Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Meggi O’Farrel “Esme Lennoksun yoxa çıxması”

Annotasiya

“Esme Lennoksun yoxa çıxması” (ingiliscə “The Vanishing Act of Esme Lennox“) – Şimali İrlandiya yazıçısı Meggi O’Farrell tərəfindən qələmə alınan və 2006-cı ildə nəşr olunan, üç nəsil şotland ailəsini əhatə edən romandır.

Günlərin bir günü Ayris psixoloji dispanserdən telefon zəngi alır. Ona verilən məlumata əsasən, dispanserin yaşlı sakinlərindən biri onun yaxın qohumudur və klinika bağlandığı üçün Ayris onun qəyyumu hesab edilir. Alsheymer xəstəliyindən əziyyət çəkən nənəsinin bacısı olduğunu öyrənən Ayris bu iki qoca qadının xatirələrini dinləyərək keçmişə boylanmalı və keçmişdə ailəsinin başına gələn dəhşətli hadisələrdən xəbərdar olmalı olur.

Karandaşın izi ilə

Böyük və əhəmiyyətli hər şey keçib gedir, yalnız sadə şey qalır – insan həyatının parçalarını birləşdirən saplar.

***

Diqqətinizi cəmləməlisiniz, yüksək səslə deyilən sözlərlə düşüncələrinizi çirkləndirməməlisiniz.

***

– Al qırmızı məxmərdən paltar tikdirmək istəyirəm.
– Əsla. Sən vəkil nəvəsisən, salon qadını deyilsən.

***

Şərab rəngli paltarı hazır olanda isə dedi ki, geyimlər heç vaxt təsəvvürümüzdəki kimi gözəl alınmır.

***

Həyatda bəxti sizdən daha az gətirmiş insanlara lağ etməyi yığışdırın.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram