Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Culi Keplin “Kopenhagendə balaca kafe”

Annotasiya

“Kopenhagendə balaca kafe” (ingiliscə “The Little Cafe in Copenhagen“) – yazıçı Culi Keplinin “Romantik qaçış” seriyasının birinci kitabıdır. Keplin uzun illər lyuks brendlərin piar agenti kimi fəaliyyət göstərib, tez-tez jurnalistlərlə Avropanın müxtəlif şəhərlərinə press-turlar təşkil edib. Məhz bu təcrübəsi onu “Romantik qaçış” seriyasını qələmə almağa ilhamlandırıb.

Keyt Sinkler Londonun ən məşhur reklam agentliklərindən birində işləyir. Bir gün o, rəhbərlikdən tapşırıq alır: beş jurnalistlə Kopenhagenə tur təşkil etməli və onları hyuqqa həyat tərzi ilə tanış etməlidir. Lakin Keytin özünə də tale sürpriz hazırlayıb. Kopenhagen onun üçün vacib bir yerə çevrilir: o, burada keçmişi ilə vidalaşır, həyatının məhəbbətini tapır, etibar etməyi və özünə inanmağı öyrənir.

Karandaşın izi ilə

– Kitab kiçik şeylərin həyatımızı yaxşılaşdırmasından bəhs edir. Məsələn, şamlar. Onlar evi daha rahat bir yerə çevirməyə kömək etməlidirlər.

– Amma bu, işə yaramır.

– Bilirəm. Divardakı göy rəngli kif mane olur.

***

Psixoloqlar sübut ediblər ki, gözəl bir şeyə baxmaq insanları daha xoşbəxt edir.

***

Qəhvə hazırlaya bilən adam işsiz qalmaz.

***

– Hyuqqa haqqında artıq eşitmisiniz?

– Bu, həyatın sadə anlarından həzz almaq istəyi və həzz almaq bacarığıdır. Məsələn, öz əllərinlə bulka bişirmək, bir fincan qəhvə hazırlamaq və hər tikəsindən dad ala-ala dincəlməkdir. Və aldığın hər kaloriyə görə vicdan əzabı çəkməməkdir.

***

Skandinaviyanın qaranlıq və uzun qış ayları ilə tanış olmayan insana hyuqqanın nə olduğunu izah etmək çox çətindir. Qış ayları bizim milli ruhumuzda öz izini qoyub.

Xüsusilə qışda evdə çox vaxt keçiririk. Ona görə bu illər ərzində evlərimizi dincələ biləcəyimiz, özümüzün və başqaların qeydinə qala biləcəyimiz, bizə əziz olan insanları razı sala biləcəyimiz təkrarolunmaz bir yerə çevirmək imkanı əldə etmişik.

***

Bir insanın əsl üzünü görmək istəyirsənsə, yolda düşən dava-dalaşdan yaxşı nə ola bilər?!

***

Vacib olan haradan gəldiyin deyil, hara getdiyindir.

***

Tələsmək lazım deyil. Bu, sərf etdiyin vaxta dəyər… qayğı görünməlidir. İnsanlar qayğını görəndə gözləməyə də razıdırlar.

***

Səhvlərin ən yaxşı cəhəti odur ki, onları düzəltmək mümkündür.

***

Yeni lifçik-tuman dəsti insanın özünə inamını necə artırır…

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram