Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Tea Ranno “Tramvaydakı oğlan”

Annotasiya

“Tramvaydakı oğlan” (italyanca “Un tram per la vita”) – italiyalı yazıçı Tea Rannonun 2023-cü ildə çapdan çıxan və real hadisələrə əsaslanan romanıdır.

1943-cü ildə yəhudiləri ölümə aparan onlarla qatar arasında yəhudi bir oğlanı həyata aparan tramvay olub. İkinci Dünya müharibəsi illərində Romada yaşayan, yəhudi əsilli Manue adlı on iki yaşlı oğlan anasının faşistlər tərəfindən həbs olunmasına şahid olur. Almanların əlindən qaçmağı bacaran balaca tramvayda gizlənir və üç gün sırf paytaxt sakinlərinin xeyirxahlığı hesabına həmin sığınacaqda sağ qalmağı bacarır.

Dəfələrlə italyan mediasında işıqlandırılan bu hadisə təsadüfən müəllifin diqqətini cəlb edir. Agentinin köməyi ilə “tramvaydakı oğlan”la əlaqə saxlayan Tea Ranno doxsan bir yaşlı qocanın xatirələrində keçmişə səyahət edir, onların sayəsində ən ağır və qorxulu dövrlərdə ümidin gücünə və sehrinə inanır.

Karandaşın izi ilə

Anam Nandonu qucağına alıb yırğalamaq istəyir, ancaq özünü saxlayır. Onun on dörd yaşı var, böyük kişidir, kişini qucağa almayazsan ki… Lakin Nando xəstələnəndən sonra sanki yenidən balaca oğlana çevrilib.

Nando xəstələnəndən biz – sağlam uşaqlar sanki onun üçün kölgəyə çevrilmişik. Bəzən anam donur və uzun-uzadı ona baxır, sanki ona yeni, sağlam bədən tikmək haqqında düşünür. Anam yaxşı tikir, paltarı elə yamayar ki, heç nə bilinmir.

***

Mənim devizim “Bacaran canını qurtarsın”dır. Mən də arzularla canımı qurtarıram, çünki arzulara dalıb həmişə haralarasa qaçmaq olur.

***

Necə düşünürsünüz, hüquqları olmayan insan insan olaraq qalır? … Hüquqları olmayan insanla ürəyin nə istəyir etmək olar.

***

On liraya dul qadından ərinin pencəyini alıb, qırx liraya satdığımı xatırlayıram. Alver yaxşı olmuşdu. İyirmi səkkiz liranı anama vermişdim, iki liranı özümə saxlamışdım (biri dondurmaya, biri kinoya), on liranı isə sabah yeni şeylər almaq üçün dala atdım. Kişi olmaq budur? Praktik şeylər haqqında düşünmək? Qorxuya boyun əyməmək?

***

Yemək yeyir və yaxşı şeylər haqqında düşünməyə çalışıram. İstəmirəm ki, kədər həyatımın bir hissəsi olsun, əsla! Ona görə nənəm yəhudilərin təqibindən danışanda həmişə qaçırdım. Ona görə hər fürsətdə gettodan uzaqlaşır, ətrafda gözəlliyin olduğu, açıq pəncərələrdən fortepiano səslərinin eşidildiyi varlı məhəllələrə gedirəm.

***

Əvvəl uşaq kimi yaşayır və siyasətlə maraqlanmırdım. İndi anlayıram ki, siyasət həyatın bir parçasıdır, əgər siyasətdən baş açmağa başlasan, həyatı da daha yaxşı başa düşəcəksən.

***

– Yadındadır, kral limuzinlə Veranoya gəlmişdi, camaat da onu daşa tutmuşdu?

– Belə şeyi yaddan çıxarmaq olar?! Qadınlar da çığırırdılar: “Müharibəni dayandırın, sülh, bizə sülh lazımdır…” Müharibə kişilərin iştirak etdiyi sallaqxanadır. Qadınlara heç kim qulaq asmır. Qadınlar anadır. Hər kəs onlara qulaq asmalıdır, axı onlar anadır, həm kişilərə, həm qadınlara həyatı onlar verirlər! Analara qulaq asmaq lazımdır!

***

Ölülərin siması, adı, hekayəsi olmadıqca onlar ölü dənizinin bir hissəsidir və sən demək olar bu ölümləri görmürsən. Elə ki sənə onların adını, kim olduqlarını, nə iş gördüklərini və niyə həlak olduqlarını deyirlər, onda ürəyində növbəti yara açılır.

***

Yəhudiləri ölümə aparan o qədər qatarın arasında on iki yaşlı oğlanı həyata aparan bir tramvay var idi.

***

Anam da bu qıfılda qalan qəpik kimi qəlbimdə qalmışdı. Ancaq mənim qəlbimi heç kim qıra bilməz.

***

Bəzi kitablar xüsusilə sevgi ilə yazılır, çünki yalnız sevgi səhifəni alovlandırıb, ona həqiqət gücü verən həmin yanacaq ola bilər.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram