Annotasiya
“Qum canavarı” (“Sandvargen“) – İsveç Uşaq Kitab Akademiyasının üzvü olan Osa Lindin “Qum canavarı” silsiləsi həm uşaqlar, həm də valideynlər üçün nəzərdə tutulub. 2003 -cü ildə kitab “Nils Holgersson-plaketten” mükafatına layiq görülən kitab Zakarina adlı balaca qız və onun möcüzəvi müdrik dostu Qum canavarının başına gələn sərgüzəştlərdən bəhs edir.
Karandaşın izi ilə
– İndi vaxtım yoxdur, – atası dedi. – Bax, qəzet oxuyuram. O, qamaka uzanıb əlindəki qəzeti xışıldada-xışıldada açdı. Qəzet o qədər iri idi ki, atası onun arxasında görünməz oldu, təkcə ayaqları çöldə qaldı. “Nə cansıxıcı ayaqlardır!” – deyə Zakarina düşündü. – Yerimək və dənizə girmək istəməyən eybəcər ata ayaqları!”
***
– Mən də işləyirəm.
– Heç də elə deyil. Sən dinməzcə oturmusan!
– Əlbəttə, işləyirəm. Əlləşib-vuruşuram. İşləməkdən canım çıxır.
– Amma heç nə eləmirsən axı.
– Elədir ki, var. Heç nə eləmirəm. Mənim işimin adı elə “heç nə”dir, dünyanın ən ağır işidir.
***
Elə işin mənası da budur: qurtarandan sonra dincəlirsən.
***
– İndi başa düşdüm. Qançır təhlükəli bir şey etdikdən sonra aldığın medal kimidir, elə deyil?
– Medal? Elədir, bir növ qəhrəmanlıq medalı kimi.
***
Böyüklər daha böyümədiklərinə görə bunun necə bir hiss olduğunu artıq yaddan çıxarıblar.
***
İnsan görünmək istəməyəndə nəyinsə arxasında gizlənir. Bir kolun və ya bir qapının, ya da boşboğazlığın, mənasız sözlərin.
***
Bəziləri eşqə düşəndə qəribə olurlar. Tamamilə fərqli bir insana çevrilirlər, hətta tanınmaz olurlar. Qum canavarı onunla razılaşdı. “Düzdür, elə olur”, – dedi. Məhəbbət hər şeyi dəyişmək üzrə dünya çempionudur. Bapbalaca bir sevgi birdən-birə hər şeyi silkələyib başqa bir şeyə çevirməyə qadirdir.
***
– Bax belə. İndi o yekə balığı tuta bilərik.
– Doğrudan?
– Əlbəttə! Niyə təəccübləndin?
– Bir şeyi dərhal etməyəcəksənsə, “indi” demək olmaz.
– Düzdür. İnsan dediyini etməlidir.
***
– Nələr hiss etdiyini bilirəm.
– Yox, bilmirsən. Çünki qaşınan sən yox, mənəm.
***
– Birinin dost, yoxsa düşmən olduğunu hardan bilmək olar?
– Bu yemək kimi bir şeydir, gərək dadına baxasan.
– Axı bu mümkün deyil, insanların dadına baxmaq olmur.
– Amma gözlərinin içinə baxmaq olar. Onda hər şey məlum olacaq.
***
– Hə, elədir, lakin atam sənin bir uydurma olduğunu sanır.
– Zarafat edirsən? Doğrudan, elə fikirləşir? Mən uydurmaları çox sevirəm. Məgər sən sevmirsən?
– Amma uydurma həqiqət deyil axı.
– Necə yəni həqiqət deyil? Vacib olan hər şey həqiqətdir.
***
– Saat yalnız zamanı ölçə bilər, ancaq zamana hökm edə bilməz.
– Bəs onda zamana kim hökm edə bilər?
Qum canavarı zamana heç kəsin hökm edə bilməyəcəyini söylədi:
– Bu, mümkün deyil, çünki zaman çox yaşlı və böyükdür. Üstəlik də, çox qüdrətlidir! Dünyanın bütün şahlarından və dövlət başçılarından da güclüdür. Ona nə hökm eləmək, nə də onu dayandırmaq mümkündür.
***
– Axı onun iti də var idi.
canavarı başı ilə təsdiq etdi və dedi ki, oğruların da hər şeyi ola bilər. Onlar da ad günlərini qeyd edir, onlar da şam yeməyində fəsəli yeyirlər. Hətta üzərində kiçik bənövşəyi xətlər olan mavi qalstuk da taxırlar. Bəzilərinin hətta dişləri də ağrıyır.
– Bəs onda nə üçün oğurluq edirlər? Məgər oğurluğun qadağan olunduğundan xəbərləri yoxdur? Zakarinaya tərs-tərs baxan qum canavarı güldü. İnsanların bu dünyada tanıdığı ən əcaib varlıqlar olduğunu bildirdi. Bəzən onlar möhtəşəm məxluqlar olurlar, məsələn, moruq cemi hazırlayır, mahnı oxuyur, uşaqları ilə gizlənqaç oynayırlar.
– Lakin bəzən…bəzən onlar bir-birlərinə qarşı çox qəddar davranırlar. – qum canavarı dilləndi.
– Hə, məsələn, bəzən bir-birilərinin velosipedlərini oğurlayırlar.
***
Elə evə qayıtmaq üçün evdən qaçırlar.
***
– Necə də qəribədir!
– Nə? Üzə bilməməsi?
– Yoxxx! Necə basdırılmaq istədiyini deyə bilməməsi.
Qum canavarı başını tərpətdi. Elə ölülərlə bağlı əsas problem də budur… Sualları həmişə cavabsız qoyurlar.
***
– Oyunu ən yox, sən uddun axı?
– Hə, elədir. Elə ona görə də mükafat sənə çatmalıdır.
– Niyə ki?
– Əlbəttə, uduzduğun üçün!
– Tam əksi olmur? Mükafat qalibə düşmür?
– Bu heç ədalətli deyil axı!
– Nə üçün?
– Çünki mən onsuz da özümü xoşbəxt hiss edirəm. Mükafata ehtiyacım yoxdur.
Tərcümə: Vüsalə Əfəndiyeva