Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Muriel Spark “Miss Brodinin ömrünün baharı”

Annotasiya

“Miss Brodinin ömrünün baharı” (ingiliscə “The Prime of Miss Jean Brodie“) – müasir klassik ədəbiyyatın görkəmli nümayəndələrindən biri Muriel Sparkın 1961-ci ildə çapdan çıxmış və müəllifə dünya şöhrəti gətirən romanıdır.

Əsər oxucunu Edinburqun sirli küçələrinə və otuzuncu illərin ideoloji qarışıqlığına aparır. Konservativ qızlar məktəbinin yenilikçi müəllimi Miss Brodi altı şagirdini digərlərindən ayırıb öz təsir dairəsinə salır, amma şagirdlərinə aşıladığı fikirlərin nə ilə nəticələnəcəyindən xəbərsizdir.

Karandaşın izi ilə

Yadınızda saxlayın, qızlar, ömrünüzün bahar dönəmini tanımağınız çox vacibdir.

***

“Təhlükəsizlik hər şeydən vacibdir” şüarına inanır. Amma təhlükəsizlik hər şeydən vacib deyil, Yaxşılıq, Həqiqət və Gözəllik, bax bunlardır hər şeydən vacib olan.

***

Bu, qızlara Miss Brodinin digər müəllimlərdən fərqli olduğunu göstərən ilk hadisə idi. Bəziləri isə ilk dəfə onda dərk etdi ki, böyüklərin dünyasında kiplənib qalmış insanlar bir-birindən tamamilə fərqli ola bilərmişlər.

***

– Miss Brodi deyir ki, ömrünün baharı ən yaxşı illəridir.
– Hə, amma o, ata-anamız kimi evli deyil.
– Onların baharı olmur.

***

Qızlar, üzünüzə soyuqqanlı ifadə verməyi öyrənməlisiniz. Soyuqqanlı görünə bilmək qadının ən önəmli bacarığıdır, istər pis anında, istər yaxşı. Hamınız Mona Lizaya baxın.

***

İncəsənət elmdən üstündür. İncəsənət həmişə elmdən öncə gəlir.

***

Birdən Sendinin ağlından Meri Makqreqora qarşı xoş davranmaq keçdi. Onu günahlandırmaq əvəzinə yaxşı davranmağın verə biləcəyi xoş duyğuları düşündü.

Daha sonra Meriyə yaxşı davranmaq istəyi onu qorxuya salmışdı, bunu etsəydi, özünü qrupun digər üzvlərindən ayırmış olardı və Meridən də tənha və hər şeydə günahkar vəziyyətə salardı.
– Əgər Cenni burda olsaydı, heç vaxt səninlə yanaşı getməzdim, – dedi.
– Bilirəm,- Meri cavab verdi.

***

Yeniyetməlik illərində nəyin təsirinə düşəcəyiniz çox önəmlidir.

***

“Təhsil” sözü ərəb dilində “hasil” sözü ilə eyniköklüdür. Mənası isə bir şeyi yetişdirib ortaya çıxarmaqdır. Mənim üçün təhsil şagirdlərimin qəlbindəkini yetişdirib ortaya çıxarmaqdır. Miss Mekkey üçün isə təhsil içinizdə olmayan şeylərlə sizi doldurmaqdır. Mənə görə bu təhsil deyil, müdaxilədir, ərəb dilində “daxil” sözü ilə eyni kökdən. Miss Mekkeyin təlim metodu şagirdlərin beynini çoxlu informasiya ilə doldurmaqdan ibarətdir; mənimkisi bilgini hasil etməkdən və bu, sözün kökündə deyildiyi kimi, əsl təhsildir.

***

Küçənin bir hissəsində kişilər uzun cərgə ilə növbədə durmuşdular, hamısı yaxalıqsız idi və köhnə pencəklər geyinmişdilər. Bu kişilər uca səslə danışır, yerə tüpürür və baş barmaq orta barmaq arasında tutduqları siqaret kötüklərini tüstülədirdilər.

– Bunlar avaralardır.
– İngiltərədə bu insanlara işsizlər deyirlər.

***

Otuzuncu illərdə onun kimi qadınların sayı-hesabı yox idi: müharibədə sevdiklərini itirən evdəqalmış qızlar başlarını incəsənət, sosial yardım, təhsil, ya da dində yeni ideyaların kəşfi və bu qəbildən fəal işlərə qatırdılar. Edinburqun bu cür çağdaş qadınları adətən məktəblərdə müəllimlik eləmirdilər.

***

Dostlarımla birlikdə Papanın görüşündə də oldum. Dostlarım onun üzüyündən öpdü, mənsə təkcə təzim etməyi uğun saydım.

***

Gəl çıx, ey qızılı payız, gözlətmə yolunu Ey canını tapşıran təbiət, isit ruhumu.

***

Bu təpəliklər başdan-ayağa həmişəyaşıl ağaclarla örtülmüşdü və elə çılpaq, elə solğun görünürdülər ki, sanki müharibədə belə itirəcək bir şeyləri yox idi.

***

İnsanlar özlərini həddindən artıq günahkar hiss edəndə ağlasığmaz əməllər törədirlər, onun ağlasığmaz əməlləri isə özünü həddən artıq günahsız hiss etməsi ucbatından idi.

***

Etiraz etmək əvəzinə ancaq gülümsəyən adamı razı salmaq mümkün deyil.

***

Dələduza baş qoşmağı axmaqla vaxt itirməkdən üstün tuturam.

***

Heç nə insanın əsəblərini öz içindəki mənəviyyatsızlıq qədər yormur.

***

Monika onun kömək edə biləcəyini ağlına gətirməmişdi. O, Sendini uzun illərdi tanıyırdı, köhnə tanışlar istəsələr də, insana kömək edə bilməzdilər.

***

Həqiqət uydurmadan daha qəribə ola bilir.

***

Ancaq sədaqətin olduğu yerdə xəyanət mümkün olar.

Tərcümə: Nərmin Rzazadə

2.1 (42.86%) 7 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram