“Smok Bellyu” (ingiliscə “Smoke Bellew”) – San-fransiskodan olan ədib və rəssamın qızılaxtarana çevrilməsindən bəhs edən, əsl dostluq və məhəbbət haqqında olan hekayə asan, əyləncəli və yumor hissi ilə təsvir olunub.
Karandaşın izi ilə
– Sənə nə olub? Rəngin avazayıb. Özündə deyilsən. Deyəsən, tezliklə səni basdırmaq şərəfinə layiq görüləcəm.
***
İnsan ətraf mühitin yetirməsidir.
***
– Sən ömrün boyu bircı sent belə qazanmamısan.
– Yox, qazanmışam, ancaq almamışam.
***
– Məni “azad rəssam” adlandırırdılar.
– Açıqca de: tənbəl.
– Hə, ədəb-ərkanla desək, təqribən eyni şeydir.
***
Böyük nəslimiz zəif övlad yetişdirib.
***
Başqaları bacarırsa, deməli, biz də bacararıq.
***
– Mənim atam, ser, sizinsə babanız, böyük İsaak Bellyu altmış doqquz yaşında bir yumruğu ilə bir adamı öldürmüşdü.
– Kimin altmış doqquz yaşı vardı? Ölənin?
– Yox, babanızın. İşəyaramaz avara. Sən altmış doqquz yaşında heç ağcaqanadı da öldürə bilməyəcəksən.
– Əmi, zəmanə dəyişib. İndi öldürməyə görə insanı həbsxanaya basırlar.
***
Yorğunluğun elə dəqiqələri olur ki, insan sivilizasiyanın ona öyrətdiyi hər şeyi unudur.
***
– Mən Allaha bütün hörmətimi itirirəm. İnsan cildində belə bir əclaf yaradıb.
– Əvəzində sənlə bütün planları alınıb. Sənə daha çox baxdıqca, yaradana bir o qədər hörmət edirəm.
***
Oyunda ən əsası oyundur, uduş deyil.
***
Bu, açıq-aşkar özünü məğlub elan edən bir insanın gülüşü idi.
***
Öz xoşbəxtliyinlə zarafat etmə!
***
Və ətraf bütün keçilməz zülmət divardır.
***
Yaxşıdır, ancaq bundan da yaxşı olur. (Spenser)
***
İnsan məğlub edilməyincə məğlub deyil.
***
– Sizin haqda o qədər eşitmişəm ki!
– Başa düşürəm, qəzetlərdə kriminal xəbərləri izləmisiniz.
***
İnsanın bədii ədəbiyyatla tanış olmaması çox pisdir.
***
Balaca dil-boğaza qoymayan pessimist çıxdı.
***
Qadını tanımaq bütün qadınsevməzlərin ruhi xəstə olduğunu başa düşməkdir. (Şopenhauer)
***
– Düzü, siz mənə qarşı boynunuza atılacaq qədər diqqətcil deyilsiniz.
– Qəfil səadətdən ürək partlaya bilər.
Tərcümə: Lamiyə Göycəyeva