Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Sara Eddison Allen “Şəkər kraliçası”

Annotasiya

“Şəkər kraliçası” (ingiliscə “The Sugar Queen”) – amerikalı yazıçı Sara Eddison Allenin “chick-lit” janrında qələmə aldığı və 2008-ci ildə işıq üzü görən romanıdır.

Cozi Sirrini zalım anası ilə kiçik kurort şəhərində yaşayır. O, səyahətlər və macəralarla dolu həyat arzusundadır. Dost-tanışı olmayan bu utancaq qızın boz həyatını gözəlləşdirən yeganə şey paltar şkafında gizlətdiyi şirniyyat və məhəbbət romanlarıdır. Günlərin bir günü şkafının qapısını açan Cozi orada qəsəbədə tez-tez qalmaqal salan Della Li Barker adlı qadının oturduğunu görür. Və həmin andan etibarən Cozinin sakit həyatı inanılmaz məcraya sürüklənir.

Karandaşın izi ilə

Cazibədar anaların onlar qədər gözəl olmayan qızları üzərində müəyyən hökmü olur.

***

Əyləncəli hekayə ilə başını qatmaq və ya kart fokuslarını öyrənmək istədikdə kitablar yaxşı vasitədir. Bəs onların əsl mahiyyəti nədən ibarətdir? Axı bu, sadəcə kağız, sap və yapışqandan ibarət bir şeydir. Onlar duyğuları oyadırlar, bu səbəbdən insanlar onlarla aralarında yaxınlıq hiss edirlər. Lakin kitabların özləri hiss edə bilmirlər. Onlar xəyanətin nə olduğunu bilmirlər. Onlar ağrı hiss edə bilmirlər.

***

Başqa seçiminin olmadığını düşündüyün üçün, təkcə buna görə bağışlamaq olmaz. Bu, artıq əfv deyil, təslim olmaqdır.

***

Heysiyyətini bir kənara atdınmı, heç vaxt etməyəcəyini düşündüyün bəzi şeyləri necə asanlıqla etməyə başladığını görüb təəccüblənəcəksən.

***

Düzgün münasibət qurmağın qaydasını başa düşmək üçün yanlış münasibət qurmağın qaydasını bilmək lazımdır.

***

– Heç aşiq olmusan?

– Yox.

– Kitab oxumaqdan xoşun gəlir?

– Elə də yox.

– Heç buradan getmək, tətilə çıxmaq istəmisən? Okeanı görmək istəmisən?

– Sən mənə pis təsir edirsən.

***

Ancaq nə qədər əsəbiləşsə də, Marko həyat yoldaşını sındıra bilmədi. Qar kraliçaları sınmır. Onları yalnız əritmək olur, bunun üçün də Markoda kifayət qədər istilik yox idi.

***

Kitablar insanlar üzərində gücə sahib ola bilir, düzdür? Elə olur ki, kitab mağazasında gəzirsən və hansısa bir kitab özü sənin əlinə düşür. Bəzən kitabda yazılanlar sənin həyatını alt-üst edir, bəzən isə onu oxumağa belə ehtiyac olmur. Sadəcə həmin kitabın evində olması xoş hisslər yaşadır. Bu kitablardan çoxunun qatını heç açmamışıq. Qızımız təəccüblənir ki, niyə oxumadığımız kitabları da alırıq? Bu, tək yaşayan adamdan niyə pişik saxladığını soruşmağa oxşayır. Əlbəttə ki, yoldaşlıq üçün.

 

Tərcümə: Lamiyə Göycəyeva

1.5 (30%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram