Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Emma Donohyu “Möcüzə”

Annotasiya

“Möcüzə” (ingiliscə “The Wonder“) – irland-kanadalı yazıçı Emma Donohyunun 2016-cı ildə çapdan çıxan romanıdır. Əsərdəki hadisələr XIX əsrdə, katolik bir irland kəndində baş verir.

Dörd aydır yemək qəbulun imtina edən, ancaq bununla belə kifayət qədər sağlam və gümrah görünən on bir yaşlı Anna xalq arasında “möcüzə” hesab edilməyə başlayır. İnsanlar nicat tapmaq üçün axın-axın onun evinə gəlirlər. Məsələyə aydınlıq gətirmək istəyən qəsəbə komitəsi iki tibb bacısına iki həftə ərzində uşağa nəzarət etməyi tapşırır. Elə hadisə də bu tibb bacılarından biri – Lib Raytın dili ilə nəql olunur. Onlar nə ilə qarşı-qarşıyadırlar? Qeyri-sağlam sensasiya yanğısı, yoxsa əsl möcüzə inamı ilə?

Karandaşın izi ilə

Bir şeyi heç kim başa düşmürdü ki, bəzən insanların həyatını xilas eymək tualeti təmizləməkdən də asılı ola bilər.

***

Sahildə hərəkətsiz dayanmaqdansa dalğalar qoynunda boğulmaq yaxşıdır.

***

Bəşəriyyətin yerdə qalan hissəsi yaşadığı günü hissələrə bölmək üçün qida qəbulundan istifadə edir. Bu həm mükafatdır, həm də əyləncə – yəni insanın daxilindəki saatın tıqqıltısına verilən cavabdır…

***

İnsan sadəlövlüyünün həddi-hüdudu yox imiş, ələlxüsus da ondakı bu bacarıq əyalət cəhaləti ilə birləşəndə.

***

Təbii ki, böyüklər də bəzən həyəsızcasına yalan danışırlar, xüsusən də özləri haqqında. Lib təcrübəsindən bilirdi ki, dükanda satıcını bir abbasında belə aldada bilməyənlər gopa basıb brendi içdiklərini, kimlərinsə otağına girdiklərini, orada nələrsə etdiklərini danışırlar. Bədənlərini korsetə güclə soxuşduran qızlar ta ki sancıları başlayan ana qədər öz düşdükləri vəziyyəti necə inkar edirlər… Ərlər bütün müqəddəslərə necə and içirlər ki, arvadlarının dağılmış sifətləri qətiyyən onların əməlləri deyil. Hər insan özlüyündə bir sirr dağarcığıdır.

***

Lib xatırladı ki, onun üçün də uşaqlıqda doğmalarının olması kəndin ətrafını bürüyən dağların varlığı kimi zəruri və qaçılmaz görünürdü. Uşaq təsəvvür edə bilmir ki, aradan illər keçdikcə o, hüdudsuz bir sərhədsizlik içinə düşə bilir.

***

– Ağıl bədəni aldada bilər. İnsana qaşınma haqqında fikirləşmək yetər ki, qaşınmaya başlasın. Ya da əsnəmək haqqında…

***

Pərilər üçün süd, yanğından və daşqından qorunmaq üçün mum halqaları, hava ilə yaşayan qızlar…

***

Üç qaşığımız vardı, amma yüz yaralını yedirməli idik. Hansısa bufetdə ehtiyat qaşıq olduğuna dair söz-söhbət gəzirdi, amma biz tapmırdıq. Axırda miss Naytingel öz pul kisəsini verib məni yüz qaşıq almaq üçün bazara göndərdi.

Bu tapşırıq üçün seçilməsi onun üçün yaxasına taxılan medaldan daha şərəfli idi.

***

Orada quyu-filan yoxdur, balaca bir gölməçə var, vəssalam.- Lib suyun qatran qoxusunu xatırladı. “Bəlkə, onun dezinfeksiyaedici xüsusiyyətləri var?” – deyə düşündü. Ancaq qərara gəldi ki, yenə də xurafatla dolu inanclarda elmi əsas axtarmaq lazım deyil.
– Bəs o əsgilər nə üçündür? Bir növ, sədəqə kimi bir şeydir?
– Onları suya batırırlar, yaraya və ya bədənin ağrıyan hansısa yerinə sarıyırlar,- Anna cavab verdi. – Sonra da ağaca bağlayırlar, başa düşürsünüz? – (Lib başını buladı) – Yəni… Xəstəlik əsgidə qalır. Onlar çürüdükcə sizi narahat edən ağrılarınız da yox olmağa başalayır.

***

“Bu insanlar müşahidənin ikinci həftəsində bayram haqqında necə düşünə bilirdilər axı? Görəsən, bu o deməkdir ki, vicdanları təmizdir, – Lib düşündü – Yoxsa, onlar daşürəkli qulyabanıdırlar?”

***

Kasıblar günlük həyat yaşayırlar, elə deyil? Yoxsa, həyatlarını idarə edə bilmədiklərindən gələcək haqqında düşünmədən artıq nigarançılıqlardan qaçmağımı öyrənirdilər?

***

İnsan üçün itirdiklərinin özündən çox, bu təcrübəni yaşamaq, uğursuzluğa düçar olub hər şeyi yenidən başlamağın mümkün olduğunu başa düşmək vacibdir.

***

Tanrı öz ardıcıllarının axmaqlığında təqsirkar deyil. Tanrının bizdən tələb etdiyi tək şey yaşamaqdır.

***

Yaxşı tibb bacıları qaydalara əməl edirlər. Ən yaxşı tibb bacıları isə onları nə zaman pozmaq lazım olduğunu bilənlərdir.

***

Sənin vücudun – hər bir vücud – bir möcüzədir. Yaradılışın möcüzədir.

***

Ona yardım et. Lib birdən ayıldı ki, inanmadığı Tanrıya dua edir. Mənə yardım elə. Cavabında yalnız səssizlik eşitdi.

***

Biz irlandlara ən xas xüsusiyyət itaətkarlıqdır. Ya da başqa sözlə desək fatalizm.

***

Ümumiyyətlə, baxışlarla, jestlərlə kişini təhrik edən – yaxşı nə olur, olsun – həmişə qadın hesab edilmirmi?

***

Tale üzsüz, həyat zalım, axmaq bir adamın danışdığı əhvalat idi…

***

Ancaq bəzən tədris müəllimin təsəvvür etdiyindən daha çox mənanı özündə ehtiva edir.

***

…torpağı eşələyən toyuğa təpik atan keşiş ayaq saxladı.

***

Məgər valideynlik möcüzə gözləmək əvəzinə, hər nə olursa olsun, doğru və ya yanlış – nəsə etmək deyilmi?

***

Məsuliyyəti öz üzərinə götürərək uşağı isti qaranlıqdan yeni həyatın qorxunc parlaqlığına çıxarmaq da analıq vəzifəsidir.

Tərcümə: İmanyar Quliyev

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram