Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Stefani Mayer “Alatoranlıq” saqası

kko_stefani_mayer_alatoranliq_saqasiAnnotasiya

“Alatoranlıq” – yazıçı Stefani Mayerin “Alatoranlıq” seriyasından olan ilk kitabıdır. Əsərdə 17 yaşlı İzabella Svon və vampir Edvard Kallenin sevgisindən bəhs edilir. Kitab ilk dəfə 2005-ci ildə çap olunub. Vampir romanı ABŞ-da rekord 100000 tirajla satılmış və New York Times-ın bestsellerlər siyahısına daxil olmuşdur.
“Yeni Ay” – Stefani Mayerin «Alatoranlıq» seriyasından ikinci romanıdır. Bu hissədə həqiqi məhəbbətin itkisindən bəhs edilir. Kitab 2006-cı ildə nəşr olunub, film şəklində ekranlara 2009-cu ildə çıxmış və böyük izləyici kütləsi toplamışdır.
“Tutulma” – “Alatoranlıq” saqasının üçüncü kitabı.
Sietl sirli qətllərə bürünüb. Qisas atəşi ilə yanıb yaxılan vampir-qadın yenidən ölümcül təhlükə qarşısında qalan Bellanı axtarmaqdadır. Bundan əlavə, bütün hadisələrin mərkəzində olan Bella Edvarda olan məhəbbəti ilə Ceykoba olan dostluğu arasında seçim etməlidir.
“Sübh” – “Alatoranlıq” saqasının dördüncü kitabı.
Gənc Bella seçim qarşısındadır – özünün yoxsa körpəsinin həyatı. Edvard sevgilisini xilas etmək istəyir. Kimdənsə kömək gözləmək əbəsdir, ailəsi qəti surətdə onun qərarına qarşıdır. Ancaq kömək qəflətən və heç kimin gözləmədiyi bir adamdan gəlir.

 

Karandaşın izi ilə

Şübhəsiz, başqasına, xüsusilə, sevdiyin birinə görə həyatından keçməyə dəyər.

***

Ən ümdə arzuların həyata keçəndə, gözləmək lazımdır. Çünki gec-tez tale səninlə haqq-hesab çəkəcək.

***

– Sənlə olanda həmişə çox danışıram. Elə bütün problem də bundadır.
– Narahat olma, demək olar ki, biz müxtəlif dillərdə danışırıq.

***

– Ağlı başında olan qız mənə heç yaxın da gəlməzdi.
– Görürəm səndə artıq mənim intellektual göstəricilərimə qarşı şübhələr formalaşıb.

***

Mən səni görən kimi taleyinə qarışdım.

***

Əgər o “biz” deyirsə, hər şeyə hazıram.

***

Bütün cahanda mənə səndən dəyərli heç kim yoxdur. Bu gündən və əbədi!

***

Mən heç kimi axtarmırdım, çünki prinsipcə tapa da bilməzdim – axı sən hələ dünyaya gəlməmişdin.

***

Mənim üçün səndən və sənlə əlaqəli şeylərdən gözəl heç nə yoxdur.

***

Sənə bu qədər əzab bəxş etdiyim halda “mən də səni sevirəm” desəm, inanarsanmı?

***

Gün nə qədər yaxşı olursa, olsun o həmişə bitir.

***

– Bella, mən heç yerə gedən deyiləm. Məgər bu bəs deyil?
– Bugünlük kifayətdir. Qulaq as, səni dünyada hər şeydən çox sevirəm, bəs bu kifayətdir?
– Hə, həm bügunlük, həm də ömürlük bəsimdir.

***

– Deməli, aslan quzuya aşiq olub.
– Necə də axmaq quzudur…
– Aslan isə mazoxistin biridir.

***

Heç çevrilməyə də bilərdim. Bu səsi hər yerdə tanıyardım… tanıyardım və hay verərdim. İstər oyaq olum, istər yuxulu… yəqin öldükdən sonra da.

***

– Bu nə vaxtsa dəyişəcək?
– Nə?
– Görəsən, hər dəfə sən mənə toxunanda ürəyim köksündən çıxmağı tərgidəcək?
– Ümid edirəm ki, yox.

***

Heyf, nağılım sona yetdi və mən artıq baş qəhrəman deyiləm.

***

Zaman isə yerində durmur. O gedir. Hər şeyə rəğmən. Hətta saniyə əqrəbinin hər hərəkəti tuluqlanmış yaradakı nəbz kimi atıb ağrı versə də… Sabit şəkildə getmir. Hərdən işıq sürətilə uçur, hərdən isə acı bağırsaq kimi uzanır. Amma yenə də gedir. Hətta mənim üçün də.

***

Ağrı və boşluqdan mən boşluğu seçirəm.

***

Xatırlamaq olmaz, unutmaq isə çox qorxulu səslənir. Göründüyü kimi, fəaliyyət dairəsi elə də geniş deyil.

***

Bilirəm bu kömək olmayacaq. Ancaq istəyirəm biləsən: Yanındayam.

***

Hər səhər gözümü açıb daha bir gün yaşadığımı dərk edəndə dəhşətli dərəcədə təəccüblənirdim.

***

Hər şey o qədər də pis deyil – param-parça olmuş qəlbim söylədi, sonra isə əlavə etdi – daha da pis olacaq.

***

Çox sevdikcə, bir o qədər reallığa yadlaşırsan.

***

– Məni necə oldu tapdın?
– Çünki axtarırdım.

***

– Sənə əvvəllər söylədiklərimi necə unuda bilərsən?
– Unutmamışam, hamısı yadımdadır.
Hər şey xatirimdədir. Tamamilə hər şey. Birlikdə yaşadığımız gözəllikləri məhv edən o dəhşətli sözlərin də.

***

– Yalvarıram, mənə yazığın gəlməsin. Sadəcə bir şeyi de. Bütün bu sənə elədiklərimdən sonra məni yenə sevə bilərsən?
– Sənə olan hisslərim heç vaxt sönməyəcək, əlbəttə, sevirəm. Və sən bunu dəyişə bilməzsən.
– Onsuz bundan artığı lazım deyil.

***

Axı mən eqoistəm. Amma mənə öz tələblərimdən və arzularımdan da dəyərli – SƏNSƏN.

***

Tale hesab etdiyimlə əbədi birlikdə!

***

Gəl onda birlikdə xəyal quraq. Sənin yanında mənə heç göylər də lazım deyil.

***

Volturilərin edəcəkləri ən böyük cinayət – məni öldürməkdir. Sənsə məni ata bilərsən… tərk edə bilərsən… yox ola bilərsən… Volturilərin törədə biləcəkləri bunlarla müqayisədə uşaq oyuncağıdır.

***

Xahiş edirəm, söz vermə. Ümid etməyə başlasam və sonra görsəm ki, hər şey boşuna imiş… bax buna dözə bilmərəm.

***

Sənin üzərimdəki hakimiyyətin əbədi və dağılmazdır.

***

Bella, səndən öncə həyatım aysız gecə kimi idi. O yalnız ulduzların sayrışmasından işıqlanırdı. Amma sonra… sonra sən parlaq bir meteor kimi səmamdan keçdin. Keçdin və bütün ətrafı nura qərq etdin. Parıltı və gözəlliyi gördüm. Sən üfüqdə gözdən itəndən sonra dünyam yenə qaranlığa büründü. Belə baxanda heç nə dəyişmədi. Ancaq sənin işığınla kor olan mən, sonra mərhəmətlə zəif göz vuran ulduzları da görə bilmədim. Hər şey əvvəlki mənasını itirdi.

***

Zərfi açmamışdan qabaq Ceykin nə deyəcəyini bilirdim. Təkcə üstü qaralanmış sətirlərin əzabı təəccüb doğururdu. Hərflər sanki iti bıçaq kimi kəsirdi. Bundan başqa, sona çatdırılmamış hər ifadənin arxasında bitib-tükənməyən inciklik dururdu.

***

– Zəng edə bilərdin.
– Üzr istəyirəm, qeyd kitabçamda zəlilərin telefon nömrəsi yoxdur.

***

– Əgər onu heç bir təhlükə təhdid etmirdisə, qorxutmaq nəyə gərəkdir?
– Qorxmaq, aldanmaqdan yaxşıdır.

***

Sənin bu “bəxt gətirməy”inlə təyyarədən heç qara qutu da qalmazdı.

***

Elə tez qayıdacam ki, heç mənimçün darıxmağa macal tapmayacaqsan. Ürəyimdən muğayat ol: səndə qoyub gedirəm.

***

Cansız əşyalarla söhbət – həmişə pis əlamət sayılıb. Yaxşı, cansız əşyaların özləri mənlə danışmağa başlamamış evdən rədd olmaq vaxtıdır.

***

Nəyi istəməli olduğumu bilsəydim, məhz belə kişi istərdim.

***

Onu görəndə, birdən elə təəssürat yaranır ki, səni yer yox, o cəzb edir. Və dünyada ondan vacib heç nə yoxdur. Və onun üçün hər şey edər, hər kəs olarsan… ona lazım olan kəs: müdafiəçi, sevgili, dost, qardaş.

***

Bütün vaxtımı zirək insanların əhatəsində keçirsəm, natamamlıq kompleksi qazanacam.

***

Cared ona elə baxırdı ki: ilk dəfə günəşi görən kor kimi, da Vinçinin naməlum tablosunu kəşf edən kolleksioner kimi, yeni doğulmuş körpəsinin üzünə tamaşa edən ana kimi.

***

Mən elə o cür oğlan idim: axtardığını tapan kimi diz çöküb evlilik təklif edən.

***

Nə qədər ki, qəlbin döyünür, mübarizə aparacam.

***

Edvard məni qucağında sıxdı və öpməyə başladı – belə öpüşlər qanunla qadağan olunmalıdır! Onlar çox təhrikedicidir – bu məcburetmədir, düzünə qalsa, mənlik üzərində zorakılıqdır.

***

– Axı mən üzr istədim.
– Və mən səni bağışladım… demək olar bağışladım. Ancaq bundan xatirələrim dəyişmədi ki.

***

O, nəsə istəyəndə dəhşət yaradıcı olur.

***

Sən özün yalan danışa bilmirsən və bir az da olsa bunu səndən yaxşı bacarana inanırsan.

***

Bella, o səninçün narkotik kimi bir şeydir. Mən isə sağlamlığın üçün daha faydalı olardım: narkotik yox, hava və günəş olardım.

***

Bir vampirə görə sən vicdansızcasına vicdanlısan.

***

Təəssüflənirəm ki, yaxşı ilə yaxşı arasında seçim etmək məcburiyyətindəsən.

***

Qorxduğun kəsdən qaça bilərsən, nifrət etdiyinlə döyüşə atıla bilərsən. Belə qatillərdən qorunmağı bacarıram. Sevdiyinin əli ilə ölmək – bu başqa məsələdir. Qaçıb döyüşməklə niyə ona əzab verəsən ki? Əgər ona verə biləcəyin yeganə şey həyatındırsa, mövcudluğundan yapışıb qalmağa dəyərmi?

***

Bilirəm, çətin olacaq, ancaq belə lazımdır. Mənə sən lazımsan, özüdə həmişəlik. Bir insan ömrü mənə azdır.

***

– Mehrabda görüşərik.
– Ağ geyimdə olacam.

***

Diqqət cəlb etmədən yaşamaq, həmişə peyzaja qarışmaq olmaz.

***

– Bura sənin toyunu pozmağa gəlməmişəm. Ona görə burdayam ki…
– Onu ideal edəsən.
– Yuxarı plankadır.

***

– Edvard…
Reaksiya sıfır.
– Edvard!
Sükut.
Yaxşı, deməli, monoloq olacaq.

***

Onların narazılıq səbəbi olmaq xoşdur.

***

Mənim əzabım başqa cür idi. Çünki Bellanı fikrimdə dəfələrlə itirmişdim. Başqa cür idi, çünki o heç vaxt mənə aid olmamışdı. Və, deməli, onu heç itirə də bilməzdim.

***

Seçim olmayanda ağrı nədir ki?

***

Bir sarışını necə suda batırmaq olar? Bilirsən? Hovuzun dibinə güzgü yapışdırmaq lazımdır.

***

Bir sarışının yaddaşını təmizləmək üçün bilirsən nə etməlisən? Qulağına üfürməlisən.

***

Ağrı okeanı. Deməli, o belə olur. Digər sahil elə uzaqdadır ki, dalğalanan suların arxasında. Onu görmək cəhənnəm, heç xəyalımda canlandıra da bilmirdim.

***

Nə qədər cavab lazımdır. Mən isə hələ heç sualları verməyə başlamamışdım.

***

İndi biz onunla eyni nağıldayıq.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram