Annotasiya
“Klara və günəş” (ingiliscə ” Klara and the Sun”) Nobel mükafatı laureatı, britaniyalı yazıçı Kazuo İşiquronun sayca səkkizinci əsəridir. 2021-ci ildə işıq üzü görən roman distopik-fantastik janrda qələmə alınıb. Müəllif dəyişən dünyamıza Süni İntellektin gözü ilə baxmağı təklif edir və bütün süjet boyu aşağıdakı fundamental suala cavab tapmağa çalışır: sevmək nə deməkdir?
Karandaşın izi ilə
Bəzən… xüsusi anlar olur. Onda həm sevinci hiss edirsən, həm ağrını.
***
Bax, belə bir sualım var. İnsan ürəyinə inanırsan? Orqanı nəzərdə tutmuram. Poetik tərəfini deyirəm. İnsan qəlbi. Səncə, o var? Bizi xüsusi və təkrarolunmaz edən şey.
***
Günəş həmişə bizə gəlib çatmağın bir yolunu tapır.
***
Uşaqlar hərdən adamı incidə bilirlər. Onların fikrincə, bir halda ki, sən böyüksək, onda səni heç nə incidə bilməz.
***
Cənab Kapaldi hesab edirdi ki, Cozidə ümumiyyətlə xüsusi bir şey yoxdur – davam etməyən şey. O, anama dedi ki, dayanmadan axtarıb və heç nə tapmayıb. Ancaq mən indi fikirləşirəm ki, o, lazım olan yerdə axtarmayıb. Nəsə xüsusi bir şey var idi, lakin bu, Cozinin içində deyildi. Bu, onu sevənlərin içində idi.
Tərcümə: Lamiyə Göycəyeva