Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nikolay Qoqol “Şinel”

Annotasiya

“Şinel” (rus. “Шинель“) – Nikolay Qoqolun 1842-ci ildə nəşr olunan qısa hekayəsidir.

Əsərdə hadisələr Akaki Akakiyeviç adlı dövlət məmurunun ətrafında cərəyan edir.

Akakiyeviç kiçik dövlət məmurudur, sənədlərin üzünü köçürməklə məşğuldur. Tez-tez iş yoldaşlarının lağ obyektinə çevrilir. Günlərin bir günü o, paltosunun bir neçə yerdən süzüldüyünü görür. Dərziyə müraciət edir. Köhnə şineli yamamaq mümkün olmadığından yenisini tikdirmək qənaətinə gəlirlər. Buna isə Akakinin maddi imkanı çatmır. O, məcbur qalıb bəzi xərclərini azaltmalı olur. Nəhayət, şinel hazır olur. Ancaq bu sadə məmurun sevinci uzun çəkmir: bir gün qonaqlıqdan qayıdanda qaranlıq tində onun təzə paltosunu oğurlayırlar…

Karandaşın izi ilə

Dünyada heç kim departamentlərdə, polklarda, dəftərxanalarda çalışan, bir sözlə, vəzifəli şəxslər qədər əsəbi deyil.

***

Ali təbəqə haqqında heç bir rusun əsla imtina eləmədiyi qeybətə qurşananda…

***

O, indi elə bil qarşısına qoyduğu məqsədi qəti olaraq aydınlaşdırğı üçün bir qədər dirçəlmiş, hətta xarakteri də sərtləşmişdi.

***

Heç kimin qorunmadığı, heç kəsə əziz və maraqlı olmayan, hətta sancağın ucuna milçək keçirib mikroskop altında müşahidə edən bir təbiətşünasın belə diqqətini çəkməyən bir varlıq yox oldu, qeybə çəkildi. Elə bir varlıq ki, dəftərxanadakı rişxəndlərə itaətkarlıqla dözürdü; məzara getməsi hansısa fövqəladə bir iş ucbatından baş veməmişdi; ömrünün lap sonuna təsadüf etsə də, miskin həyatında zühur edib ömrünü bir neçə anlığa işıqlandıran şinel şəklində bir qonağı olmuşdu onun.

***

Ancaq ailəsindəki mehribanlıqdan tamamilə məmnun qalan bu mötəbər şəxs şəhərin başqa yerində yaxınlıq etmək üçün bir məşuqə saxlamağı da lazım bilirdi. Bu məşuqə isə heç də arvadından yaraşıqlı və cavan deyildi; amma dünyada elə şeylər var ki, onlar haqda mühakimə yürütmək bizim işimiz deyil.

Tərcümə: Zahid Sarıtorpaq

4.4 (87.5%) 8 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram