikliklər kəskin olur.

***

Ağıllı olmayan şeyi təsdiq etmək ağılsızlıqdır, ən əvvəl, ağıllı olmayan bu şeyi öyrənmək lazımdır. Bu kiçik bir yalan olsa da, onu indi batıb qalmış olduğu böyük yalana gətirib çıxarmışdı.

***

Günahlardan xilas olmaq üçün sifətimizi uzadıb ağlamaq lazım deyildir. Etiqad etmək lazımdır, etiqad edən adamın günü xoş keçər.

***

Pis hərəkəti təkrar etməmək və peşmançılıq çəkmək olar, pis fikirlər isə getdikcə daha çox pis əməllər törədir. Pis əməl yalnız başqa bir pis əmələ yol açır; pis fikirlər isə insanı dönmədən bu yola sürükləyir.

***

Biz neyləyiriksə eləyək, həyat olacaq şeydən əlavə bir şey tələb etmir.

***

Bir halda ki, qəlbində insanlara məhəbbət yoxdur,sakit otur,öz-özünlə,əşyalarla, nə ilə istəyirsən məşğul ol,ancaq insanlarla məşğul olma. Yalnız ürəyin yemək istəyəndə və bu sənə zərər gətirməyəndə olduğu kimi, insanlarla da yalnız onları sevdikdə zərərsiz rəftar etmək mümkündür.

***

Hansı yaxşıdır: əvvəlcə xalqı maarifləndirib sonramı həyatın şəklini dəyişmək, yoxsa əvvəlcə həyatın şəklini dəyişmək yaxşıdır?

3.7 (74%) 10 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram