“Qəsr” (almanca “Das Schloß”) – reallıqla xəyalın qəribə şəkildə birləşməsi ilə oxucuları ovsunlayan bu roman XX əsrin kult kitablarından biri hesab edilir. Romanın süjet xətti asan və eyni zamanda, kifayət qədər çətindir, ibrətli hekayə formasındadır, simvolik olaraq çoxmənalıdır. Bu əsəri həm bürokratik cəmiyyətə satira kimi, həm absurd elmi əsər kimi, həm də dini hekayə kimi izah etmək olar. Kafkanın “sürrealist” dünyasına baş vurmayınca bütün bu şərhlər mənasızdır. Daha çox “Qəsr”i antiutopik əsər kimi, totalitar cəmiyyətin təsviri, dövlətlə fərdin arasında baş verən münaqişə fonunda səciyyələndirirlər. Ancaq Kafka dünyaya uyğunlaşa bilməyən fərdin problemlərindən də danışır.
Karandaşın izi ilə
…mən sənin kimi düzünü deməyi, başçılara itaətimi etiraf etməyi bacarmıram.
***
…bizim kimi xırda adamlar adi qaydayla oturub dururuq, bunu bizə irad tutmaq olmaz.
***
…təsadüf də, maşallah, həmişə ağaların tərəfində olur.
***
– Mən onun aşnasıyam.
– Klammın aşnası? Onda sən mənim gözümdə ən hörmətli adamlardan birisən.
– Təkcə sizin gözünüzdə yox.
***
– İşə də “Körpüyə” meyxanasında tövlə süpürməklə başlamışam.
– Bu incə əllərlə?
– O vaxt buna fikir verən yox idi, lap elə indinin özündə də…
***
…gözlərinizdən keçmiş mübarizəni yox, gələcək savaşı oxumaq olur.
***
Aradan saatlar keçdi, birgə nəfəs, birgə ürək döyüntüsü ilə dolu saatlar. Elə saatlar ki, K. orada azıb özünü hələ indiyə qədər heç kəsin düşmədiyi bir qəriblikdə ki müəmmalı cazibədarlığın qarşısında insan acizlik çəkir, yoluna davam edir, getdikcə də azıb qalır.
***
Təkcə qarşısında duruş gətirə bilsəm, məni dindirməyi o qədər də vacib deyil, sözlərimin ona necə təsir etdiyini bilsəm, bəsimdir, lap təsir etməsə də, lap məni dinləməsə də, yenə uduram, ona görə ki, əzəmətli bir şəxsin qarşısında sərbəst danışa bilmişəm.
***
İnkar etmirəm, bəlkə, qanunları, qədim gələnəkləri pozub nəyəsə çatmaq mümkündür; mən hələ belə şey görməmişəm, amma deyilənə görə olur, bəlkə də. Lakin olanda da bu yolla olmur.
***
…icazənizlə qoyun mən də öz hədəmi, üstüörtülü olsa, deyim.
***
Naşı adam daha ürəkli olur.
***
Özünü elə aparır ki, guya səni tanımır, tanısa da, adam kimi tanımır. Məncə düz eləyir. Əsl məmur elə belə olmalıdır.
***
Belə sualı yalnız qərib adam verə bilər, nəzarət orqanları varmı? Hər yan nəzarət orqanı deyilmi?! Elədir, onlar sözün kobud mənasında, səhvi aşkarlamaq üçün yaranmayıblar, çünki, əslində səhv olmur, sizinki kimi olanda da kimin nə ağzıdır desin, səhvdir.
***
…natiqliyinə natiq deyil, amma çığırğandır, o da bəs eləyir.
***
Siz hər şeyə şübhə ilə baxırsınız, lap elə susmağa da.
***
– Yaxşıdır, fikir vermə, bundan ötrü üstümüzə göydən daş ələnməyəcək ki.
– Yox, ələnməyəcək, daş havası yoxdur.
***
Zarafatla deyilən sözə də bəhanə gətirmək çətindir.
***
Layiq olduqları on cəzadan yaxa qurtarırlarsa, qoy bir dəfə də layiq olmadıqlarının altını çəksinlər.
***
Dayaz düşüncəli əmrinizə əməl etməməyim, əslinə qalsa, bir növ, Sizin də xeyrinizədir
***
Beləcə beynində xülyalarla əylənir, xülyalar da onu əyləndirirdi.
***
Özünü elə aparacaqsan ki, guya sevirsən, bununla da onun mənə olan laqeydliyini sındıracaqsan.
***
Onda qazandığın təkcə mən olacam, onda sən bu qazancla üz-üzə qalacaqsan və eyni zamanda, görəcəksən ki, belə qazancın bir qara qəpiklik qiyməti yoxdur, bundan sonra da mənimlə necə lazımdır, elə davranacaqsan, çünki səndə sahibkarlıq hissindən başqa ayrı duyğu olmayacaq.
***
Gah gəlirsən, gah gedirsən, mən də bilmirəm, haradan gəlir, hara gedirsən.
***
– Səncə, məgər o, həddən artıq ağıllı deyil?
– Məncə, həddən artıq bədbəxtdir.
***
Üsuli-idarəyə sitayiş buradakılara ana bətnində gəlir, bütün ömrünüz boyu müxtəlif yollarla, müxtəlif səmtlərlə qanınıza işlədilir, özünüz də bacardığınız qədər buna kömək edirsiniz. Lakin mən, əslində, bunun əleyhinə deyiləm; üsuli-idarə yaxşıdırsa, ona niyə sitayiş etməyəsən?
***
Hər sözünü tövbə kəlməsi kimi qəbul etməyəsən, şəxsi həyatını, xoşbəxtliyini həmin sözün necə səslənməsindən asılı saymayasan.
***
Gözləri bağlı adamı ha ürəkləndir, bir şey görəcək ki? Yalnız dəsmalı götürəndən sonra görə bilər.
***
Siz qadınlar öz qorxaqlığınızla məsələni daha da pisləşdirirsiniz, olduğundan da pis.
***
Gəlmək lazımdırsa və gəlməlidirlərsə, onda, cəhənnəmə, qoy heç olmasa, sırayla gəlsinlər.
***
Axı indi elə vəziyyətdə deyilik ki, mütəxəssislərdən öz yerində istifadə etməyək.
***
Ərizəçinin “boş vaxtı” anlayışıyla katibin “boş vaxtı” anlayışı tamam ayrı-ayrı şeylərdir.
***
Duyğusuz, sərt, heç bir hörmətlə yumşalmayan üərklər də var.
***
Hə, demək, açıq danışmaq lazımdır: onun ucbatından, yalnız onun ucbatından, məmurlar otaqlarından çıxa bilməyiblər. Çünki səhərlər yuxudan ayılanda həddən artıq həyalı, həddən artıq kövrək olurlar, yad nəzərdən çəkinirlər: özlərinə rəsmi yanaşdıqlarından tamam geyinib-keçinsələr də, elə bilirlər ki, çılpaqdırlar, gözə görünmək istəmirlər. Əlbəttə, nədən utandıqlarını demək çətindir, bu əbədi iş adamları, bəlkə, yatdıqlarına görə utanırlar.
***
Aşnası olursan, cəhənnəmə ol, amma olub-olmadığını vəzifənin böyüməsində görərik.
***
O xəsislik ki, onda var, ömründə yaxşı geyinə bilməzdi.
***
İstəyirsən, həmişə aldanılmışlar sırasında olasan, çünki bu, xoşuna gəlir, sənə ləzzət verir, səni qıcıqlandırır, həqiqətsə belədir ki, sən bu yerə layiq deyilsən. Hətta mən, dediyin kimi, qanmazlar qanmazı bir adam bunu hiss edirəmsə, gör necə layiq deyilsən.
***
Düşünürsən ki, mələk kimi bəzənib-düzənməlisən, bəzənirsən də – mələklərsə, əslində, tamam başqa cür olur.
***
Fridanın əlində bu cür oxlar olsa belə, o, qısa məsafədən onları ata bilməzdi.
***
Hə, vaxtında yaz də gələcək, yay da, hamısının öz vaxt vədəsi var; lakin indi, xatirələrdə yaz da, qış da adama çox qısa görünür, elə bil cəmi ikicə gün yaz-yay olub və elə o günlərdə də, lap ən gözəl havada da göydən yerə qar ələnirmiş.
Tərcümə: Çərkəz Qurbanlı