Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Paolo Cordano “Qara və gümüş”

Annotasiya

“Qara və gümüş” (italyanca “Il nere e l’argento”) – tanınmış italyan yazıçısı Paolo Cordanonun beynəlxalq sensasiyaya çevrilən sayca üçüncü romanı. Yazıçı bu əsərində xoşbəxt, təcrübəsiz gənc ailənin təsirli həyat hekayəsindən, məhəbbətdən, çətin qarşılıqlı münasibətlərdən, yalnızlıq duyğusundan, həyatla ölümün, qara ilə gümüşün bir-biri ilə sıx əlaqədə olmasından bəhs edir.

Karandaşın izi ilə

Sonra da sözlər kifayət etməyəndə təcrübənin bəxş etdiyi ifadələrdən birini əlavə etdi: “Yəqin, belə məsləhət imiş”.

***

– Ən çox nədə ona ehtiyacın olur?

– Bizi cəsarətləndirməsinə. İnsanlar cəsarətlərini bölüşməyi xoşlamırlar. Onlar ancaq əmin olmaq istəyirlər ki, sənin cəsarətin daha da azdır.

***

O, bu qədər çox vaxt keçməsinə baxmayaraq, hələ də onun üçün yemək masası açdığını etiraf etdi. Məncə, çox romantik hərəkətdir. Romantik və bir az gülməli. Hərçənd romantik hərəkətdə həmişə nəsə gülməli bir şey olur, düzdür?

***

Ümumiyyətlə hər məhəbbətin onu görən, bilən, təsdiqləyən bir şəxsə ehtiyacı var, əks təqdirdə sevgini ilğım kimi qəbul etmək olar.

***

İstər dərk edilən olsun, istərsə də olmasın, istər mürəkkəb olsun, istər sadə, ya da vəziyyətə uyğun olsun, fərqi yoxdur, istənilən inanc inancın olmamasından daha yaxşıdır. Hərdən mənə elə gəlir ki, sərt məntiq aləmində, elmin ciddi sərhədlərində tərbiyə alan bizlərə başqaları ilə müqayisədə daha çətindir. Biz hər yerdə – insanlar, hadisələr və nəsillər arasında sonsuz bir şəkildə yayılmış səhvləri açıq-aşkar görə bilirik, lakin görmək heç də onları düzəltmək demək deyil.

***

Hər dövr özündə qorxulu fəlakət vədi saxlayır.

***

Valideyn olmaq başqa şeylərlə yanaşı həm də həqarətə hazır olmaq deməkdir.

***

Qeydimizə qalan insanlar çox nadir halda bunu bizim istədiyimiz kimi edirlər, amma şikətyətlənmək günah olar. Bunun özü də az şey deyil.

***

Bir başqa ziyarətimizdə o, mənə boş və amansız təsir bağışlayan cümlə işlətdi: “Xərçəng xəstələrinin hamısının hekayəsi bir-birinə oxşayır”.

***

Ölüm şərtləri qismən də olsa insanın necə yaşadığını əks etdirə bilərmi?

***

Ağzımda qarşılıqlı yalanın səbəb olduğu acıtəhər dad qaldı.

***

Hər bir uşaq son dərəcə dəqiq seysmoqrafdır.

Tərcümə: Lamiyə Göycəyeva

3.5 (69.23%) 13 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram