Tomas Hardinin (1840—1928) bu romanının əsas mövzusu gözəl sima və hissiyyatlı ürəyə malik bir qızın kədərli taleyidir. Lənətlənmiş Tess qüdrətli əcdadlarının günahlarını yumağa məhkum edilir. Doğmalarına görə həyatını fəda etməyə hazır olan bu qız insani keyfiyyətlərə kobud qəsdə etiraz edir və cinayət törətməli olur.
Karandaşın izi ilə
Başqalarının heç nə düşünmədikləri halda onların nə düşündüyünü güman etmək lazım deyil.
***
Tovlanmış hər-hansı namuslu bir insanın gözündən sarğı düşəndə çox vaxt qəddar olur.
***
O, bunda dərs deyil, barışmalı olduğu tale zərbəsi görürdü.
***
Tess daxilində arzularla isinmiş həyatın necə döyündüyünü hiss edirdi. Bəlkə də o, xatirələrin olmadığı dünyanın hər-hansı bir guşəsində xoşbəxt yaşaya bilərdi.
***
“Hələ ki, həyat var, ümid də var” – sevimli nəzəriyyəçilərin bizə yeritmək istədikləri bu inam aldananlara bir o qədər də lazım deyil.
***
O özünü Məsumluq səltənətinə soxulmuş Günah mücəssəməsi hesab edirdi.
***
Qadın gündəlik həyatda olduğu kimi təbiətin fonunda yalnız təsadüfi əşya deyil, onun ayrılmaz hissəsinə çevriləndə füsunkarlıq qazanır.
***
Əvvəl rəhmli dünya idi, indi maraqsız pantomima.
***
Kədəri dərk etmiş hər kəsə görə gözəllik, əşyanın özündə deyil, onun ifadə etdiyi şeydə gizlənmişdir.
***
Sanki günlər çoxluğu – səhərlər – bir cərgəyə düzülüb. Birinci səhər – ən böyük və aydın görünəndir; və sonrakılar bizdən olan məsafəyə görə daha çox kiçilir və kiçilir; və onların hər biri zəhmli və zalımdır. Və sanki deyirlər :”Mən gəlirəm! Özünü məndən qoru! Qoru!”
***
Ağıllandıqca daha çox fərqli insan tapırsan. Adi adam insanlardakı fərqə fikir vermir. Paskal
***
Klerin məhəbbəti gündəlik həyat üçün həqiqətən çox dini idi. Daha çox göylərə aid idi. Belələrinə sevdiklərinin yoxluğu varlığından daha çox lazımdır. Zira ayrılıq çağı real çatışmamazlıqlardan məhrum ideal obraz yaranır.
***
Rocer Etem deyir ki, uzun müddətli sərsərilikdən sonra təcrübə vasitəsilə qısa yol tapırıq. Tez-tez belə çox çəkən sərsərilik səyahəti davam etdirmək imkanından məhrum edir, – onda təcrübəmizin nə faydası?
***
Elə bu kifayətdir ki, verilmiş halda, milyonlarla başqa hallarda olduğu kimi, bir tamın iki yarısı lazımi anda rastlaşmadı, – hər ikisi gec oluncaya qədər axmaqcasına yer üzündə dolaşdı. Bu təəssüfə layiq gecikmənin nəticəsində hekayəmizi təşkil edən təəccüb, narahatlıq, peşmanlıq, bədbəxtlik və qəzalar baş verdi.
***
Bu görüşün mənasını başa düşsəydi, soruşa bilərdi: niyə həmin gün hər mənada ləyaqətli və layiqli adamın yox, pis adamın seçim və maraq dairəsinə düşdü; və niyə həmin vaxt o digəri üçün keçici yarıunudulmuş xatirədən başqa bir şey olmadı?
***
Nadir halda insan çağırışı eşidir, sevilməsi gərəkən çox gec gəlib çıxır. Təbiət elə də tez-tez yaratdığı yazıq bəndəsini görüb xoşbəxtliyi tapanda – “Bax!” demir. Yaxud vücudun “Harda?” fəryadına “Burda” deyə cavab vermir. Və bu gizlənqaç darıxdırıcı, bezdirici oyuna çevrilənə kimi belə də davam edir.
***
Niyə bu füsunkar, hörümçək toru kimi hissiyyatlı, qar kimi saf qadın ruhu damğa gəzdirməyə məhkum oldu? Min illər boyu bizə, ahəngdarlığa, həsrət qalanlara mücərrəd fəlsəfə izah edə bilmədi: niyə tez-tez kobudluq gözəlliyə qalib gəlir, niyə yaxşı qadına nalayiq kişi sahiblənir?
***
O belə biri idi. Robert Santın sözləri ilə desək, “öz məhvinə aşiq olmuşdu”. Xəyal şimşək kimi ani çaxdı – yenə soyuq, bir dəqiqəlik acizliyə tənə edən idrak öz yerini tutdu; öz qürurunun mənasızlığından dəhşətə gəlib, yenə öz biganəliyinə qapıldı.
Tərcümə: Lamiyə Göycəyeva