Annotasiya
“Rozi layihəsi” (ingiliscə “The Rosie Project“) – avtraliyalı yazıçı Qrem Simsionun 2013-cü ildə işıq üzü görən romanıdır.
Əsərin baş qəhrəmanı Don Tillman gənc və uğurlu genetikdir, lakin qadınlarla münasibəti heç cürə alınmır. Birinci görüşləri nəticəsiz qalan professor məsələyə elmi yanaşmaq qərarına gəlir: 30 sualdan ibarət, anket formatında “Arvad” layihəsini tərtib edir. Məqsəd uyğun gəlməyən namizədləri ələyib, ideal qadını tapmaqdır. İdeal namizəd siqaret çəkməməli, punktual olmalı, idman azarkeşi olmamalıdır… Ancaq Rozi Cerman siqaretin küpünə girir, görüşlərə gecikir, qatı idman azarkeşidir, bütün bunlar azmış kimi barda işləyir.
Karandaşın izi ilə
Qaydaları pozmaq istəmirsinizsə, həmin qaydaları dəyişin.
***
İnsanın veqan olub-olmadığını necə öyrənmək olar? On dəqiqə gözlə, özü deyəcək.
***
— Bəlkə, iki nəfərə bir taksi çağıraq? – Rozi təklif etdi.
Faydalı qazıntılara bu cür qənaət ideyası ağlıma batdı.
***
– Onu rədd etmək üçün heç bir səbəbim yox idi.
– Əgər tutuquşu ilə evlənmək istəmirdinsə…
***
— Don, səndən bir şey soruşa bilərəm?
— Təkcə bir şey.
— Məni cazibədar hesab edirsən?
— Düzünə qalsa, fikir verməmişəm, – dünyanın ən gözəl qadınına dedim.
***
Bilirsən, Nyu Yorkun nəyini xoşlayıram? Burada o qədər başdanxarab var ki, heç kimə fikir vermirlər. Hamımız birlikdə şad-xürrəm ömür sürürük.
***
Kainatın yaşı həqiqətən həyatımızın, tarixi hadisələrin və ya Co Dimacionun “ulduz anı”nın əhəmiyyətini azaldır.
***
— Gör e, tək bir məqsəd üçün – xarici görünüşü dəyişmək üçün bədənə sintetik maddələr yeridirlər.
— Sənin əlli beş, sevgilinin qırx beş yaşı olanda, ola bilsin, fikrin dəyişdi.
— Sən ki feministsən. — Bu o demək deyil ki, eybəcər görünmək istəyirəm.
— Xarici görünüşün partnyorunun sənə olan münasibətinə təsir göstərməməlidir.
— Nə qoyub, nə axtarırsan.
***
Məktəb vaxtı təlxək obrazım öz-özünə yaranmışdı, ancaq sonra bilərəkdən həmin obrazı istifadə edirdim.
***
İsa əxlaqsız qadını daş-qalaq edən qəzəbli kütləyə müraciət edərək deyir: “Birinci daşı, qoy, günahsız olanınız atsın”. Qələbəliyin içindən bədbəxt qadının üstünə daş gəlir. İsa dönüb deyir: “Ana, neçə dəfə səndən xahiş etmişəm!”
***
Hələ onun kabinetinə gedərkən anladım ki, ümumi kütlə ilə qaynayıb-qarışmaq mənlik deyil. Sonrakı altı il üçün alnıma məktəb təlxəyi olmaq yazılmışdı.
…
Tez-tez həmin günü yada salırdım. Onda mənə elə gəlirdi ki, yeni yerə və yeni insanlara uyğunlaşmaq üçün rasional qərar vermişdim. Ancaq yaşa dolduqca anladım ki, həmin qərar hakimiyyət institutuna olan qəzəbimdən irəli gəlirdi – bütün arqumentlərdən üstün olan qəzəbimdən.
***
Hərəkətinizin başqa bir insana necə təsir edəcəyini heç vaxt bilə bilməzsiniz.
***
Başa düşəndə ki, ömrünüzün qalan hissəsini bir insanla keçirmək istəyirsiniz, onda ömrünüzün qalan hissəsinin mümkün qədər tez başlamasını istəyirsiniz.
***
Nə etmək olar, mənə sevmək qabiliyyəti verilməyib. Ancaq yalandan özünü sevirmiş kimi göstərmək bundan qat-qat daha pisdir.
Tərcümə: Lamiyə Göycəyeva