Annotasiya
“Ərin qədər danış” (türkcə “Kocan kadar konuş”) – 2014-cü ildə nəşr olunan roman elə həmin ilin bestsellerləri cərgəsinə öz yerini alıb. Müəllif türk qadınlarının DNT-lərində kodlanmış “evlilik düşgünlüyü”nü baş qəhrəman Efsunun dilindən nəql edir. Otuz yaşını haqlamasına baxmayaraq, saf məhəbbət axtarışında olan Efsun illər sonra ilk eşqi Sinan ilə qarşılaşır.
Karandaşın izi ilə
– Vallah, yumurta kimi uşaqdır. Çöpsüz üzüm. Anası yox, bacısı yox.
– Yəni yetim.
– Ay qız, onu demirəm. Başına dərd açmayacaqsan. Qaynana, baldız dərdi çəkməyəcəksən.
– Bəlkə baldızımı sevəcəkdim?
– Bu günə kimi hansı baldız sevilib? Elti eltidən qaçar, baldızlar bayraq açar.
***
– Mən evlənmək haqda düşünmürəm. Son dərəcə subayam.
– Ay qız! Dəli-dəli danışma. Səhər duran yol alar, tez evlənən döl alar.
– Aysəl xala, bu söhbət çox iyrənc istiqamətlərə doğru gedir.
– Adında Ə var, B var, R var…
– Əbdürrəhman?
***
– İyirmi dörd saat əlində kitab var. Oxu-oxu, üç qramlıq ağlın da uçub gedib. Yığışdır bu kitabları. Bax gör, oxumayan kimi daha xoşbəxt olacaqsan. Başın bacadan çıxdı artıq. Armudun sapı, üzümün çöpü deyə-deyə illərin gəlib keçdi.
– Və mən əlli səkkiz yaşıma gəldim?
– Qızım, otuz yaşa çatmısan. Rəsmi olaraq evdə qalmısan.
– Nəyə görə rəsmi?
– Dediklərimə ciddi yanaş. Bir az qadın kimi davran. İşvəli, cilvəli ol. Oğlan uşağı kimi əynində eyni şalvar, idman ayaqqabıları… eləcə ortalıqda gəzirsən. Bir az makiyaj elə, heç olmasa dodağına bir balaca boya vur. Bu ailədə izmirli olmayan tək izmirli sənsən.
***
Ölməmişdən əvvəl toyumu görəcəkmiş… Ay və günəşə rəqib işıq mənbəyi olan “Çaput” adlı yeni bir planet ortaya çıxacaq. Sən allah, ölməmişdən qabaq onu da gör!
***
Dünyaya gəldikləri gündən etibarən türk qadınlarının DNT-lərində kodlanan “evlilik düşgünlüyü” təəssüflər olsun ki, bizdə daha çox yaşanır. Millətə ailəsindən genetik miras olaraq mavi göz qalır, bizə də bu evlilik düşgünlüyü. “Milçək boyda əri olanın dağ boyda gücü olar” atalar sözü nənəm Peykərin sözüdür. Yəni o sözü deyən ata bilavasitə mənim nənəmdir. Yəni ərin varsa, varsan. Yoxsa başın sağ olsun. Ərin qədər danış, qızım!
***
Məktəbi başa vurduqdan sonra ər tapmaqüçün işə gedirəm. Qazandığım bütün pulu özümə yatırım etmək adı altında hələ həyatıma girməyən ərim üçün xərcləyirəm. Ər tapmaq üçün makiyaj edirəm, saçımı hər gün fenləyirəm, yemək kurslarına yazılıram, ərimin əli möhkəm dala dəysin deyə manyak kimi idman edirəm.
Deyək ki, əri tapdım. Keçmişimə ağ pərdə kimi çəkəcəyim dapdar çiyinsiz gəlinliyin içərisində nəfəs ala bilmədən, dünyalar gözəli gəlinə çevrilirəm. Toydan sonra xaricdə ekzotik bir adaya tətilə gedirik. Tətil əsnasında “Facebook”, “Twitter” və “Instagram”a yetərli sayda ekzotik ada, ananaslı kokteyl və dənizin önündəki şezlonqda uzanarkən sadəcə ayaqlarımızın düşdüyü şəkillər yükləyirəm. Təbii olaraq, məqsəd o fotoşəkilləri evlənən, evlənməyən rəfiqələrimin, keçmiş sevgililərimin, keçmiş sevgililərimin sevgililərinin və xoşuma gələn, amma mənə üz verməyən bütün adamların görməsidir. Həm də heç kimin gözünə soxmayacağamsa, niyə evləndim ki?
Münasibətimizdəki həyəcanı qorumaq üçün işdən qayıdan ərimi gülüşlə, bir gün tibb bacısı, bir gün dovşan qız kimi qarşılayıram. Çox imkanlı bir ər tapdığım üçün yalnız avokado ilə qidalanıram. Hamiləliyimdən əvvəl, hamiləliyim əsnasında və ondan sonra çəkimə diqqət edirəm və özümə baxıram.
Bəsdir, insafınız olsun!
Beyin hobbi deyil, orqandır. Fürsətlər, sürprizlər və həyəcanlarla dolu olan bu qoca dünyada istəyəcək başqa istəyim, arzum yoxdur? Bilmirəm fikir verdiniz, ya yox, bəhs etdiyim ssenaridə evləndiyim adamla yalnız bir ortaq cəhətimiz var, o da eyni gündə evlənməyimizdir.
***
Unutmayaq ki, çox təkrarlanan hadisələr özü ilə bərabər gizli asılılıq gətirir.
***
Ən müasir türk qızının anası belə bir gün gəlir qızının xeyir işini görmək istəyir. Şəxsən mən “qızım, evlənməsən də olar, uşaq istəyirsənsə ya övladlıq götürərsən, ya da sperma bankasına müraciət edərsən” deyən türk anası tanımıram. Bir də nənə deyə çağırdığımız, sizin evləndiyinizi görmədən ölmək istəmədiyini deyib, hər şəraitdə ağlamaq bacarığına sahib, Oskarlıq bir qrup insan yaşayır.
***
Eşq sözlə başlayır, dodaq ilə bəslənir, doqquz aydan sonra “ata” deyə səslənir.
***
Bu arada “qızım, sənin atan hardadır?” deyə soruşanlara, “hal-hazırda anamgilçün mətbəxdə serial cədvəli düzəldir” desəm, ümid edirəm ki, kişi fiqurunun ailəmizdəki əhəmiyyətini başa düşəcəksiniz.
***
Gözlərini görsən, yamyaşıl. Hotel hovuzu kimi yaşıl. Həm də beş ulduzlu hotel!
***
Məncə bir şey nə qədər şişirdilirsə, həqiqətdən bir o qədər uzaqlaşır. Ah, bu evlilik təklifi deyilən pox… Mütləq olmalıdır. Özü də fərqli olmalıdır. Hətta mümkündürsə, lazer şoulu olsun.
***
Baxın, nə futboldan başım çıxır, nə də futbolu sevirəm. Ancaq Çarşı azarkeşlərinə hörmətim var. Bir dəfə qəzetdə oxumuşdum. Pluton planetlərin siyahısından çıxarıldıqdan sonra oyunda “Hamımız Plutonuq” deyə plakat açmışdılar. Yaradıcı insanlardır.
***
“Timur, burdasan, Timur? Xəstənin qan təzyiqi yüksəldi. Məncə damarda tıxanma var”. Avtobusla Beşiktaşa gələndə Murakami, Hanekedən danışırdıq. Hal-hazırda “Hanı ki Haneke?” vəziyyətindəyik.
***
Çirkinin bəxti gözəl olur. Mən çox da çirkin deyiləm, amma bu cümlənin əhatə dairəsinə girə bilərəm. Onda hanı bəxtim?
***
“Sana” reklamındakı sarışın qıza nə oldu? Bütün bu sualların cavabı ondadır. Mənə bir daha “Selvi boylum, al yazmalım”ı yaşadan insan. Sevgi nə idi? Sevgi yaxşılıqdır, dostluqdur, əməkdir. Sevgi Timurdur. Stoldakı limondur.
***
Bəzən qarşınızdakının gözlərində bir məna tapırsan. Bəlkə də o an üçün həqiqətən səmimi olan məna. Sonra həmin adam işə yaramazın biri çıxsa da, tutduğunuz o mənaya ilişib qalırsınız. Əslində adamı deyil, o mənanı sevirsiniz. Buna ədəbiyyatda “vaxt itkisi” deyilir.
***
Davamlı uğursuzluq da bir uğurdur.
***
Axırıncıdan bir əvvəlki sevgilim məndən ayrılanda (həm məni aldatmıdı, həm də tərk etmişdi) yaxşı niyyətim üçün mənə təşəkkür etmişdi. Gərək həmin o yaxşı niyyətimi onun münasib yerinə soxardım. Yaxşı yadımdadır, uzun müddət mənə yaşatdığı bu acıya görə onun ölməyini istəyirdim. Heç olmasa, məzarının yeri məlum olardı, mən də gecə harda yatdığını bilərdim.
***
Başqa birinə inanmanın çətin olacağını düşünürdüm ki, bir də baxdım, özümə olan inancımı itirmişəm. Ən böyük peşmanlığım yalnış insanlara yaxşı davranmağımdır.
***
Meydanda Beşiktaş, saflıqda çempion mənəm.
***
Hər ulduz axanda arzu tutmaqdan arzu manyakı oldum. Artıq yoruldum. İnadla dik tutduğum quyruğum az qalır yerləri süpürsün. Güclü görünəcəm deyə gəbərib gedəcəm.
***
– Xanım, heç diqqətinizi çəkdimi? Türk musiqisindəki mahnıların heç birində “səni sevirəm” ifadəsi istifadə edilmir. Məhəbbəti sadəcə tərif edirlər.
***
Mövzu sevgiyə gəldikdə, yalın əlimizlə qaynar qazana dəyməkdən qorxar kimi qarşımızdakına dəyməkdən qorxuruqmu? “Qırx küp, qırxının da quplu qırıq küp” demək asandır, ürəkdən “səni sevirəm” demək çətin?
***
Bu gecədən yalnız bir nəticə çıxardım: ortalıqda bir ovuc fındıq var. Yeyə bilsəm.
***
Boş yerə deməyiblər ki, insanlara idarə edə biləcəyi balaca bir sahə ver, bir addım geri çəkil, sonra da əsl üzlərini gör.
***
Kişilərin əksəriyyəti qara dırnaq boyasını cazibədar hesab edir. Cazibədar hesab etməyəninə rast gəlsəm necə olacaq?
***
Niyə bizim uşaqlar bu qədər ərköyündür? Niyə əcnəbilərin uşaqları cıqqırını çıxarmadan süfrədə quru çörəyini gəmirə bilir, amma bizimkilər süfrədə üç dəqiqə otura bilmir? Niyə duzu və istiotu stolun üstünə tökürlər? Niyə kağız salfetləri cırıq-cırıq edirlər? Bu uşaqlar mənim olsa, Allah verdi demərəm, neft iyi verənə kimi döyərəm. Döyəndə də klassik musiqiyə qulaq asaram.
***
Efsun, evlilik ciddi qərardır. Öz-özünə olur. Yalnız qarşınıza çıxan doğru insan sizi evliliyə inandıra bilər.
***
– Linzalarını taxdın? İnsanları görməyin üçün o boyda linza almışıq. Tax gör. Kor kimi ortalıqda gəzirsən.
– Ay, yadımdan çıxdı. Onsuz da orada tanış yoxdur ki. Taxsam, tuşum axacaq.
– Bacı, deyəsən sən mövzunu tutmadın. Tanışları deyil, tanış olmayanları görməlisən. Radarlarını açmalısan.
***
Hayrican nə qədər iriydisə, Əli bir o qədər balaca idi. Malkoçoğlu ilə bığı kimi.
***
Hayrican qabaqda, Əli və biz arxada “Reina”nın içində fırlanıb romalı xalqımızı salamlayırıq.
***
Yıxılmadım. Amma buna baxmayaraq, alt paltarım göründü. Utanma duyğumu belə-belə dəf edəcəm.
***
Rus millətinin ən gözəl nümunələrindən beş qız var idi. Böyük ehtimalla, qızlar eletronika mühəndisləridir. Dörd dil bilirlər və Dostoyevski oxuyurlar. Bütün bunlardan əlavə, kişilərinə kral kimi davranıb börək açırlar.
***
Əvvəlcə yüz faizlik türk qızı olmağı sınaqdan çıxarım. Alınmasa, rus qızı olmağa çalışaram. Guya saçımı sarıya boyayan kimi rus qızına çevriləcəm… Ümid kasıbın çörəyidir.
***
Tualetə getməliyəm, amma birdən qayıdanda stolumuzu tapa bilməsəm? Buranın tualeti hardadır ki? Bəlkə stoldakı alçaları cibimə doldurub, arxamdan çörək qırıntısı əvəzi iz buraxım?
***
Qızları müşahidə edirəm. Kabindən çıxan qız gözəldirsə, ilk olaraq güzgüdə dalına baxır. Gözəllər əlini yumur. Avtomatik şəkildə makiyajlarını təzələyib, ətir vururlar. Saçlarını önə, sonra sürətlə arxaya atırlar. Son olaraq güzgüyə sərt “ya mənimsən, ya torpağın” baxışı nümayiş etdirirlər. Kabindən çıxan sadə və bir balaca çirkin qızlar isə ilk olaraq əllərini yuyur və güzgüyə baxmadan tualeti tərk edirlər. Qəribədir.
***
Əlbəttə, asan deyil. Saçlar qaynaq, kipriklər və dırnaqlar qoyma, sinə əməliyyatlı, gözlər mavi linza… İdmana gedəklərinə bunlar çıxarsalar, rahat beş kiloqram verərlər.
***
Havada uçan milçək belə məndən daha məlumatlıdır. Ən azından qonacağı yeri bilir.
***
Görəsən belə bir şey insanın başına bir dəfə gəlir? Həyatımıza insanlar girdikdən, münasibət mövzusunda təcrübə qazandıqdan sonra heç kim bir başqasının ilki olmur və heç bir şeyi o ilk baxışı xatırladığın kimi xatırlamırsan. İndi həyatımıza girən insanlarla bir ilki paylaşa, yaddaşlarında daimi yer tuta bilmək üçün ciddi mübarizə aparırıq. Safcasına sevmək başa çatır.
***
Məhəbbətin bərk halı, maye halı, qaz halı deyirdim ki, nəhayət, saf halını hiss edirəm.
***
İnsanın arxasından quyusunu qazan, xoşbəxtliyini istəməyən adama qohum deyilir.
***
Soyuducudakı qiymə dörd gün ərzində xarab olursa, hisslər necə olur belə təzə qalır?
***
Murathan Mungan nə deyib? Biz böyüdük və dünya kirləndi. Bəli, kirləndi. Amma kirlənən yalnız dünyadır. Bu zibil içərisində qəlbi tərtəmiz qalanlar da var. Siz varsınızsa, sizdən biri də bir yerlərdə olmalıdır.
***
Məncə kişilərin təqaüd yaşını səksən ikiyə qaldırmaq lazımdır ki, evdə börək bişirməsinlər.
***
Efsun, qadınlar bir quşdur. Bu quşlar da iki yerə bölünür: əldəki quş, məftildəki quş.
***
– Könül, bu qız niyə belədir?
Sizi daha yaxşı görmək üçün.
***
Özümü bir boşqab yarma plovu kimi hiss edirəm. Olsam da olar, olmasam da.
***
– Kişilər davamlı ağır mövzulardan danışan qızları sevmirlər. Onlar niyə “Victoria’s Secret”in nümayişinə baxırlar? Niyə Miranda Kerri sevirlər?
– Bəlkə, biz ölümə məhkumların arasında elə vücudu olan bir qız olmadığı üçün?
***
Dostlar, gülümsəyəcəksiniz. Sabah, günorta, axşam! Yeməkdən əvvəl, sonra. Haydi kimi əbədi gülümsəyəcəksiniz.
***
Gözləyəcəyəm. Gözləmək ən böyük fəzilətdir.
***
Nitqini belə bitirdi: “Efsun, heç o şalvarın üstünə o köynək yaraşırmı?” Guya üstümdəkilərdən başım çıxır. Səhər zorla Tuçe bir şey geydirdi. Sən niyə geyimimlə bu qədər maraqlanırsan ki? Bazar günü işə çağırmısan, axşama kimi gözlədirsən. Biz heç səndən soruşuruq ki, o başın içinə o beyin yaraşıbmı?
***
Daha çox həyatımı qarşımdakı kişiyə narahatlıq verməmək üzərində qurmuşam. Gördüyünüz kimi hələ də təkəm.
***
İlk cavabı vermək üçün yarım saat gözlətdikdən sonra digər mesajlara dərhal cavab vermək caizmidir?
***
Qadınlar yetişməmiş portağal kimidir. Qabığını soymağa çalışsan, əlində qalar.
***
– Sinan, inanmıram, gör neçə ildir görüşmürük?
– Rahatca dörd il keçib. Selin, heç dəyişməmisən.
Heç? Heçmi? Əminsən? Bir də yaxından bax görüm. Diqqətini qaz ayaqlarında cəmləməyə çalış. İnsan mutləq dörd ildə dəyişir.
***
– Selin mənim keçmiş sevgilim olub.
Dediniz və bizdən üç yüz lirə dəyərində bu oksigen maskasını qazandınız. Maskanı əvvəlcə uşağınıza taxın deyəcəm, amma uşağınız yoxdur. Çünki hələ evlənməmisiniz.
***
İnsanlar hisslərini gizlətdikləri kimi sözləri də gizlədirlər. Sanki hamımızın ortasında böyük bir qutu var və gözəl bir söz deyən cəza olaraq qutuya əlli lirə atır. Və o pullar toplanıb xeyriyyə cəmiyyətinə bağışlanılır. Əslində isə heç özümüzə xeyrimiz dəymir.
***
Məhəbbət pulun ala bilməyəcəyi şeyləri paylaşmaqdır.
***
– Efsun, sabah səhər tindəki fotostudiyadan Murad maskalarını sən götürərsən? Bizim işimiz çoxdur.
– Murad maskası nədir?
– “Aşk-ı Memnu”da var idi ha. Behlül maskası. Nihal və rəfiqələri taxırdı e. Mən də Merve üçün Muradın üzünü maskaların üstünə əks elətdirdim. Bir də maykalar sifariş vermişəm. Onlar axşama gələcək. Sürprizdir.
Birinci soruş gör, o seriala bir dəfə də olsun baxmışammı.
***
Bəsdirin, hər tərəfdən toy fışqırır! “Managing partner” imiş. Fuck you, Selin!
***
Allah heç bir subay türk qızını on doqquz nəfər gəlinliyə namizədi eyni anda görmək məcburiyyətində qoymasın.
***
Gecənin əsas fikri budur: evlənməyən tez bir zamanda ölsün.
***
Deyəsən bu qızı tanıyırdım. Adı dilimin ucundadır…
– Efsun, mən Burcu. Yadına düşdüm?
Yox, dilimin ucunda deyilmiş.
***
– Üfüqdə evlilik varmı?
– Hələ yox.
Bu da məngünlüdür.
– Burcu, sənin neçə yaşın var idi?
– İyirmi beş. Nədir ki?
Məngünlü deyilmiş.
***
Otuz beş yaşımda doğsam, uşağın on beş yaşı olanda əlli yaşım olacaq! Bu illər ərzində boş yerə riyaziyyata nifrət etməmişəm.
***
Nə də olmasa, bir kanallı dövrün uşaqlarıyıq.
***
Yaxşı və pisin arasında çox kəskin bir cizginin olduğu zamanlar idi.
***
Yaşamağa davam etmək – izahı çətin şeylərdəndir. Dağıntılara məruz qalırsan, amma elə ya da belə yoluna davam edirsən. Addımlayanda sağ qolun düşür, sonra sol gözün. Düşənləri yerdən yığıb, bir müddətlik yerinə taxıb davam edirsən. O gözü tərsmi taxdın, yalnız daxili orqanlarınımı görürsən, fərqi yoxdur. Xaricdən bir bütöv halındasan…
***
Kaş bədənlərimiz olmasaydı və ortalıqda ruhlar kimi gəzə bilsəydik. Bədən ruhumuzu saxlaya bilməyimiz üçün sadəcə ideal bir örtükdür. Bəlkə ruhun onun boynuna sarılmaq, qucağına oturmaq, bapbalaca qalmaq istəyir, ancaq üzündə bir əzələ belə tərpənmir. Aktyorluğun bir peşə olması necə mənalıdır.
***
Halımı ən yaxşı üzərindən qan damlayan gül şəkli başa sala bilər.
***
– Nə? Niyə? Necə? Nə vaxt? KİM ÇAĞIRIB?
Beş “N” və bir “K”.
– Nənən bu gün zəng edib.
– Telefon nömrəsini hardan tapıb?
– Tuçe verib.
– Tuçe hardan tapıb?
– Sənin telefonundan.
– Bütün günü hamamdaydıq. İmkan tapıb nə vaxt zəng vurub? Sinan İstanbula gəlib ki?
– Sabah gəlir.
Nənəmlə Sinan görüşməyə başladılar, məndən gizlədirlər?
***
Bəzi şeyləri görmək lazım deyil. Məncə ən gözəl şeylər onlardır.
***
Sizin yerinizdə olsam, çiynimə toxunan əlin mənə yaşatdığı səadətin dadını çıxarardım.
***
Bu evlilik müqaviləsi hardan çıxdı? Evliliyin özü elə müqavilə deyilmi?
***
Bir səhv edərkən insanın içini ən çox ağrıdan şey o əsnada səhv elədiyinin fərqində olmasıdır.
***
Ən böyük qorxum onun haqqında bildiyim ən son şeyin bu qapıdan çıxandan sonra sola dönməsidir.
***
Ey məhəbbət! Gözəl və qısasan.
***
Bir az kül, bir az duman. Bax, o mənəm.
***
Hər şeydən əhəmiyyətlisi isə odur ki, siz bu xoşbəxtliyə alışmısınız.
***
Rəfimdə düzülmüş DVD-lərdən ixtiyari şəkildə birini seçdim. Əlimə Fatih Akının “Divara qarşı” filmi keçdi. Mən bunun daha həyəcanlı versiyasını üç gün əvvəl çəkdim: Duvağa qarşı.
***
Təcrübə qazanmaq bizi yetkinləşdirir, amma bir yandan da qəlbimizi kirlədir.
***
– Efsun, əvvəlcə ağzını arayaq. Baxaq görək, nə reaksiya verəcək. Sosial media ən effektiv hansı sahədə istifadə edilir? Birilərinə söz soxmaq sahəsində!
– Niyə? Bu millət o qədər mağmundur ki, üz-üzə danışa bilmir?
– “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” məsəli.
– Bir də yanımda içində “gəlin” sözü istifadə edilən cümlə qurmayın.
***
Fikirləşmədən dediyin hər şeyin bir gün stola gətirilən hesab kimi önünə qoyulması elə də çətin iş deyil.
***
Hirsli idim, o anın nə qədər gözəl olduğunu dərk etmədən qarşı səkiyə keçdim.
***
O mənə əlini uzatdı, mən sadəcə onu dinləmək üçün qulağımı uzatdım.
***
Xəstəxana otağında vəziyyəti ağır xəstə ailəsi ilə birlikdə həkimi gözləyir. Nəhayət, qapı açılır, yorğun və ümidsiz baxışlı bir həkim içəriyə girir:
– Xəstənin yaşamağı üçün bir şansı var. O da beyin nəqlidir. Belə bir əməliyyatı ilk dəfə həyata keçirəcəyik. Təbii, bütün xərcləri sığortanız ödəyəcək. Ancaq nəql ediləcək beynin təminat xərcləri xəstənin ailəsi tərəfindən ödənilməlidir.
Ailə şoka düşür. Aralarından biri cəsarət edib soruşur:
– Yaxşı, nəql ediləcək beynin qiyməti neçəyədir?
Həkim cavab verir:
– Dəyişikdir. Kişi beyni beş min avro, qadın beyni isə iki yüz avro.
Uzun bir sakitlik çökür. Kişilər gülməməyə, qadınlarla göz-gözə gəlməməyə çalışırlar. Yenə də daha cəsur olanı soruşur:
– Həkim, bəs bu qiymət fərqinin səbəbi nədir?
Həkim gülümsəyir:
– Maşınlarda olduğu kimi. Qadının beyni ona görə ucuz olur ki, onlar ağıllarını çox işlədirlər. Çox işlənmiş ağıl da, çox işlənmiş beyin demək olduğuna görə qiyməti ucuz olur. Kişi beyni heç istifadə edilməmiş “sıfır kilometrlik” maşın kimidir. Belə olduğu təqdirdə, yeni hesab edildiyinə görə belə beyin də bahalı olur.
***
Bilirsiniz, Sinanı nə qədər sevmişdim? Heç şişirtmirəm, qolu qopub düşsə, qolumu ona verəcək qədər. Həyatınız boyu kimi belə sevmisiniz? Baxın, neçə adamı demirəm, çünki qolu qopsa, qolunuzu verməyiniz üçün qarşınızdakının da sizi çox xoşbəxt etmiş, tamamlamış olması lazımdır ki, bu olduqca nadir hadisədir. Bunun adı sadəcə məhəbbət deyil. Məhəbbət dediyinizdə işin içinə ən çətin zamanınızda yanınızda olmayanın arxasından azğın kimi düşməyiniz də girir. Halbuki qol nəqli məsələsində, həm ən çətin, həm də ən sevincli anlarınızda onun da sizin yanınızda olduğunu xatırlayırsınız.
Tərcümə: Lamiyə Göycəyeva